Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-226/2023 24.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 aprel 2022-ci il tarixli, 8100 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 1073 (min yetmiş üç) manat, hər ay üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 5 ay üzrə 536.5 (beş yüz otuz altı manat əlli qəpik) manat pulun və 37 (otuz yeddi) manat dövlət rüsumunun, ümumilikdə 1646.5 (min altı yüz qırx altı manat əlli qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə nəzərdən keçirib müəyyən etdim ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, İddiaçı kiçik iddialara dair işlər üzrə iddia ərizədə 455 manat borcun ona qaytarıldığını bildirmiş, lakin kiçik iddialara dair işlər üzrə ərizəsinə bununla bağlı sənəd, həmçinin borcun mövcudluğu və yubanma günləri ilə bağlı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-3.2 və 284-3.2.4-cü maddələrinə əsasən, kiçik iddialara dair işlər üzrə ərizəsində tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 19 yanvar 2023-cü il tarixli, 23978 nömrəli qəbzlə ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. İddiaçı izah olunmalıdır ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 263, 264, və 284-4-cü maddələrini rəhbər tutaraq q ə r a r v e r d i m: İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 19 yanvar 2023-cü il tarixli, 23978 nömrəli qəbzlə ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı izah olunsun ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsini qəbul etməkdən imtina olunması iddia qaydasında məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-226/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-226/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver