Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-26/2023 24.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İş üzrə icraata xitam verilməsi haqqında) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan şəhər 1 saylı Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Naxçıvan şəhər 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1-də yerləşən ümumi sahəsi 0.0553 ha olan yaşayış evi və torpaq sahəsi barədə aparılmış Naxçıvan şəhər 1 saylı notariat ofisində 13 avqust 2015-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-474 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 17 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ilkin iddia tələbinin dəqiqləşdirilməsi zərurətinin yarandığını bildirmiş və ərizənin nəzərə alınaraq iddia tələbinə “Cavabdeh1 ilə birgə mülkiyyətdə olmuş ünvan 1-də yerləşən ümumi sahəsi 0.0440 ha olan yaşayış evi və torpaq sahəsi barədə aparılmış onunla Cavabdeh1 arasında Naxçıvan şəhər 1 saylı notariat ofisində 13 avqust 2015-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-474 reyestr nömrəli alqı-satqı müqaviləsinin qismən etibarsız hesab olunması tələbi” çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinə “İddiaçı ilə Cavabdeh1 birgə mülkiyyətdə olmuş ünvan 1-də yerləşən ümumi sahəsi 0.0440 ha olan yaşayış evi və torpaq sahəsi barədə aparılmış İddiaçı ilə Cavabdeh1 arasında Naxçıvan şəhər 1 saylı notariat ofisində 13 avqust 2015-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-474 reyestr nömrəli alqı-satqı müqaviləsinin qismən etibarsız hesab olunması tələbi” çərçivəsində baxılması qərara alınmışdır. 24 yanvar 2023-cü il tarixdə tərəflər qarşılıqlı razılığa gələrək aşağıdakı məzmunda barışıq sazişi bağlamışdırlar.
1. İddiaçı iddia tələbindən imtina etməklə Cavabdeh1 qarşısında öhdəlik götürür ki, 13 avqust 2015-ci il tarixli alqı-satqı müqaviləsində Cavabdeh2 Cavabdeh1 ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən 103 kvadrat metr hissəsinin satılması qarşılığında aldığı 10000 (on min) manat pulu 2023-cü ilin may ayında bütöv şəkildə bacısı Cavabdeh1 verməyi öhdəsinə götürür.
2. Cavabdeh1 İddiaçı iddiadan imtina edərək götürdüyü öhdəliyə əsasən ona aid olan torpaq sahəsindən 103 kvadrat metr hissənin satışından əldə edilən 10000 (on min) manat pulun 2023-cü ilin may ayında ona ödənilməsi qarşılığında o, İddiaçı hazırda yaşadığı evi və qarşısında olan torpaq sahəsini İddiaçı adına sənədləşdirilməsini həyata keçirməyi öhdəsinə götürür.
İmza: imza İddiaçı. İmza: imza Cavabdeh1. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə İddiaçı və Cavabdeh1 imzaladıqları barışıq sazişini müzakirə edib belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də İddiaçı və Cavabdeh1 arasında imzalanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 8208 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarlmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərarverdi:
İddiaçı və Cavabdeh1 arasında imzalanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Naxçıvan şəhər 1 saylı Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 8208 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarlsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva