Məhkəmə qərarları › İş №2(078)-237/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-237/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-237/2021 24.02.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» ASC-nin xeyrinə xx xxxxxx 2018-ci il tarixli Əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə əsasən 239.25 AZN əsas borc, 28.34 AZN faiz borcu və 79.20 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 346.79 AZN borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli Əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə əsasən “FİNtrend” X1 Təşkilatından illik 35 faizlə 24 ay müddətinə 909 manat məbləğində kart vasitəsilə kredit verildiyini, “FİNtrend” X1 Təşkilatı ilə İddiaçı İKB ASC arasında bağlanmış Tələbetmə hüququnun güzəşt olunmasına dair 355 nömrəli xx xxx 2018-ci il tarixli, 004 nömrəli Müqaviləyə xx xxxxxx 2018-ci il tarixli Hüquqların ötürülməsi barədə Sazişə əsasən Cavabdeh ilə “FİNtrend” X1 Təşkilatı arasında bağlanmış Əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə dair borcu tələb etmək hüququnun İddiaçı İKB ASC-yə ötürüldüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh banka xx xxxxxx 2018-ci il tarixli Əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə əsasən 239.25 AZN əsas borc, 28.34 AZN faiz borcu və 79.20 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 346.79 AZN borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçırdığını, bunları nəzərə alaraq, Cavabdeh «xxxx» ASC-nin xeyrinə xx xxxxxx 2018-ci il tarixli Əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə əsasən 239.25 AZN əsas borc, 28.34 AZN faiz borcu və 79.20 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 346.79 AZN borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "FİNtrend" X1 Təşkilatı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 47-1***-******* nömrəli Əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə Müqavilənin 3.1, 3.1.1, 3.1.2, 3.1.4 və 3.1.5-ci bəndlərinə əsasən, müştəriyə təqdim edilmiş karta Əvvəlcədən mədaxil edilmiş vəsait Fintrend tərəfindən 909 (doqquz yüz doqquz) AZN məbləğində kredit hesabına xx xxxxxx 2020-ci il tarixədək 24 (iyirmi dörd) ay müddətinə verilir. Kreditin istifadəsinə görə müştəri Fintrendə illik 35% ödəyir. Kredit üzrə faizlər kartın müştəriyə verildiyi gündən bu Müqavilənin 3.1-ci bəndində qeyd edilən vəsaitin qalıq məbləğinin Fintrendə tam ödənildiyi günə qədər hesablanır və ödənilir. Faizlər ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. Kredit üzrə faizlər kreditin əsas borc məbləğinə hesablanır. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 35% təşkil edir. Kredit müştəriyə istehlak məqsədilə verilir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və müştəri tərəfindən Fintrendə ödənilir. Kredit Müqaviləsinə əlavə olunmuş 1 saylı əlavəyə (ödəniş cədvəli) əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə xx xxxxxx 2018-xx xxxxxx 2020-ci il tarixləri aralığında hər ay 53.19 AZN olmaqla, cəmi 1276.56 AZN ödəməyi öhdəsinə götürmüşdür. xx xxx 2018-ci il tarixli, 004 nömrəli tələbetmə Hüquqlarının güzəşt olunmasına dair Müqaviləyə əsasən, "FİNtrend" X1 Təşkilatı ilə Cavabdeh arasında bağlanmış Əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə Müqavilə üzrə borcu tələb etmək hüququ "İddiaçı" İKB Açıq Səhmdar Cəmiyyətinə ötürülmüşdür. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx xxxxxx 2020-ci il tarixə 239.25 AZN əsas borc, 28.34 AZN faiz borcu və 79.20 AZN cərimə borcu olmaqla, cəmi 346.79 AZN məbləğində borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxx 20201ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 239.25 (iki yüz otuz doqquz manat iyirmi beş qəpik) manat əsas borc, 28.34 (iyirmi səkkiz manat otuz dörd qəpik) manat faiz borcu və 79.20 (yetmiş doqquz manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 346.79 (üç yüz qırx altı manat yetmiş doqquz qəpik) manat məbləğində borcun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, xx xxxxxx 2018-ci il tarixli, 47-1***-******* nömrəli Əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə Müqavilə bağlanmış, borcverən 24 (iyirmi dörd) ay müddətinə illik 35% ödəmək şərtilə, 909 (doqquz yüz doqquz) manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı qarşılıqlı öhdəlik götürmüşlər. Borcalan kredit müqaviləsindən irəli gələn, yəni krediti və ondan istifadəyə görə faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh 239.25 (iki yüz otuz doqquz manat iyirmi beş qəpik) manat əsas borc, 28.34 (iyirmi səkkiz manat otuz dörd qəpik) manat faiz borcu və 79.20 (yetmiş doqquz manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 346.79 (üç yüz qırx altı manat yetmiş doqquz qəpik) manat məbləğində borcun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov. Düzdür, Hakim: Elnur Hüseynov. xx.xx.2019-cu il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar