Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-264/2022 05.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 25650 (iyirmi beş min altı yüz əlli) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə uzun müddətdir şəxsi münasibətlər çərçivəsində tanışlığı var. 2021-ci ilin noyabr ayında cavabdeh ondan ona borc pul verməyi xahiş etmişdir. İddiaçı cavabdehin səmimiliyinə inanaraq 25 noyabr 2021-ci il tarixdə qəbzə imza etdirməklə 25650 (iyirmi beş min altı yüz əlli) manat məbləğində pulu ona borc vermişdir. Cavabdeh almış olduğu pulu hər ay 1000 (bir min) olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Lakin o, borcu qaytarmaq barədə öhdəliyin icrasından yayınmış, həmçinin borc məbləğini aldıqdan sonra onunla əlaqəni tamamilə kəsmiş, zənglərinə cavab verməmiş, müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina etmişdir. Göstərilən səbəbdən iddiaçı ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. 05 mart 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası zamanı iddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində Cavabdeh ona olan 25650 (iyirmi beş min altı yüz əlli) manat borcundan 10000 (on min) manatını geri qaytardığını, həmin hissədə iddiasından imtina etdiyini, qalan hissədə işə baxılıb qərar qəbul edilməsini və 10000 (on min) manata dair hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin mülki iş üzrə 05 mart 2022-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında tərəflər barışıq sazişi ilə məhkəməyə müraciət edərək işin məhkəmədə gedişi zamanı aralarında razılığa gəldiklərini və aşağıda qeyd edilən şərtlər daxilində barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər: - İddiaçı iş üzrə Cavabdeh qarşı qaldırdığı iddia tələbi üzrə 15650 (on beş min altı yüz əlli) manat borcun 31 dekabr 2022-ci il tarixədək ona verilməsi ilə razılaşır və buna etiraz etmir; -Cavabdeh İddiaçı ona qarşı qaldırdığı iddia tələbi üzrə 15650 (on beş min altı yüz əlli) manat borcu 31 dekabr 2022-ci il tarixədək ödəmək şərtilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iş materiallarını, iddiaçının iddia tələbinin 10000 (on min) manat hissəsindən imtina etməsi barədə ərizəsini və tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini araşdırıb yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən hesab edir ki, iddiaçının iddia tələbinin 10000 (on min) manat hissəsindən imtina etməsi və tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina və barışıq sazişi məhkəmə tərəfindən qəbul olunmalı, barışıq sazişinin şərtləri təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən “X3” vasitəsilə 17.01.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 167 (yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbinin 10000 (on min) manat hissəsindən imtinası qəbul olunsun. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 05 mart 2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - İddiaçı iş üzrə Cavabdeh qarşı qaldırdığı iddia tələbi üzrə 15650 (on beş min altı yüz əlli) manat borcun 31 dekabr 2022-ci il tarixədək ona verilməsi ilə razılaşır və buna etiraz etmir; -Cavabdeh İddiaçı ona qarşı qaldırdığı iddia tələbi üzrə 15650 (on beş min altı yüz əlli) manat borcu 31 dekabr 2022-ci il tarixədək ödəmək şərtilə razılaşır. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin 10000 (on min) manat hissəsindən imtinası məhkəmə tərəfindən qəbul olunduğundan və tərəflər arasında bağlanmış 05 mart 2022-ci il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən “X3” vasitəsilə 17.01.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 167 (yüz altmış yeddi) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-264/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-264/2022
05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver