Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-261/2021 27.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5872.5 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixdən Çənlibel firmasında ərzaq mallarının satışında satıcı vəzifəsinə işə qəbul edildiyini, həmin firmanın sahibi Cavabdeh onun əmək fəaliyyətinə başlamasını 01 nömrəli əmrlə rəsmiləşdirdiyini, qeyd olunan firmada fəaliyyətinin xx xxxxxx 2020-ci il tarixədək davam etdiyini, həmin tarixdən Cavabdeh 43 nömrəli əmri ilə işdən azad olunduğunu, hal-hazırda “xxxx” MMC-də müqavilə əsasında işlədiyini, Çənlibel firmasında işdən azad olunandan sonra 2020-ci ilin dekabr ayının 25-də şifahi olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinə müraciət edərək firmada işlədiyi 6 il müddətində **********599 nömrəli hesabına nə qədər ödəniş ödənilməsi barədə yazılı məlumat vermələrini xahiş etdiyini, onların isə ona “bu müraciət yazılı formada olmalıdır” dediklərini, xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan MR DSMF-nin Naxçıvan şəhər şöbəsinə yazılı şəkildə müraciət etdiyini, onların ona rəsmi sənəd təqdim etdiklərini, verilmiş sənəddən Cavabdeh 2014-2020-ci ilin fevral ayının 1-dək, yəni 6 il ərzində ondan sosial ödənişlə bağlı hər ay pul alsa da, həmin pulların hamısını ona sosial hesabına ödəmədiyinin məlum olduğunu, Cavabdeh 2014-2020-ci illərdə, yəni 6 il ərzində ildə hər ay üçün ondan 95 manat, ümumilikdə cəmi 6840 manat pul aldığını, həmin pulun 967.50 manatını hesabını ödəsə də, 5872.5 manatını isə ödəmədiyini, bununla da Cavabdeh ona 5872.5 manat məbləğində ziyan vurduğunu, qeyd olunan firmada 2012-ci ilin dekabr ayından həm sürücü, həm də satıcı kimi (ekspeditor) işlədiyini, 2012-ci ildə işə qəbul edilərkən Cavabdeh oğlu X8 məxsus ** CL *** dövlət qeydiyyat nişanlı Ford tranzit avtomobilin etibarnamə əsasında istifadə üçün ona verildiyini, həmçinin ** BB *** dövlət qeydiyyat nişanlı X8 məxsus Ford markalı 2-ci yük maşınının da etibarnamə əsasında ona verildiyini, həm sürücü kimi, həm də satışdan əldə olunan əlavə faizə görə gəlir əldə etdiyini, aylıq gəlirinin 2014-2020-ci illər ərzində ***-**** manat arası dəyişdiyini, bu fərqin isə satış ilə əlaqəli olduğunu, nə qədər çox mal satılırdısa, satılmış malın faizinə görə gəlirinin yüksək olduğunu, 2012-ci ildə qeyd olunan firmada işə başlayanda ondan əvvəl orada işləyən ünvan 1 ünvanında qeydiyyatda olan X4 ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil aldığını, Cavabdeh hər ay sosial ödəniş adı ilə ondan 95 manat almasını X5 və təxminən 2017-2018-ci illərdə həmin firmada işə düzələn ünvan 2 ünvanında qeydiyyatda olan X3 da təsdiq edə biləcəyini, David Kazımovun və Elnur Hümbətovun ondan əvvəl işdən çıxdıqlarını, Cavabdeh ondan aldığı hər ay üçün 95 manatdan DSMFdəki hesabına verilmiş sənəddən də göründüyü kimi 33-62 manat ödədiyini, Cavabdeh məqsədinin ondan aldığı pullarla əsassız varlanmaq olduğunu, Cavabdeh müraciət etsə də, müraciətinin müsbət nəticə vermədiyini, ona görə də Cavabdeh tərəfindən 5872.5 manat məbləğində vurulmuş ziyanın ondan alınaraq ona qaytarılmasını istədiyini, bunları nəzərə alaraq, Cavabdeh 5872.5 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı ərizəsi təmin olunmuş, iddia tələbinə "Cavabdeh Çənlibel firmasında işlədiyi 2014-cü ilin fevralın 1-dən 2020-ci ilin fevralın 1-dək, yəni 72 ay ərzində əmək haqqısından vergi və sosial sığorta adı ilə saxladığı, lakin sığorta hesabına ödəmədiyi 5832.5 manatın və vəkilə ödədiyi 200 manatın, cəmi 6032.5 manat pulun alınaraq iddiaçıya verilməsi" tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərdiyi faktları təsdiqlədiyini, əlavə olaraq əmək müqaviləsində olan əmək haqqından əlavə olaraq satışa görə əlavə olaraq faiz şəklində əmək haqqı ödənildiyini, hər ay satışa görə fərqli ödəniş olduğunu, 2012-ci ildən 2014-cü ilədək sabit maaş olaraq 300 manat aldığını, 4 faizdə əlavə işlədiklərinə görə ödənildiyini, 2014-2015ci ildən cavabdehin əmək haqqını ləğv etdiyini, iş tapmaq çətin olduğu üçün məcbur olub işlədiyini, 2014-cü ildən 2020-ci ilədək əmək haqqını almadığını, əmək haqqı cədvəlinə 250 manata imza etsədə əmək haqqını almadığını, əmək haqqı kimi faiz aldıqlarını, faizində hər ay üçün fərqli olduğunu, aylıq ***-**** manat pul ödənişindən ayda ondan 95 manat DSMF-na ödəmək adı altında tutqu etdiyini, həmin məbləği ödənişdən yəni əmək haqqından kəsir verdiyini, əmək haqqını cavabdehin pul şəklində cədvələ imza etmək yolu ilə əldən aldığını, Cavabdeh hər ay 95 manatı saxlayıb DSMF-na ödəniş edəcəyini dediyini, işdən çıxıb “Cahan” Holdinqdə işləyərkən DSMF-a müraciət etdiyini, oradan verilən cavabdan məlum olan məbləği ödədiyi məbləğlə müqaisə etdikdə fərqli olduğunu bildiyini, 2014-cü ildən işlədiyi aylarda əmək haqqı dəyişsədə DSMF-a ödədiyi məbləğin dəyişmədiyini, ödəmənin dəyişməli olmasının Cavabdeh soruşmadığını, Cavabdeh 95 manatı saxlayanda ümumiyyətlə gəlir vergisi və sosial ödəniş adı ilə tutduğunu, mühasib olmadığını, sənədləşmələri və iş fəaliyyətini hamsını Cavabdeh etdiyini, əmək haqqını alarkən kitaba və əlavə A4 kağızda olan cədvələ imza etdiklərini, həmin cədvəldə əmək haqqı və əlavə qazanca münasibətdə faizdən yaranan gəlirin qeyd edildiyini, 2019-cu ilin dekabr ayına kimin 95 manat gəlir vergisi və sosial ödəniş adı ilə ondan pul saxladığını, 2019-cu ilin dekabr ayında 85 manat saxlayıb, 2020-ci ilin yanvar ayında isə 65 manat saxladığını, səbəbini soruşduqda Cavabdeh tutquların azaldığını bildirdiyini, başqa iş yoldaşlarından 65 manat tutulduğunu, bu gündə onlardan 65 manat tutulduğunu, ondan isə 95 manatın tutulmasını əsassız hesab etdiyini göstərərək iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil1, iddianı müdafiə etdiyini, iddiaçının izahatını təsdiqlədiyini, əlavə olaraq çıxışında iddiaçının işlədiyi müddət ərzində “Çənlibel” firmasının sahibi tərəfindən hər ay vergi və sosial sığorta ödənişi adı altında 95 manat saxlansada İddiaçı hesabına ödənilmədiyini, bununla əlaqədar aidiyyəti təşkilata müraciət etdiklərini, alınmış cavabdan 2014, 2015, 2016, 2018 və 2019-cu ilin dörd ayı ərzində İddiaçı hesabına şirkətin sahibi Cavabdeh tərəfindən hər ay 95 manat saxlansa da bir manat da ödənilmədiyini, ümumilikdə işlədiyi müddət 72 ay təşkil etdiyini, 50 ay ərzində ümumiyyətlə sosial hesabına ödəmənin aparılmadığını, cavabdeh tərəfin izahatında 2014-cü ildən 2017-ci ilin may ayınadək İddiaçı əmək haqqının 200 manat olmasını bildirsədə, sosial fond tərəfindən təqdim olunmuş cədvəldən isə 2014-cü ildən əmək haqqının görsənmədiyini, 2017-ci ildə isə əmək haqqının 135 manat olduğunun görsəndiyini, hər ay 33.75 manat sığorta hesabına ödəmənin olduğunun göründüyünü, 2017-ci ilin may ayından 2019-cu ilin sentyabr ayının birinədək İddiaçı əmək haqqının 250 manat olduğunu, 2018-ci ildə yenə əmək haqqı və ödəmələrin görsənmədiyini, 2019-cu ilin dörd ayı ərzində yenə əmək haqqının və ödəmələrin görsənmədiyini, iddia tələbində qeyd olunan aylar ərzində hər ay 95 manat olmaqla saxlanılan 5832.50 manat məbəbləğində vəsaitin iddiaçının sosial hesabına ödənilmədiyini, bu halın şahid ifadələri ilə sübut olunduğunu göstərərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının xx xxxxxx 2014-cü ildən müqavilə əsasında işə qəbul olunduğunu, müqaviləyə əsasən 150 manatla işə başladığını, iddiaçının 39 ay həmin əmək haqqını aldığını, iddiaçının əmək haqqından hər ay 3 faiz DSMF-a pul tutulduğunu, 22 faiz isə müəssisə tərəfindən DSMF-a ödəmə olduğunu, 39 ay ərzində İddiaçı gəlirindən 5850 manatdan 3 faizi, yəni 175.50 manat tutularaq DSMF-a ödənildiyini, xx xxx 2017-ci ldən isə iddiaçının əmək haqqının 200 manat olduğunu, 28 ay ərzində 5600 manat əmək haqından isə 3 faiz tutulmaqla 168 manat DSMF-a tutulduğunu, 2019-cu ilin sentyabr ayından isə əmək haqqı dəyişilərək 250 manat olduğunu, həmin vaxt Sosial müdafiə fonduna ödəmə aparılması qanunda dəyişiklik olduğunu, işçi tərəfində 10 faiz, işə götürən tərəfindən isə 15 faiz ödəmə aparılmasının nəzərdə tutulduğunu, 200 manatadək 3 faiz, 200 manatdan artıq olduqda işçidən 10 faiz tutulmasının göstərildiyini, cəmi 6 il ərzində iddiaçının işlədiyi müddətdə 468.50 manat pul tutulduğunu, müəssisə tərəfindən isə 2706.50 manat DSMF-a ödənildiyini, toplamda iddiaçı və sahibkar tərəfindən DSMF-a cəmi 3175 manat ödənildiyini, 2020-ci il tarixədək DSMF-a ödəmələr aparması barədə qəbzlərin olduğunu, fəaliyyətləri müddətində sosial müdafiəyə pul ödədiklərini, ildə bir dəfə DSMF-u ilə hesabat aparıldığını, işçilərin kimliyinin və əmək haqqı barədə sənədlərinin onlardan tələb olunaraq ödəmələrin onların arasında paylaşmasının aparıldığını, lakin paylanmanın düzgün aparılmadığını, iddiaçının 2207.50 manatının az görsəndiyini, onun tərəfindən isə DSMF-a ödəmənin aparıldığını, iddiaçıdan heç vaxt 95 manat almadığını, belə hal olmadığını, tutqunun yalnız sənəd əsasında aparıldığını, iddiaçının ondan əsassız pul tələb edərək varlanmaq fikri olduğunu, iddiaçının hesabından ödədiyi məbləğin az görsənməsi hissəsində haqlı olduğunu, bu hala görə onun səhvinin olmadığını, DSMF-u tərəfindən paylamanın aparılmasında səhvliklərinin olduğunu, bir ay ödəmə aparılmadığı halda DSMF-n dərhal müdaxilə etdiyini, bu günə kimin DSMF-u tərəfindən hesabda olan pulun paylanmasında səhvlik olması ilə bağlı müraciət etmədiklərini, 2015-ci ildən 2020-ci ilədək DSMF-a 13014 manat ödəməsi barədə qəbzlərinin olduğunu, 2014-cü ildən 2020-ci ilədək əmək haqqı cədvəllərinin olduğunu, tutquların 14 faiz gəlir vergi və 3 faiz sosoal ödənişin tutulmasının görsəndiyini, əmək haqqının ödənilməsinın cədvələ imza edilməklə pulun işçiyə təqdim olunması yolu ilə aparıldığını, kiçik biznesi olduğunu, əvvəllər iki nəfərlə fəaliyyətə başladığını, sənədləşmə işlərini özünün icra etdiyini, iş saatının 09:00dan 17:00-dək olduğunu, DSMF-a ödənilən pulun işçinin adına deyil müəssisə rəhbəri kimin onun adına ödənildiyini, əvvəllər ildə bir dəfə ödənilən pulların işçilərin adına paylaşdırıldığını, indi isə rübdə bir dəfə aparıldığını, ayrı-ayrılıqda işçilərin adına ödəmələrin aparılmasını DSMF-n aparmadığını, təqdim olunmuş 2014-cü ildən 2017-ci ilədək və 2018-ci ildə iddiaçının adında DSMF-da ödəmənin görsənmədiyi barədə cədvəli qəbul etmədiyini, işçilərin əmək haqqı barədə DSMF-a eloktron qaydada məlumatın olduğunu, iddiaçının 200 manat əmək haqqı aldığı halda DSMF-da 135 manat əmək haqqı alması kimi görsənməsinin onun yox DSMF-n məsələsi olduğunu, DSMF-n bu cür yazmasının səhv olduğunu, onun tərəfindən bütün məlumatların və ödəmələrin təqdim olunduğunu, əmək haqqına münasibətdə ödəmələrin düzgün aparılmamasının onun səhvi olmadığını, işçilərin hesabına pulların düzgün aparılıb-aparılmamasına onun nəzarət etmədiyini, əmək haqqı cədvəlindən kənar ödəmələrin aparılmadığını, DSMF-a ödəmələrin təsdiqinə dair qəbzlərin olduğunu, 2019-cu ilədək ildə bir dəfə ödənilən pulların işçilər arasında paylandığını, 2019-cu ildən isə rübdə bir dəfə aparıldığını, işçinin adına ayrıca sosial ödənişin aparılmasının nəzərdə tutulmadığını, ümumi onun özünün adına ödənilməklə DSMF tərəfindən işçilər arasında ödəmələrin aparıldığını, 2019-cu ilin sentyabr ayına kimin işçidən 3 faiz, müəssisə tərəfindən isə 22 faiz DSMF-a tutqu aparıldığını, ödəmələrin hər ay aparıldığını, “Rabitə Bank” vasitəsi ilə sosial müdafiə fondunun hesabına ödəmələrin aparıldığını, həmin ödəmələrin aparılmasına sosial müdafiənin və vergi orqanının nəzarət etdiyini, işçilərdən Həmkarlar İttifaqına tutquların aparılmadığını, iddiaçı tərəfindən təqdim edilmiş DSMF tərəfindən İddiaçı fonda ödədiyi məbləğlə əlaqədar cədvəli qəbul etmədiyini, Elnur Hümbətovun onun yanında qısa müddətdə təcrübə müddətində işlədiyini, 20-30 gün işləyib, İddiaçı yanına işləməyə verdiyini, E.Hümbətova avtomobil idarə etməsi üçün etibarnamə verməsini xatırlamadığını, ailəsində narahatçılıq olduğundan çox vaxtı işə gəlmədiyini, işdən tez-tez getdiyini, dediklərinin yalan və əsassız olduğunu, heç vaxt onun əmək haqqından 45 manat sosial fonda tutqu tutulmadığını, E.Hümbətovun təcrübədən çıxmadığından işdən getdiyini, onunla əmək müqaviləsi bağlanmadığını göstərərək iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qərar verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsi qismində izahat verən Vəkil2, cavabdehin izahatında göstərdiklərini təsdiqlədiyini, əlavə olaraq çıxışında cavabdeh tərəf olaraq iddia tələbinin əsassız olmasını təsdiq edən sübutları təqdim etdiklərini, tutqunun qanuna uyğun aparılması ilə əlaqədar sübutlarının məhkəməyə təqdim olunduğunu, 95 manatın əmək haqqından tutulması ilə əlaqədar şahidlərin ifadələrinin əsasının olmadığını, şahid E.Qasımovun ifadəsində eşitdikləri əsasında dediklərinin sübut növü olmadığını, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfin iddia tələbinin əsaslı olmasını məhkəməyə təqdim etməli olduğunu, dəfələrlə məhkəmə iclasları keçirildiyini, lakin iddiaçı tərəfin 95 manatın saxlanması ilə əlaqədar sübutlarını təqdim edə bilmədiklərini, iddia tələbinin əsassız olduğunu göstərərək rədd olunması barədə qanuni qərar verilməsini xahiş etdi. Məhkəmənin xx xxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X9, “Çənlibel” firmasında ekspeditor kimi işə qəbul olunduğunu, sürücü kimin də işlədiyini, cəmi dörd ay yarım işlədiyini, birinci ayı İddiaçı yanında işlədiyini, avtomobili etibarnamə əsasında idarə etdiyini, avtomobilin kimin adına olduğunu unutduğunu, ən çox aldığı əmək haqqının 350 manat olduğunu, birinci ay 35 manat, sonra 3 ay 45 manat DSMF-a tutqu olduğunu, əmək haqqını Cavabdeh iş yerində şəxsən özünün təqdim etdiyini, 2-3 il keçdiyindən əmək haqqını hansı sənədə imza edib aldığını unutduğunu, İddiaçı az əmək haqqı aldığını, İddiaçı qazancın 3 faizinin hesablanaraq verildiyini, ona isə 1.5 faiz hesablanıb verildiyini, rəsmi sənədə imza etmədən tərtib olunmuş kitaba imza edib əmək haqqı aldıqlarını, 4 ay yarım işlədiyini, cəmi iki gün işə getmədiyini, daimi işdə olduğunu, müəssisədə cəmi 3 nəfər işlədiklərini, müdirdən başqa iki nəfər olduqlarını, işə daxil olduğu tarixi unutduğunu, Vəli ilə eyni vaxtda əmək haqqı aldıqlarını, 4 ay əmək haqqı aldıqda yanında Vəlidən 95 manat tutulduğunu, eyni yerdən əmək haqqı aldıqlarından bu halın şahidi olduğunu, ondan qabaq orada olmadığından Vəlidən nə qədər tutulduğunu bilmədiyini, fəaliyyətlərində malın geri qayıtması olduqda 50 faizini müdirin onlardan tutduğunu, yerdə qalan gəlirdən 95 manatı sosial fonda tutduqdan sonra əmək haqqını ödədiyini, bir ay işlədikdən sonra 30000 çox ticarət olandan sonra əmək haqqının yüksək ola biləcəyini, təxminən 2017-2018-ci ildə işə qəbul olunduğunu xatırladığını, gəlir vergisinin nə olduğunu bilmədiyini, gəlir vergisi tutulmasını xatırlamadığını, tutqunun sosial fonda tutulmasını bildiyini, bəzi tarixləri unutsada 45 manat ondan tutulduğundan yadında qaldığını, əmək haqqının gəlirə görə dəyişdiyini göstərdi. Məhkəmənin xx xxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X6, “Çənlibel” firmasında işlədiyini, təxminən 1 il 2 ay işlədiyini, Elnurun təxminən 5-6 ay işlədiyini, Elnurla Vəlinin arasında olan söhbətdən eşitdiyinə görə onların əmək haqqından pul tutulduğunu, siqaret çəkilən vaxtı birinin 50 manat, birinin isə 60 manat tutulduğunu dediklərini, onun əmək haqqından isə heç bir tutulmanın olmadığını, tutulan pulların hansı hesaba tutulmasını bilmədiyini, hazırda Vəlidən tutulan həmin pulun sosial fonda tutulmasını öyrəndiyini göstərdi. İş materiallarına əlavə edilmiş: Əmək Müqaviləsinin surətinə əsasən, İddiaçı xx xxxxxx 2014-cü il tarixdə Çənlibel firmasında Ford markalı maşınla ərzaq məhsullarının satışını təşkil etmək (ekspeditor) işinə qəbul edilmişdir. 0020584 nömrəli əmək kitabçasının surətinə əsasən, İddiaçı xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Çənlibel firmasında ərzaq mallarının satışı işində satıcı vəzifəsində işləmişdir. Əmək haqqı kitabının surətinə əsasən, İddiaçı əmək haqqısından fevral 2014-noyabr 2014-cü il tarixləri aralığında hər ay gəlir vergisi üçün 3.50, sosial fonda 4.50, cəmi 8 manat, dekabr 2014-cü il tarixdə isə sosial fonda cəmi 3.10 manat, yanvar 2015-noyabr 2015-ci il tarixləri aralığında hər ay gəlir vergisi üçün 3.50, sosial fonda 4.50, cəmi 8 manat, dekabr 2015-ci il tarixdə isə sosial fonda cəmi 3.10 manat, yanvar 2016-noyabr 2016-cıil tarixləri aralığında hər ay gəlir vergisi üçün 3.50, sosial fonda 4.50, cəmi 8 manat, dekabr 2016-cı il tarixdə isə sosial fonda 3.10 manat, yanvar 2017-aprel 2017-ciil tarixləri aralığında hər ay gəlir vergisi üçün 3.50, sosial fonda 4.50, cəmi 8 manat, may 2017oktyabr 2017-ci il tarixləri aralığında hər ay gəlir vergisi üçün 9.10, sosial fonda 6, cəmi 15.10 manat, noyabr 2017-ci il tarixdə sosial fonda 1.20 manat, dekabr 2017-ci il tarixdə isə gəlir vergisi üçün 9.10, sosial fonda 6, cəmi 15.10 manat, yanvar 2018-oktyabr 2018ciil tarixləri aralığında hər ay gəlir vergisi üçün 9.10, sosial fonda 6, cəmi 15.10 manat, noyabr 2018-ci il tarixdə gəlir vergisi üçün 3.70, sosial fonda 4.80, cəmi 8.50 manat, dekabr 2018-ci il tarixdə isə gəlir vergisi üçün 9.10, sosial fonda 6, cəmi 15.10 manat, yanvar-avqust 2019-cu il tarixləri aralığında hər ay sosial fonda 6 manat, sentyabr 2019-cu il tarixdə sosial fonda 13 manat, oktyabr 2019-cu il tarixdə sosial fonda 1.70 manat, noyabr-dekabr 2019-cu il tarixlərdə sosial fonda 11 manat, yanvar 2020-ci il tarixdə sosial fonda 11 manat pul tutulmuşdur. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Şəhər şöbəsinin hesabına yanvar 2015-ci il tarixdən yanvar 2020-ci il tarixə ödəmələr aparılmışdır. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv qiymətləndirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Çənlibel firmasında ərzaq mallarının satışı işində satıcı vəzifəsində işləmişdir. İddiaçı iddia tələbində Cavabdeh 2014-2020-ci illərdə, yəni 72 ay ərzində hər ay üçün ondan 95 manat, ümumilikdə cəmi 5832.50 manat pulu vergi və sosial sığorta adı ilə saxladığını qeyd etmişdir. Lakin cavabdeh tərəfindən təqdim olunmuş əmək haqqının ödənilməsini təsdiq edən kitabın surətinə əsasən, İddiaçı əmək haqqından fevral 2014-noyabr 2014-cü il tarixləri aralığında hər ay gəlir vergisi üçün 3.50, sosial fonda 4.50, cəmi 8 manat, dekabr 2014-cü il tarixdə isə sosial fonda cəmi 3.10 manat, yanvar 2015-noyabr 2015-ci il tarixləri aralığında hər ay gəlir vergisi üçün 3.50, sosial fonda 4.50, cəmi 8 manat, dekabr 2015-ci il tarixdə isə sosial fonda cəmi 3.10 manat, yanvar 2016-noyabr 2016-cıil tarixləri aralığında hər ay gəlir vergisi üçün 3.50, sosial fonda 4.50, cəmi 8 manat, dekabr 2016-cı il tarixdə isə sosial fonda 3.10 manat, yanvar 2017-aprel 2017-ciil tarixləri aralığında hər ay gəlir vergisi üçün 3.50, sosial fonda 4.50, cəmi 8 manat, may 2017-oktyabr 2017-ci il tarixləri aralığında hər ay gəlir vergisi üçün 9.10, sosial fonda 6, cəmi 15.10 manat, noyabr 2017-ci il tarixdə sosial fonda 1.20 manat, dekabr 2017-ci il tarixdə isə gəlir vergisi üçün 9.10, sosial fonda 6, cəmi 15.10 manat, yanvar 2018-oktyabr 2018-ci il tarixləri aralığında hər ay gəlir vergisi üçün 9.10, sosial fonda 6, cəmi 15.10 manat, noyabr 2018-ci il tarixdə gəlir vergisi üçün 3.70, sosial fonda 4.80, cəmi 8.50 manat, dekabr 2018-ci il tarixdə isə gəlir vergisi üçün 9.10, sosial fonda 6, cəmi 15.10 manat, yanvar-avqust 2019-cu il tarixləri aralığında hər ay sosial fonda 6 manat, sentyabr 2019-cu il tarixdə sosial fonda 13 manat, oktyabr 2019-cu il tarixdə sosial fonda 1.70 manat, noyabr-dekabr 2019-cu il tarixlərdə sosial fonda 11 manat, yanvar 2020-ci il tarixdə sosial fonda 11 manat pul tutulması təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən hər ay əmək haqqı ödənilən zaman sosial fonda və ya gəlir vergisinə ödənilməsi adı ilə ondan 95 manatın saxlanılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin məhkəmə iclası zamanı dindirilmiş şahidlərin ifadələrinin sübut əhəmiyyəti ilə əlaqədar qeyd edir ki, şahid X9 ifadəsində cəmi 4 ay yarım işlədiyini bildirməklə İddiaçı 95 manat pul tutulmasını qeyd etsə də, həmin pulun tutulma təyinatını tam olaraq göstərə bilməmişdir. Məhkəmə qeyd edir ki, şahidin ifadəsində göstərdiyi bu faktın əsaslı mənbəyi olmadığından sübut hesab edilə bilməz. Həmçinin bu hal 72 ayı əhatə etmir. Məhkəmə digər şahid X2 ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, ifadədə 1 il 2 ay işləməsini, söhbət zamanı 50-60 manat tutulmanı eşitdiyini, tutulmanın təyinatını bilmədiyini, işə məhkəmədə baxılan zamanında sosial fonda tutulmanın olmasını öyrəndiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, şahidin ifadəsində göstərdiyi bu faktın əsaslı mənbəyi olmadığından sübut hesab edilə bilməz. Həmçinin bu hal 72 ayı əhatə etməməklə iddiaçının göstərdiyi 95 manatın alınmasını sübut etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonnegantiincumbitprobation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki,İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. İddiaçı vəkilə ödədiyi 200 manat xərci tələb etsə də, iddia tələbi rədd edildiyinə görə həmin tələb də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-261/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-261/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver