Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-22/2025 05.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh Firdovsi oğluna və Naxçıvan Şəhər Tumbul bələdiyyəsinə qarşı su yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına manenin aradan qaldırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Firdovsi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Naxçıvan şəhər, Tumbul kəndində yerləşən həyətyanı torpaq sahəsində su yolunun müəyyən olunmaqla, Cavabdeh Firdovsi oğlu tərəfindən su yoluna olunan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh Firdovsi oğluna qarşı su yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına manenin aradan qaldırılması tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş digər cavabdehin prosesə cəlb olunmasına dair ərizəsi təmin olunmuş, X11si hazırki mülki iş üzrə prosesə digər cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhər Tumbul kəndində yerləşən həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsini suvarmaq üçün qonşusu Cavabdeh həyətindən su yolu keçir. Neçə ildir ki, o həmin su yolu vasitəsilə həyətyanı torpaq sahəsini suvara bilir. Lakin Zamir 1 ilə yaxındır ki, onun həyətinə gələn su yolunu kəsib. Belə ki, gələn su yoluna beton tökərək, həmin su yolunu bağlayıb. Bu məsələ ilə bağlı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları İcra Nümayəndəliyinin və Tumbul bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə gəlib əraziyə baxış keçirdilər və buna dair akt tərtib olundu. Həmin aktda da qeyd olunub ki, ölçülən həyətyanıların Şəhadətnamələrində göstərilən sxemlər naturaya uyğun deyil. Onun həyətinə su gəlməməsi səbəbindən onun bir çox ağacı quruyub. Həyətyanı torpaq sahəsinə su yolunun müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahatında neçə aylardır məhkəmənin davam etdiyini, akt tərtib ediləndə həmin şəxslərin iştirak etdiyini, onun heç kimlə ədavətinin olmadığını, torpaq sahəsində yonca, tərəvəz əkdiyini, əvvəldən su yolunun cavabdehin həyətindən olduğunu, oradan su aparmağının heç kimə ziyanı olmayacağını, onun ayrı su yolu olmadığını, heç kimə maneəsi olmadığını, materiallardakı rəyə, əsasən, başqa su çəkməyin mümkün olmadığını, heç kimə zərər vurmaq istəmədiyini, suya ehtiyacı olduğunu, ağaclarının quruduğunu, şahidlərin müəyyən səbəblərdən gələ bilmədiyini, heç kimi məcbur edə bilməyəcəyini, 30 ildir oradan su apardığını, zəbt olunmuş torpaqdan su aparmağına görə icazə almağa məcbur olmadığını, onun ağaclarının, bitkilərinin quruduğunu, bələdiyyənin su arxını başqasını mülkiyyətə salmağına kimin icazə verdiyini, həmişə su apara bilmədiyini, söz-söhbət olmasın deyə o həyətə girmədiyini, onun artizan vurmağa imkanı olmadığını, suvarma suyu ilə həftədə iki dəfə həyətini suvara bildiyini, 2008-ci ildə torpaq sahəsini aldığını, heç kəsin torpağında gözü olmadığını, uşaqlarının sabah üz-üzə gəlməsi istəmədiyini, aldığı turbanın torpağın altından keçirərək su çəkə biləcəyini, digər qonşudan su çəkmək imkanın olmadığını, əslində cavabdehin onun bacısı oğlu olduğunu, ancaq su məsələsinə görə anlaşılmazlıq yarandığını, 1994-cü ilin bələdiyyə xəritəsində həmin yerin bələdiyyəyə məxsus su yolu kimi müəyyən edildiyini bildirmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh Firdovsi oğlu izahatında onun torpaq sahəsində su yolunun olmadığını, onun su yolu vermək fikri olmadığını, torpağının artıq olmadığını, onun 1000 kvadrat metr torpaq sahəsi olduğunu, ondan icazəsiz su yolu çəkdiyini, yan qonşudan tələb etməyib, ondan su yolu istədiyini, özbaşına girib onun həyətin dağıdıb, su yolu çəkdiyini, aşağı qonşudan çəkib apara biləcəyini, divarının zədələnməməsi üçün etmədiyini, gecə-gündüz bilmədən onun həyətinə girdiyini, icazə vermədiyini, razı olmadığını, kompensasiya verilməsini istəmədiyini, köhnə sənədində torpağının kəsir olduğunu, iddiaçının onun dayısı olduğunu, həyətindən su aparılmasına razı olmadığını bildirmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. xx.xx.2024-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Naxçıvan şəhər X11 sədri X4 izahatında bildirmişdir ki, Sovet hökumətinin vaxtından Tumbul kəndində ümumi su yolları olub və hər bir həyətyanı sahənin sahibi həmin su yollarından istifadə etməklə sahələrini suvarmışdır, həmin su yolları ilə bağlı hər hansı bir sxem Bələdiyyə xəritəsində mövcud deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında Tumbul kəndində yaşadığını, əvvəllər Bəhruzun həyətinə suyun Zaminin həyətindən getdiyini, 1995-ci ildən orada yaşadığını, onun evinin yanından su getdiyini, indi cavabdehin onun suyunu kəsdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında qohumluğu olmadığını, Bəhruzun su yolunun Zaminin həyətindən olduğunu, əvvəllər həmin yerin ona məxsus olduğunu, atasının torpağın birinci sahibi olduğunu, yerlərini dəyişdiyini, torpağı 1990-cı illərdə dəyişdiyini, onun həyətinin aşağısında su aparıb suvarmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 izahatında 1996-cı ilin mart ayında oraya köçdüklərini, Zaminin Bəhruzun su yolunu kəsdiyini, gərək həmin məhəllədəki adamların hamısını məhkəməyə verməli olduğunu, bu adam köçəndən su apardığını, iddiaçının həyəti əkib, becərdiyini bildirmişdir. Cavabdeh Firdovsi oğluna növbəti məhkəmə iclasının vaxtı və keçirələcəyi yer barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə, əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 12 iyul 2024-cü il tarixində məhkəmə hazırlıq iclasında iştirak etmiş maraqlı şəxs Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Məsələləri Dövlət Xidmətinin mütəxəssisi X1 izahatında mübahisəli ərazidə olduğunu, həmin ərazidə yaşayan vətəndaşa su verilməli olduğunu, söhbətin hər iki tərəfdən getdiyini, cavabdehin evin aşağısından su xətti getdiyini, tərəflərin çıxarışlarına baxdığını, əvvəlki sənədlərdə su xəttinin hansı çıxarışda olduğunu deyə bilməyəcəyini, sənədlərə baxıb rəy verilməsi üçün vaxt verilməsini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə işin mahiyyəti ilə əlaqədar işə əlavə edilmiş aşağıdakı materialları qiymətlənmişdir: Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli, 267 nömrəli arayışına, əsasən, Nəbiyev X2 inzibati ərazi dairəsi üzrə qeydiyyatda durur. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “X9 və Ölçüsü” **********46 nömrəli reyestrinə, əsasən, İddiaçı Babək rayon, Tumbul kəndində yerləşən sahənin xüsusi mülkiyyətçisidir. xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhəri, Tumbul kəndində İddiaçı məxsus mülkiyyətdə ölçmə işi ilə əlaqədar akt tərtib edimişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Çıxarışa, əsasən, Daşınmaz əmlak 18/56 nömrəli reyestr kitabının 10965 nömrəli vərəqində qeydə alınmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Texniki Pasportu” na, əsasən, Naxçıvan şəhəri, Tumbul kəndi 2-ci küçə, döngə 2, ev 3 ünvanında yerləşən fərdi yaşayış evi **********98- 10301 reyestr nömrəsi və 21930 inventar nömrəsi ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. İddiaçı mübahisəli su yolunun fotoşəkillərini 25 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında təqdim etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh Firdovsi oğluna qarşı su yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına manenin aradan qaldırılması tələbinə dair mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh Firdovsi oğluna qarşı su yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına manenin aradan qaldırılması tələbinə dair mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası üzrə ekspert rəyi təqdim edilənədək icraat dayandırılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh Firdovsi oğluna qarşı su yolunun müəyyən olunması və həmin yoldan istifadə olunmasına manenin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Məsələləri Dövlət Xidmətinin mütəxəssisi X1 xx.xx.2024-cü il tarixli hazırlıq iclasında Tumbul kənd ərazisinin son taxometr ölçüsünü və mütəxəssis rəyini təqdim etmişdir. Rəydə qeyd edlmişdir ki, xidmətin informasiya bazasında saxlanılan məlumatlar araşdırıldığını, Tumbul kəndinin yerquruluşu planında və rəqəmsal kadastr xəritəsində 320A kadastr nömrəli torpaq sahəsi ilə qonşu 41B kadastr nömrəli torpaq sahəsi arasında su yolu uçota alınmamışdır. xx.xx.2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 04/875 nömrəli məktubu və mütəxəssis rəyi təqdim edilmişdir. Rəyə, əsasən, xidmətin informasiya bazasında saxlanılan məlumatlar və aparılan ölçmə işlərinin nəticələri araşdırılarkən məlum olmuşdur ki, İddiaçı məxsus 320A kadastr nömrəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 1069,0 m2 qeydiyyata alındığı halda naturada faktiki ölçüləri 1101,82 m2, qonşuluqda yerləşən 318A kadastr nömrəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 1054,0 m2 qeydiyyata alnıdığı halda naturada faktiki ölçüləri 1071,12 m2, 319A kadastr nömrəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 577,0 m2 qeydiyyata alındığı halda naturada faktiki ölçüləri 588,21 m2, su arxının keçdiyi iddia olunan 41B kadastr nömrəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 1137,0 m2 qeydiyyata alındığı halda naturada faktiki ölçüləri 1136,53 m2-dir. Naxçıvan Şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən ərizə daxil olmuş və ərizədə ekspertlərin 1993-1994-cü illərdə tərtib olunan 1:1000 miqyasında ilkin xəritəsindən istifadə olunmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə ekspertizanın icrasının müvəqqəti dayndırılması barədə məktub və ekspert vəsatəti daxil olmuşdur. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 04/1183 nömrəli məktubda qeyd olunmuşdur ki, Tumbul kəndində torpaq islahatının aparılması məqsədi ilə planalma işləri aparılan zaman 320A kadastr nömrəli torpaq sahəsi ilə qonşu 41B kadastr nömrəli torpaq sahəsi arasında su yolu uçota alınmamış və mülkiyyət sənədlərində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət X5 xx.xx.2024-cü il tarixli, 1036 nömrəli məktubuna, əsasən, Tumbul kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi, X11 sədri və İddiaçı iştirakı ilə qeyd olunan əraziyə yerində baxış keçirilərək akt tərtib edilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin yoldan keçən arxın eyni istiqamətdə bir neçə çıxışı var. Bələdiyyə sədrinin və kənd sakinlərinin dediyinə görə həmin arxdan İddiaçı öz həyətyanı sahəsinin suvarılmasını təmin edirdi. Cavabdeh sözügedən su yolunun hissəsini (arxı) sonradan öz həyətyanı sahəsinə artırmaqla mülküyətinə almış və İddiaçı həyətyanı sahəsinin suvarılmasına razılıq verməmişdir. İddiaçı həyətyanı sahəsini suvarmaq üçün suyun digər arxlardan gətirilməsinə yerin relyefi imkan vermir. Qeyd olunmuşdur ki, İddiaçı həyətyanı sahəsini suvarmaq üçün Cavabdeh həyətyanı sahəsinə yeraltı su boru xətti salınmaqla suvarma suyu ilə təmin edilməsi mümkündür. xx.xx.2024-cü il tarixli Ekspert rəyinə, əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə, baxış zamanı, aşkar olunmuş faktiki vəziyyətinə mülki iş materialında olan zəruri məlumatlara və tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət X5 sədr müavini Malik Rzayevin şəxsi imzası ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis məktubunda qeyd olunanlara əsasən iş üzrə İddiaçı həyətyanı torpaq sahəsini suvarmaq üçün suyun digər arxlardan gətirilməsinə torpaq sahəsinin (yeri) relyefi texniki baxımdan imkan vermir. Qeyd olunmuşdur ki, İddiaçı həyətyanı sahəsini suvarmaq üçün Cavabdeh həyətyanı sahəsinə yeraltı su boru xətti salınmaqla suvarma suyu ilə təmin edilməsi mümkündür. Məhkəmə tərəflərin və mütəxəssisin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Qeyd olunmalıdır ki, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Azərbaycan Respublikasında torpaq münasibətlərini, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqların müdafiəsini, torpaqlardan səmərəli istifadə və onların mühafizəsini tənzimləyən əsas qanunvericilik aktlarından biri Torpaq Məcəlləsidir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yer quruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Azərbaycan Respublikası Torpaq Məcəllləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır (Torpaq Məcəlləsinin 3-cü maddəsinin 4-cü hissəsi, 4-cü maddəsinin 1-ci hissəsi, 5-ci maddəsinin 1 və 2-ci hissələri, 49-cu maddəsinin 2-ci hissəsi). Qeyd olunmalıdır ki, mülkiyyət hüququ yalnız o şərtlə məhdudlaşdırıla bilər ki, belə məhdudlaşdırma həqiqətən cəmiyyətin ümumi rifahı və maraqları naminə edilmiş olsun, habelə qeyri-mütənasib və əsassız xarakter daşımaqla ayrılmaz insan hüquq və azalıqlarının pozulmasına gətirib çıxarmasın. Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Həmin müddəanın davamı olaraq Mülki Məcəllənin 6.3-cü maddəsində müəyyən edilmişdir ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Saliba Maltaya qarşı iş üzrə 2005-ci il 8 noyabr və X10rşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ilkin və ən mühüm tələbi ondan ibarətdir ki, dövlət orqanının mülkiyyətdən dinc istifadəyə hər hansı müdaxiləsi qanuni olmalıdır. Qanunun aliliyi demokratik cəmiyyətin təməl prinsiplərindən biri kimi Konvensiyanın bütün maddələrinin ayrılmaz elementi olmaqla dövlətin və ya hər hansı dövlət orqanının ona qarşı qəbul edilmiş məhkəmə əmrlərini və ya qərarlarını yerinə yetirmək vəzifəsini özündə ehtiva edir. Qanuçuluq tələbi onu da ifadə edir ki, daxili hüquq normaları kifayət qədər əlçatan, dəqiq və proqnozlaşdırıla bilən olmalıdır. Oxşar mövqe Avropa Məhkəməsinin Moskal Polşaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, öz əmlakından maneəsiz istifadə hüququna dövlət hakimiyyətinin istənilən müdaxiləsi qanuni olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci abzasının ikinci cümləsi əmlakdan məhrum etməni yalnız “qanunla nəzərdə tutulmuş hallarda” mümkün sayır, ikinci abzas isə dövlətlərin mülkiyyətdən istifadəyə nəzarəti qanunları təmin etməklə həyata keçirilməli olduğunu müəyyən edir. Həmçinin şəxsin əmlakından məhrum edilməsinə gətirib çıxaran qanunvericiliyin retroaktiv tətbiqi bir tərəfdən ümumi maraqların tələbləri, digər tərəfdən isə “əmlakdan” maneəsiz istifadə etmək hüququnun müdafiəsi arasında ədalətli tarazlığın pozulmasına səbəb olur (Avropa Məhkəməsinin Moris Fransaya qarşı iş üzrə 2005-ci il 6 oktyabr tarixli Qərarı, §§90 və 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə işin yuxarıda sadalanmış faktiki və hüquqi hallarını yuxarıda qeyd olunan hüquq normalarına uyğun təhlil edib hesab edir ki, iddiaçı həyətyanı torpaq sahəsinə suvarma ilə təmin etməsi ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, şahidlərin ifadələrindən də aydın olur ki, iddiaçı uzun illər cavabdehə məxsus olan torpaq sahəsindən keçməklə öz həyətyanı torpaq sahəsini suvarma ilə təmin etmişdir. Ekspert rəyində iddiaçının torpaq sahəsini suvarmaq üçün cavabdehin həyətyanı torpaq sahəsindən keçirilməklə mümkün olduğu, torpaq sahəsinin relyefinin digər qaydada suvarılma aparılmasına imkan vermədiyi qeyd edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülkiyyət hüququ müəyyən əsasların mövcud olduğu halda məhdudlaşdırılmaya məruz qala bilər. İlk növbədə buna qanuni əsas, mülkiyyətçinin razılıqla ifadə olunan iradəsi, cəmiyyətin və dövlətin mühüm mənafeyi mövcud olmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki iddiaçı mülkiyyət hüququna müdaxilə təşkil edən su yolunun müəyyən edilməklə həmin yoldan Cavabdeh Firdovsu oğlu tərəfindən yaranmış maneənin aradan qadırılmasını tələb etməkdə haqlıdır və və onun bu hüququna yaranmış maneənin aradan qaldırılması cavabdehin mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməməlidir. Ekspert rəyində də qeyd edildiyi kimi iddiaçı öz həyətyanı torpaq sahəsinin suvarılması üçün cavabdehə məxsus torpaq sahəsinə yeraltı su boru xətti salınmaqa suvarma suyu ilə təmin edilməsi mümkündür və bu halda cavabdehin torpaq sahəsinə hər hansı ziyanın verilməsi də mümkün deyildir. Bununla bağlı iddiaçının öz həyətyanı torpaq sahəsinin suvarmılması üçün Cavabdeh Firdovsi oğlu tərəfindən yaranmış maneə aradan qaldırılmalıdır. Eləcə də məhkəmə hesab edir ki, ümumi su yolunun Naxçıvan şəhər Tumbul Bələdiyyəsi mülkiyyətində olması nəzərə alınmaqla cavabdeh təşkilat Naxçıvan şəhər X11si iddiaçının həyətyanı torpaq sahəsinin suvarma suyu ilə Cavabdeh Firdovsi oğlunun həyətyanı torpaq sahəsindən keçirilməklə təmin edilməsinə nəzarət etməlidir. Nəticə: Beləliklə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, İddiaçı mülkiyyətində olan Naxçıvan şəhər, Tumbul kəndində yerləşən həyətyanı torpaq sahəsinə su yolu Cavabdeh Firdovsi oğlunun mülkiyyətində olan torpaq sahəsindən müəyyən edilməli, Cavabdeh Firdovsi oğluna məxsus həyətyanı torpaq sahəsində yeraltı su boru xətti salınmaqla suvarma suyu ilə təmin edilməli, Cavabdeh Firdovsi oğlu tərəfindən yaradılan maneə aradan qaldırılmalı və Naxçıvan Şəhər X11sinə iddiaçıya məxsus torpaq sahəsinin suvarama suyu ilə təmin edilməsinə nəzarətin həyata keçirilməsi həvalə edilməlidir. İddia təmin edildiyindən məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına xx.xx.2024-cü il tarixdə 1926 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh Firdovsi oğlundan alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən həyətyanı torpaq sahəsinə su yolu Cavabdeh Firdovsi oğlunun mülkiyyətində olan torpaq sahəsindən müəyyən edilməklə cavabdehə məxsus həyətyanı torpaq sahəsinə yeraltı su boru xətti salınmaqla suvarma suyu ilə təmin edilsin. Cavabdeh Firdovsi oğlu tərəfindən yaradılan maneə aradan qaldırılsın. Cavabdeh Naxçıvan Şəhər X11sinə İddiaçı məxsus torpaq sahəsinin suvarama suyu ilə təmin edilməsinə nəzarətin həyata keçirilməsi həvalə edilsin. İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan Filialına xx.xx.2024-cü il tarixdə 1926 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh Firdovsi oğlundan alınıb iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-22/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-22/2025
05.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver