Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-222/2025 10.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin qaytarılması haqqında) Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, cavabdeh "xxxx" MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə nağd şəkildə ödədiyi 50000 (əlli min) manat məbləğində pul vəsaitinin qanunvericiliyin tələbinə uyğun olaraq nağdsız şəkildə köçürülməsi üçün MMC-dən alınaraq ona qaytarılmasına və onun tərəfindən MMC-nin bank hesabına nağdsız formada köçürülməsinə, əlavə dəyər vergisinə görə 8640 (səkkiz min altı yüz qırx) manat məbləğində vurulmuş zərərin və məhkəmə iddiasına dair ödədiyi 106.40 (bir yüz altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddiasını geri götürdüyünü, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin ərizə də müvafiq iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1 və 152.1.9-cu maddələrinə müvafiq olaraq, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı tərəfindən 09 dekabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 108 (yüz səkkiz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən 09 dekabr 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 108 (yüz səkkiz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-222/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-222/2025
10.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver