Məhkəmə qərarları › İş №2(078)-240/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-240/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-240/2021 15.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2019-cu il tarixli, İK 1781-05 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 2794.07 (iki min yeddi yüz doxsan dörd manat yeddi qəpik) manat əsas, 309.57 (üç yüz doqquz manat əlli yeddi qəpik) manat faiz, 1316.79 (min üç yüz on altı manat yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 4420.43 (dörd min dörd yüz iyirmi manat qırx üç qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. İddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat məhkəməyə ərizə göndərərək, ölkədə baş verən pandemiya ilə əlaqəli məhkəmədə iştirak edə bilməyəcəklərini, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini хаhiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə Cavabdeh arasında 18 fevral 2019-cu il tarixli, İK 1781-05 saylı kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən illik faiz dərəcəsi 24 faiz olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verildiyini, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etmədiyini, ödəməli olduğu məbləği vaxtında ödəmədiyini, Cavabdeh ilə bağlanmış 18 fevral 2019-cu il tarixli, İK 1781-05 saylı kredit müqaviləsinə əsasən 10 noyabr 2020-ci il tarixə kimi kredit müqaviləsi üzrə əsas və faiz borcunu ödəniş qrafikinə uyğun şəkildə ödəmədiyini, hal-hazırda Cavabdeh banka 2794.07 (iki min yeddi yüz doxsan dörd manat yeddi qəpik) manat əsas, 309.57 (üç yüz doqquz manat əlli yeddi qəpik) manat faiz, 1316.79 (min üç yüz on altı manat yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 4420.43 (dörd min dörd yüz iyirmi manat qırx üç qəpik) manat kredit borcunun qaldığını, bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilmədiyini, cavabdehə göndərilmiş pretenziya məktublarının da cavabsız qaldığını, kredit borcları və kredit borclarına hesablanmış faiz borclarının cavabdehdən tutularaq bankın xeyrinə ödənilməli olduğunu, bunları nəzərə alaraq, «xxxx» ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2019-cu il tarixli, İK 1781-05 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 2794.07 (iki min yeddi yüz doxsan dörd manat yeddi qəpik) manat əsas, 309.57 (üç yüz doqquz manat əlli yeddi qəpik) manat faiz, 1316.79 (min üç yüz on altı manat yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 4420.43 (dörd min dörd yüz iyirmi manat qırx üç qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci tarixli iddia tələbinin həcminin artırılması barədə qərardadı ilə, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin olunmuş, iddia tələbinə "«xxxx» ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 18 fevral 2019-cu il tarixli, İK 1781-05 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 2794.07 (iki min yeddi yüz doxsan dörd manat yeddi qəpik) manat əsas, 490.20 (dörd yüz doxsan manat iyirmi qəpik) manat faiz, 1316.79 (min üç yüz on altı manat yetmiş doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 4601.06 (dörd min altı yüz bir manat altı qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməsi" tələbi çərçivəsində baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: «xxxx» Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 18 fevral 2019-cu il tarixli, İK 1781-05 nömrəli Kredit Müqaviləsinin 2.1, 2.2, 2.4 və 2.5-ci bəndlərinə əsasən, bu müqaviləyə əsasən bank borcalana 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərtilə 5000 (beş min) manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürür. Bu müqavilə üzrə kredit şəxsi istehlak məqsədi üçün götürülür. Borcalan bu kreditdən istifadəyə görə illik 24% olmaqla faiz ödəyir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə, ödəniş müddətinin pozulduğu gündən etibarən illik 48% olmaqla cərimə faizi ödəyir. Ödəniş qrafikinə əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə 18 mart 2019-18 yanvar 2021-ci il tarixləri aralığında hər ay 264.36 AZN, 18 fevral 2021-ci il tarixdə isə 264.20 AZN olmaqla, cəmi 6344.48 AZN ödəməyi öhdəsinə götürmüşdür. 1371 nömrəli, 19 fevral 2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə 2794.07 (iki min yeddi yüz doxsan dörd manat yeddi qəpik) manat əsas, 490.20 (dörd yüz doxsan manat iyirmi qəpik) manat faiz, 1316.79 (min üç yüz on altı manat yetmiş doqquz qəpik) manat cərimə borcu vardır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 76 nömrəli, 16 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən «xxxx» ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları, 18 fevral 2019-cu il tarixli, İK 1781-05 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alındıqda, Cavabdeh «xxxx» ASC-yə 18 fevral 2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə əsas borcu 2834.04 (iki min səkkiz yüz otuz dörd manat dörd qəpik) manat, faiz borcu 468.72 (dörd yüz altmış səkkiz manat yetmiş iki qəpik) manat təşkil edir. İş materiallarında Cavabdeh ilə «xxxx» ASC arasında bağlanmış 18 fevral 2019-cu il tarixli, İK 1781-05 nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bankın cərimə hesablamasını göstərən hər hansı hesab öz əksini tapmamış, cərimə və faiz qalığı göstərilmiş xanada cərimə məbləğini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, hazırki tədqiqatla Cavabdeh cərimə hesablanmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 2834.04 (iki min səkkiz yüz otuz dörd manat dörd qəpik) manat məbləğində əsas borc və 468.72 (dörd yüz altmış səkkiz manat yetmiş iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3302.76 (üç min üç yüz iki manat yetmiş altı qəpik) manat məbləğində borc və iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı təşkilat «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 18 fevral 2019-cu il tarixli, İK 1781-05 nömrəli Kredit Müqaviləsi bağlanaraq Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətindən kredit götürmüşdür. Lakin Kredit Müqaviləsi üzrə borcalan öhdəliklərini lazımi qaydada icra etməmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 76 nömrəli, 16 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən, iş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən «xxxx» ASC-yə ödənilmiş pul vəsaitinə dair hesabdan çıxarış məlumatları, 18 fevral 2019-cu il tarixli, İK 1781-05 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alındıqda, Cavabdeh «xxxx» ASC-yə 18 fevral 2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə əsas borcu 2834.04 (iki min səkkiz yüz otuz dörd manat dörd qəpik) manat, faiz borcu 468.72 (dörd yüz altmış səkkiz manat yetmiş iki qəpik) manat təşkil edir. İş materiallarında Cavabdeh ilə «xxxx» ASC arasında bağlanmış 18 fevral 2019-cu il tarixli, İK 1781-05 nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bankın cərimə hesablamasını göstərən hər hansı hesab öz əksini tapmamış, cərimə və faiz qalığı göstərilmiş xanada cərimə məbləğini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, hazırki tədqiqatla Cavabdeh cərimə hesablanmır. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklər iş üzrə cavabdeh tərəfindən icra edilməməklə, «xxxx» Açıq Səhmdar Cəmiyyəti kredit müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmaqla, iş üzrə cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2834.04 (iki min səkkiz yüz otuz dörd manat dörd qəpik) manat məbləğində əsas borc və 468.72 (dörd yüz altmış səkkiz manat yetmiş iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3302.76 (üç min üç yüz iki manat yetmiş altı qəpik) manat məbləğində borc və iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar