Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-22/2021 09.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 172.06 manat əsas, 520.01 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz- 21.76 manat borc olmaqla, ümumilikdə 713.83 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat məhkəməyə teleqram göndərərək, məhkəmə iclasını iştirakları olmadan keçirib iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2014-cü il tarixli, 35520 ssuda hesablı kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit açıldığını, 35520 ssuda hesablı kredit müqaviləsinin bitmə tarixinin xx xxxx 2017-ci il olduğunu, hal-hazırda borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etdiyini, xx xxxx 2020ci il tarixədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 172.06 manat əsas, 520.01 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz- 21.76 manat borc olmaqla, ümumilikdə 713.83 manat məbləğində borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etdiyini, Azərbaycan Respublikası Maliyyə X2 xx xxxxxx 2017-ci il tarixli, 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyasının ləğv edildiyini, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 27 dekabr tarixli, 2-1(103)- 3194/2017 saylı qərarı ilə İddiaçı ASC-nin müflis elan edildiyini, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edildiyini, bunları nəzərə alaraq, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 172.06 manat əsas, 520.01 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz- 21.76 manat borc olmaqla, ümumilikdə 713.83 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 209/041 nömrəli Kredit Kartın Verilməsi və İstifadəsi üzrə Müqavilənin 3.1 və 3.2-ci bəndlərinə görə, bank müştəriyə 300 (üç yüz) manat məbləğində kredit xətti açır. Kredit xətti 36 (otuz altı) ay müddətinə açılır. xx xxxx 2020-ci il tarixli arayışa əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixə xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 172.06 AZN əsas borc, 520.01 AZN cərimə borcu, gecikdirilmiş vaxt üçün 21.76 AZN olmaqla, cəmi 713.83 AZN borcu vardır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 nömrəli, xx xxxxxx 2021-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatlarının müqavilə üzrə nəzərdə tutulan dövrü əhatə etməməsi (xx xxxx 2016-cı ildən xx xxxxxxx 2019-cu il tarixədək), bundan başqa göndərilən əlavə sənədlərdə olan hesab məlumatlarının bank hesablar planından kənar olması və düzgün tərtib edilməməsi nəzərə alınaraq tədqiqata yararlı hesab edilməmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda, bu məlumatlarda müqavilə dövrünə faiz borcunun olmaması, Cavabdeh müqavilə müddətinə faiz və cərimə borcunun ödənildiyi göstərilmişdir ki, bu da banklar haqqında qanunda qeyd olunduğu kimi faiz, əsas və cərimə borcunun silinmə ardıcıllığında ilk olaraq cərimə borcu silinir ki, faiz borcunun olmaması cərimə borcunun da müqavilə müddətinə olmadığını göstərir. Bu əsasda cavabdehə müqavilə müddətindən sonrakı dövrdə cərimə borcu hesablana bilməz. Belə ki, həmin dövr üçün bankın zərərinin qarşılanması üçün əldən çıxan fayda hesablanmışdır. Yuxarıda qeyd olunan və maliyyə arayışında göstərilənlərin düzgünlüyü nəzərə alındıqda, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borc üzrə 172.06 (yüz yetmiş iki manat altı qəpik) manat, əldən çıxan faydanın məbləği 21.76 (iyirmi bir manat yetmiş altı qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh əsas borc üzrə 172.06 (yüz yetmiş iki manat altı qəpik) manat, əldən çıxan faydanın məbləği 21.76 (iyirmi bir manat yetmiş altı qəpik) manat olmaqla, cəmi 193.82 (yüz doxsan üç manat səksən iki qəpik) manat məbləğində borc və iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 209/041 nömrəli Kredit Kartın Verilməsi və İstifadəsi üzrə Müqavilə bağlanaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 36 (otuz altı) ay müddətinə 300 (üç yüz) manat kredit götürmüşdür. Lakin kredit müqaviləsi üzrə borcalan öhdəliklərini lazımi qaydada icra etməmişdir. Həmçinin 2021-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatlarının müqavilə üzrə nəzərdə tutulan dövrü əhatə etməməsi (xx xxxx 2016-cı ildən xx xxxxxxx 2019-cu il tarixədək), bundan başqa göndərilən əlavə sənədlərdə olan hesab məlumatlarının bank hesablar planından kənar olması və düzgün tərtib edilməməsi nəzərə alınaraq tədqiqata yararlı hesab edilməmişdir. xx xxxx 2020-ci il tarixli maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda, bu məlumatlarda müqavilə dövrünə faiz borcunun olmaması, Cavabdeh müqavilə müddətinə faiz və cərimə borcunun ödənildiyi göstərilmişdir ki, bu da banklar haqqında qanunda qeyd olunduğu kimi faiz, əsas və cərimə borcunun silinmə ardıcıllığında ilk olaraq cərimə borcu silinir ki, faiz borcunun olmaması cərimə borcunun da müqavilə müddətinə olmadığını göstərir. Bu əsasda cavabdehə müqavilə müddətindən sonrakı dövrdə cərimə borcu hesablana bilməz. Belə ki, həmin dövr üçün bankın zərərinin qarşılanması üçün əldən çıxan fayda hesablanmışdır. Yuxarıda qeyd olunan və maliyyə arayışında göstərilənlərin düzgünlüyü nəzərə alındıqda, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2020-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borc üzrə 172.06 (yüz yetmiş iki manat altı qəpik) manat, əldən çıxan faydanın məbləği 21.76 (iyirmi bir manat yetmiş altı qəpik) manat təşkil edir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklər iş üzrə cavabdeh tərəfindən icra edilməməklə, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti kredit müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmaqla, iş üzrə cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 172.06 (yüz yetmiş iki manat altı qəpik) manat, əldən çıxan faydanın məbləği 21.76 (iyirmi bir manat yetmiş altı qəpik) manat olmaqla, cəmi 193.82 (yüz doxsan üç manat səksən iki qəpik) manat məbləğində borc və iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-22/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-22/2021
09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver