Məhkəmə qərarları › İş №2(078)-263/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-263/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-263/2021 02.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, Niuzami küçəsi 67 ünvanında yerləşən iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə 1256.9 (bir min iki yüz əlli altı manat doxsan qəpik) manat əsas, 207.38 (iki yüz yeddi manat otuz səkkiz qəpik) manat faiz, 0.17 (sıfır manat on yeddi qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz (5%) borcu olmaqla, cəmi 1464.45 (bir min dörd yüz altmış dörd manat qırx beş qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə 0.40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı təşkilat “xxxx” ASC-nin direktoru E.Məmmədov xx xxxx 2021-ci il tarixdə məhkəmənin ünvanına elektron qaydada 22-2627/2021 nömrəli ərizə göndərərək cavabdehlər tərəfindən borcun tam ödənildiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiaçı “xxxx” ASC-nin direktoru E.Məmmədovun iş üzrə icraata xitam verilməsi haqqında müraciətini müzakirə edib belə nəticəyə gəlir ki, işdə imtinanın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də iddiaçı “xxxx” ASC-nin iddiadan imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı “xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat iddiaçı təşkilata qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar v e r d i m: İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizənin icraatına xitam verilsin. İddiaçı “xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixdə Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar