Məhkəmə qərarları › İş №2(078)-234/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-234/2023

08.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-234/2023 08.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 30000 (otuz min) manat pulunu və iddia qaldırmaq üçün ödədiyi 181 (yüz səksən bir) manat dövlət rüsumunun, vəkil xərci olaraq ödədiyi 500 (beş yüz manat) pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh Tumbuldakı evinin tikintisini bitirmək üçün ondan xx.xx.2021-ci il tarixdə 5000 manat borc pul almışdır və ona bildirmişdir ki, evi düzəltdikdən sonra satıb onun pulunu qaytaracaq. O ona hissə hissə 3000 manat pul qaytarmış və hər verdikcə iddiaçı qeyd etmişdir. xx.xx.2021-ci il tarixdə bacısı uşağı xəstə olduğu üçün Türkiyə Respublikasına gedəcəyini bildirmiş və ondan 3500 manat pul istəmiş, 2-3 aya qaytaracağını bildirmiş və 2100 manat pulunu qaytarmışdır. xx.xx.2021-ci il tarixdə Cahan Ticarət mərkəzində dükançı dostuna mal almaq üçün 10000 min manat pul istəmiş, 5400 manatını qaytarmış, lakin qalan pulu geri qaytarmamışdır. xx.xx.2021-ci il tarixdə Ordubad rayonda yaşayan qaynatası ilə birlikdə mal -qara alınması üçün 10000 min manat pul istəmiş topdan alıb kəsib onun pulunu qaytaracağını bildirmişdir. Hissə-hissə 4900 manat pulunu geri qaytarmış lakin qalan pulu qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə Mikrorayondakı evini təmir edib satmaq üçün ondan 5000 min manat pul istəmiş hissəhissə olaraq 2100 manatını geri qaytarmış, xx.xx.2022-ci il tarixdə bibisinin nəvəsi xəstə olduğu üçün Türkiyə Respublikasına aparacağını bildirmiş və girov olaraq ona bir boyun bağı və evin sənədini verərək 1500 manat pul almışdır. 450 manatını hissə-hissə qaytarmış lakin qalan pulu qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə qaynatası ağır xəstə olduğu üçün ondan 4000 manat pul istəmiş 280 manat pul qaytarmış geri qalanını qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə bibisi oğu Rövşənə lazım olduğunu bildirərək ipoteka ilə ev götürüb satacaqlarını sonradan onun pulunu qaytaracağını bildirmiş 800 manat pul qaytarmış qalan pulu geri qaytarmamışdır. Neçə aylardır ona qaytaracağını bildirir lakin qaytarmır. Hal-hazırda onun ona 30000 (otuz min) manat borcu qalmışdır. Ona dəfələrlə borcun qaytarılmasını bildirsə də o borcunu qaytarmır. İddiaçı da məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Aralarında etibar olsun deyə yaşayış evinin və torpaq sənədlərini ona vermişdir. Mülki iş üzrə 08 may 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında İddiaçı və Cavabdeh aralarnda bağlanmış barışıq sazişi ilə məhkəməyə müraciət edərək işin məhkəmədə gedişi zamanı aralarında razılığa gəldiklərini və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər: -İddiaçı ilə Cavabdeh arasında pul borcu 25000 (iyirmi beş min) manat müəyyən edilir; -Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pulun könüllü olaraq İddiaçı ödənilməsini öhdəsinə götürür; -Cavabdeh bu sazişi təsdiq edən məhkəmə qərardadının qəbul edildiyi tarixdən, sazışın 1.3-cü bəndində qeyd edilən məbləğləri tam həcmdə ödəməyi öhdəsinə götürür; -Tərəflər razılaşaraq təsdiq edirlər ki, 25000 (iyirmi beş min) manat məbləğində pulu Cavabdeh, İddiaçı hər ayın 20-sindən gec olmayaq 300 (üç yüz) manat məbləğində pulu ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iş materiallarını, İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul olunmalı, barışıq sazişinin şərtləri təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - İddiaçı ilə Cavabdeh arasında pul borcu 25000 (iyirmi beş min) manat müəyyən edilir; - Cavabdeh 25000 (iyirmi beş min) manat məbləğində pulun könüllü olaraq İddiaçı ödənilməsini öhdəsinə götürür; -Cavabdeh bu sazişi təsdiq edən məhkəmə qərardadının qəbul edildiyi tarixdən, sazişin 1.3-cü bəndində qeyd edilən məbləğləri tam həcmdə ödəməyi öhdəsinə götürür; -Tərəflər razılaşaraq təsdiq edirlər ki, 25000 (iyirmi beş min) manat məbləğində pulu Cavabdeh, İddiaçı hər ayın 20-sindən gec olmayaraq 300 (üç yüz) manat məbləğində pulu ödəməyi öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2023-cü il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar