Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-236/2024 20.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1150 (bir min bir yüz əlli) manat pulun və ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, cavabdeh Hacıyev X2 yerləşən hərbi hissələrdən birində zabit kimi xidmət edirdi. X1 ilə dostluq edirdilər. Oğluna görə də Samiri tanıyıb. 2022-ci ilin fevral ayında Cavabdeh borcu olduğu üçün ondan 1250 (bir min iki yüz əlli) manat borc pul istədi. Cavabdehin istədiyi pulu borc kimi ona verdi. O da şəxsi vəsiqəsinin surətinin arxa hissəsinə öz xətti ilə yazaraq ondan 1250 manat pul alıb və iyul ayından başlayaraq hər ay 200 manat olmaqla borcunu ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu ödəmədi və hərbi xidmətdən təxris olundu. Cavabdehlə telefon əlaqəsi saxlayaraq pulunu istəməyinə baxmayaraq o borcunu qaytarmadı. Məcbur qalıb 2022-ci ilin noyabr ayında İsmayıllı şəhərinə getmişdir. Cavabdeh valideyinlərinin yaşadıqları evə gedib onu tapdı. O yenə söz verdi ki, dekabr ayından başlayaraq borcunu ödəyəcək. Lakin yenə sözünə əməl etmədi. Cəmi bir dəfə 2023-cü ilin may ayında borcundan cəmi 100 (bir yüz) manat göndərdi, sonra ödəmədi. Telefon nömrəsini də dəyişib, buna görə də əlaqə saxlamaq olmur. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişvə gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır. Cavabdeh neçə müddətdir tanıyır. Aralarında normal münasibət vardı. Hərdən çıxıb şəhərdə görüşürlərdi. Bir gün ona uşağının xəstə olduğunu müalicəyə aparmalı olduğunu, pul lazım olduğunu demişdir. O da Samiri 4-5 aydır tanıdığı üçün inanmış və evdə bu barədə anasına demişdir. Anası Samirə 1250 manat pul vermişdir. Samir pulu tezliklə qaytaracağını bildirdi. 1 ay içində cavabdehi işdən çıxardılar. Neçə dəfə pulu qaytarması üçün sifariş edib. Sonra özü hərbi xidmətə gedib. yanvar ayından hərbi xidmətdən qayıdıb. Samir borcundan cəmi 100 manat pul qaytarıb. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı verdiyi izahatında iddia tələbinin əsası kimi iddiaçının cavabdehə 2022-ci ilin fevral ayında 1250 (bir min iki yüz əlli) manat borc vermişdir. İddiaçının izahatından məlum olmuşdur ki, cavabdeh borcun yalnız 100 manatını geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə yuxarıda qeyd edilən halları hazırki iddia tələbinə tətbiq edilməsini zəruri hesab edir. İddiaçı tərəfindən dindirilən şahidin ifadəsinə nəzərə saldıqda şahidin ifadəsini mötəbər sübut növü kimi qəbul etmək olar. Ona görə ki, şahid ifadəsi konkretdir və pulun məhz cavabdehə verildiyini təsdiq edir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddi hüquqi norma tərəflərin öhdəliklərini və sübutetmə dairəsini dəqiq müəyyən edir. Belə ki, pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. İddiaçı pul məbləğinin cavabdehə verilməsini təsdiq edən şahid ifadəsindən əlavə cavabdehə məxsus olan hərbi biletə öz əl xətti ilə yazılmış sənədi təqdim etmişdir. Həmin sənəddə cavabdeh ümumilikdə 1250 manat pul borc aldığını və hər ay 200 manat şəklində qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə pulun iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edən bu iki sübutu mötəbər hesab edir və qeyd edir ki, iddiaçı sübutetmə yükünə əsasən tələbini istinad etdiyi halları sübuta yetirə bilmişdir. Cavabdehə dəfələrlə məhkəmə iclaslarının vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, poçt göndərişlərinə şəxsən qeydi yazmaqla imza etmişdir, lakin məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə münasibətini-etirazını və təkzibini bildirməmişdir. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1150 (bir min bir yüz əlli) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 9915 nömrəli qəbzlə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1150 (bir min bir yüz əlli) manat pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 9915 nömrəli qəbzlə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-236/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-236/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver