Məhkəmə qərarları › İş №2(078)-274/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-274/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-274/2021 23.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Təmir Tikinti MMC-ə qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16000 (on altı min) manat pulun və ödəniş etdiyi 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 16030 (on altı min otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 iyul 2021-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdelə əvəz olunmuş və Naxçıvan Təmir Tikinti MMC-i cavabdeh qismində tanınmışdır. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, 04.08.2020-ci il tarixdə Şərur rayonu, Yengicə kənd torpaqlarına məxsus ərazidə 11 sot torpaq sahəsini və həmin torpaq sahəsində 10 il müddətinə yaxın mövcud olan eni 13 metr, uzunluğu 13 metr, hündürlüyü 3 metr 60 sm olan, 1 hamam - tualet və4 otağın yalnız hörgü işi formasında olan evi, yalnız evin 2 tərəfinin hasarlı formasında X2 etibarnaməsinə əsasən X3 aldığını, daha sonra həyətin qalan 2 hasar hissəsi üçün və evin ümumi hündürlüyünü 60 sm-ə qaldırmaq,qaraj tikmək üçün Dəmirçi kəndindən 4000 ədəd pirket və evin beton kəmər örtüyünü bağlamaq üçün evin yuxarı hissəsinin bütün divarlarının ölçüsündə Baba ustanın rəhbərliyi ilə armatur aldığını, daha sonra Baba ustanın onları evin üstündə istifadə etmək üçün həmin armaturları karkaz şəklində toxuyub evin 60 sm-ə qaldırılması məqsədilə onları həyətə qoyduğunu, daha sonra həyətin hasarının qalan 2 hissəsini 2020-ci il avqust ayında Səyyad usta ilə hörgüsünü apararaq həyətin hasarlanma işlərini tamamladığını, 2020-ci il avqust ayı ərəfələrində evin otaqlarında bəzi dəyişiklər etmək istədiyini, onun üçün avqust ayında Cavabdeh ilə tanış olduğunu, Nicatı ev və həyət ilə tanış etdikdən sonra, növbəti gün öz istəyinə uyğun layihə təqdim edərək bundan sonrakı işi Nicatın görməyinə razı olduğunu,aralarında Nicatın tərtib etdiyi layihəyə əsasən mövcud olan evin qalan hissəsi üçün və həyətin işləri üçün ümumi məbləği 45000 (qırx beş min) manat dəyərində - ilkin ödəniş 25000 (iyirmi beş min)manat, qaralama işlərinin bitməsindən sonra 10000 (on min) manat, işin təhvilində isə növbəti 10000 (on min) manat verəcəyinə razı olaraq, ilkin ödəniş 25000(iyirmi beş min) manatı Nicata verərək müqaviləni imzaladığını,Nicat artıq həyətə daxil olduğunda həyətdə aldığı 2500 ədəd pirketinvə evin 13x13 ölçüsündə bütün yan və orta divarlar üçün armatur karkazların həyətdə olduğunu, müqavilənin şərtlərinə əsasən ümumi sahəsi 208m2 olan evdə işlər görüləcəyini,işçiliyin və material daxil 1 m2-in 145 manat təşkil etdiyini, Müqaviləyə əsasən görülməsi nəzərdə tutulan işlərin: 1. perimetr boyunca mövcud divarların üstü 40 sm, eni 40 sm hündürlüyündə hörgü hörüləcək və 0.20 sm hündürlüyündə, 0.40 sm enində beton kəmər töküləcək. 2. nəzərdə tutulan otaqların arakəsmə divarları hörgü ilə hörüləcək, yerləşim planına əsasən otaqların elektrik xətləri 2.5 və 4-lük mis məftillə yanmayan borularla xətlər çəkiləcək, nəzərdə tutulan otaqlara telefon və internet xətləri işlənəcək. 3. evin istilik sistemləri kompozit borularla, su sistemleri isə sadə borularla işlənəcək. 4. evin içdivarlarında elektrik və istilik sistemləri işləndikdən sonra gəclə suvaq vurulacaq. 5. mövcud olan qapı və pəncərə yerləri ölçüyə salınacaq. 6. istilik və su sistemi işləndikdən sonra evin döşəmə hissəsinə beton döşəmə veriləcək. 7. evin tavanına taxta 5x15-lik və 2.5x15 sm döşəmə vurulacaq və steklovatla izolyasiyaediləcək. 8. strapilalarınaraməsafəsi 80 smtəşkiledəcək. 9. müştərinin istəyinə görə istənilən rəng çerepitçametal şiferlə işlənəcək. Təyin olunmuş yerlərdən növ boruları işlənəcək. Növ boruların sayının 6 ədəd olması nəzərdə tutulur.10. damörtüyütaxtakonstruksiyailəişlənəcək. İstifadəolunacaqtaxtalarınölçüləri: 2.5x0.12x6 m, 5x1 0 x 6 m, 5x15 x 6 m, 2.5x0.10x6 m. Layihənin 2-ci mərhələsi: 1. Çöl eyvanın altı zirzəmi nəzərdə tutulmuşdur. Zirzəminin elektrik sistemi işlənəcək, evin istilik sistemi üçün 32-lik (Baymak) markalı kombi qoyulacaq və zirzəmidən otaqlara paylaşdırılacaq.2. evin tavanı alçıpanla verilən dizaynlara görə fiqurlar işlənəcək. Tavanlara alçı suvaq vurulduqdan sonra ağ emulsiya vurulacaq. Mətbəx tavanı lanbrinlə, spot işıqlarla işlənəcək. 3. sanitar qovşağın su və istilik sistemləri işləndikdən sonra qum və sementlə suvaq vurulacaq. Kafel, metlaq müştərinin seçiminə uyğun alınacaq. Qiymətləri 10-15 manat dəyərində nəzərdə tutulur. Unitaz, su çanağı müştərinin seçiminə uyğun alınacaq. S/Q tavanı lambrinlə örtüləcək. Qapı və pəncərələrin materialı plastik adopen olacaq. 4. yataq otaqlarının divarları gəclə suvandıqdan sonra nəzərdə tutulmuş aboyla örtüləcək (aboyun qiymətləri 35-40 AZN arasında dəyişə bilər). 5. mətbəxdə və dəhlizdə istifadə olunacaq aboyların qiyməti 25-35 AZN təşkil edəcək. 6. salona istifadə olunacaq aboyun qiyməti isə 40-50 AZN təşkil edəcək. 7.evin iç döşəmə sahəsi Türkiyə istehsalı olan laminatla döşənəcək.8. evin giriş (seyf) qapısının ölçüsü 0.90 mx2.10 m olacaq. 9. eyvanın döşəməsi metlaq, tavanı lambrin, məhəccərləri isə metaldan olacaq.10.evin həyətində 5x6 m ölçüsündə qaraj, istirahət üçün 5x15 m ölçüsündə köşk besedka və 4x6 m ölçüsündə hovuz tikiləcək.11. qarajın iç divarları qum və sementlə suvanacaq, daha sonra isə emulsiya örtüyü çəkiləcək. Nəzərdə tutulan yerlərə elektrik xətləri çəkiləcək. Tavanı lambrin, döşəməsi travertin daşdan ibarət olacaqdır. 12. istirahət köşkündə 3x4 m ölçüsündə çöl mətbəxi salınacaq. Su və elektrik xətləri işlənəcək. Tavanı lambrin, döşəməsi metlaqla örtüləcək. İstirahət köşkündə həmçinin su bulağı və manqal qoyulacaq.

13. su hovuzunun dərinliyi 1.60 m, divarları mişar daşıyla, döşəməsi betonla işləndikdən sonra sirkulyasiya motorları quraşdırılaraq, kafel-metlaqlaörtüldükdən sonra təhvil veriləcəkdir. 14. ümumi ərazinin 100-120 m2–lik sahəsi bağ salınması üçün ayrılacaq. Güldanlıqlar işlənəcək – qalan hissə 0.40x0.40 daşla döşəmə vurulacaq.15. hasar və qarajın qapıları metal olacaq, hasarın qapısı göstərilən dizayna uyğun olacaq, qarajın qapısı kəpəkli qapı təşkil ediləcək- olmalı olduğunu, evin qara tikintisinə 1-ci mərhələdə ilkin ödəniş olaraq 25000 (iyirmi beş min) manat, 2-ci mərhələdə işə başlandığı tarixdən 1 ay sonra 10000 (on min) manat, 3-cü mərhələdə iş bitdikdə sonra10000 (on min) manat, ümumi məbləğin 45000 (qırx beş min) olacağını, işin görülməsi şərtlərinin: 1. ilkin ödəniş ödənildikdən sonra 5 gün müddətinə mal-material və qrant işlərinin görülməsinə başlayır.

2. evin tikintinin qaba işləri və hasarın tikintisi 90 gün müddətində sifarişçiyə təhvil veriləcəkdir- olduğunu, müqaviləyə əsasən sifarişçinin tikintinin smetasının dəyərini müqavilənin ödəniş şərtlərinə uyğun olaraq ödəməli olduğunu, Nicatın ilkin olaraq Şərur rayonu, Tumaslı kəndindən olan Bəxtiyar, Namiq, Asəf usta ilə mövcud evin hündürlüyünün əlavə olaraq 60 sm, 84 metr uzunluq, 40sm en, 8 metr uzunluğunda, 20 sm enində evin hündürlüyünü qaldırdıqlarını, daha sonra evin iç hissəsində evin giriş hissəsində kolidorun sonunda olan otağın giriş divarını eni 20 sm, uzunluğu 3 metr, hündürlüyü 3metr 30 sm-dən ibarət olmaqla, onun yanındakı yataq otağının yalnız bir divarını hündürlüyü 3 metr 30 sm,uzunluğu 4 metr olmaqla, hamam-tualetin içində uzunluğu 6 metr, hündürlüyü 3 metr 30 sm olmaqla, hörgü işi apardığını, daha sonra evin mətbəx hissəsində 11 metr,hündürlüyü 3 metr 30 sm olmaqla, hörgünü eni 40 sm olmaqla, hörgü işi apardığını, mətbəxin altında 3 metr uzunluğunda, 4 metr enində,döşəmə hissəsinə 12-lik armaturdan ibarət olan beton tökdüyünü və 11 metr, hündürlüyü 2 metr olan zirzəmin hörgüsünü çay daşı ilə hörgü işini apardığını, zirzəminin yer hissəsinə isə armatur olmadan 12 kvadrat metr beton verdiyini, evin ön hissəsində 9 metr, 80 sm hündürlüyündə çay daşı adlanan daşla eyvanın sokol hörgü işini apardığını, həmin eyvanda 20 sm hündürlüyündə, 3 metr uzunluğunda 3 pilləli pilləkanın çay daşı ilə hörgüsünü apardığını, daha sonra həyətdə qaraj üçün 11 metr,hündürlüyü 2.50 sm-dən ibarət olmaqla, hörgü işi apardığını, daha sonra naves üçün 23 metr, 40 sm hündürlüyündə çay daşı iləskol hörgüsü apardığını, həyətdə 4 metr,2 metr hündürlüyündə tualet hörgüsü apardığını, daha sonra evin hündürlüyünün 60 sm-ə qaldırlmasından sonra evin mətbəx hissəsi 3 metr uzunluğunda, 4 metr enində artırıldığı üçün evin üzərinə həyətdə olan aldığı armatur karkazlar vəözünün əlavə aldığı 30 ədəd 12-lik armatur ilə usta və fəhlələrin beton tökməsi ilə 84 metr uzunluğunda,40 sm enində, 20 sm hündürlüyündə və 20 metr uzunluğunda, 20 sm enində, 20 sm hündürlüyündə evin yuxarı kəmər bağlamasına beton verdiyini, betondan sonra Nicatın Xanlıq kəndindən 500 ədəd aldığı pirket ilə evin 45 ədəddən ibarət olan 5x15 ə olan 6 metrlik taxtalar ilə evin ağac arası hörgüsünü apardığını, daha sonra evin 180 kvadrat metr olan üzərini çəkilmiş qələmə ilə örtdüyünü, daha sonra qaraj,navest, evin içinə və eyvanına şeben verdiyini, evin içinin elektrik, su və atepleniya xətlərininçəkildiyini, evin gəclənməsi üçün 300 ədəd gəc aldığını, həyətdə 4 metr enində, 6 metr uzunluğunda, 1.60 sm hündürlüyündə Bakı kubiki ilə hovuz hörüb döşəməsinə 12-lik armatur atıb hovuzun çöl kənarlarını armatur atmadan beton verdiyini,Nicatın suvaq işi olaraq həyətin 46 metr uzunluğu, 2 metr 10 sm hündürlükdən ibarət olan ön hasarının çöl və içəri hissəsinə, 72 metr uzunluq, 2.10 sm hündürlükdə olan yan hasarların yalnız içəri hissəsinə, 60 metr uzunluğu,2.10 sm hündürlüyü olan arxa hasarın isə hər iki tərəfinə suvaq vurduğunu, qarajın 11 metr, 2.10 sm hündürlük çöl və içəri hissəsinə suvaq vurduğunu, evin içərisində olan hamam və tualet hissəsinə suvaq vurduğunu, evin çöl hissəsinə 64 metr, 4 metr 20 sm hündürlüyündə suvaq vurduğunu, çöldəki hovuzun 20 metr, hündürlüyü 1.60 sm hissəsinə suvaq vurduğunu, əlavə olaraq həyətdə 7 metrlik 1.50 sm diametrində quyu qazdırdığını, müqavilə əsasında görülən işlərin yalnız evin ümumi sahəsi olan 208 kvadrat metr divara suvağın vurulması, həyətdə 6x4 hovuzun tikilib suvağın vurulması, 100 metr hasarın yalnız suvağın vurulması, Г şəkilli yarım tikilinin tikilməsi və suvağının vurulması və evin dam örtüyünün taxta materialı ilə örtülməsi işlərinin olduğunu, 02.09.2020-ci il tarixdə müqavilə bağlayandan sonra 05.09.2020-ci il tarixdə işə başlanıb yuxarıda qeyd olunan işləri gördüyünü, 15 oktyabr 2020-ci il tarixdəndir ki, evdə heç bir tikinti və sair işlərin aparılmadığını, Nicatla əlaqə saxlayıb evin tikintisini aparmadıqlarını bildirdiyini, Nicatın ona“pul yoxdur ki, sizin tikinti işlərini tamamlayam” dediyini, Nicata 02.09.2020-ci il tarixli müqavilənin şərtlərini xatırlatsa da, hərdən bir yalan uyduraraq onun tikinti işlərini aparmadığını, Nicatın evdə görülmüş olduğu işlərin təxminən dəyərinin 9000 (doqquz min) manat təşkil etdiyini,əlavə olaraq, Nicat tərəfindən görülən işlərin onun tərəfindən tikinti mütəxəssisləri dəvət edilərək yoxlanıldıqda, keyfiyyət baxımından, keyfiyyətsiz iş olduğununbildirildiyini, bundan sonra Nicatla tikinti işini apara bilməyəcəyini, müqavilənin şərtlərini pozduğunu, keyfiyyətsiz iş gördüyünü və müqavilə əsasında vermiş olduğu 25000 (iyirmi beş min) manat puldan təxminən 9000 (doqquz min) manatını xərcləməklə, qalan pulun qurtarmasını bildirib onun tikinti işlərini aparmadığını, məcbur qalıb Cavabdeh 16000 (on altı min) manat pulunun geri ödənilməsini istədiyini, evin tikinti işlərinin aparılması üçün həmin pulun ona lazım olduğunu, həmçinin Nicatın müqavilənin şərtlərini pozduğu vaxtdan sonra evdə zərurət yarandığından mübahisənin həllini gözləmədən bəzi işlər görmək məcburiyyətində qaldığını, belə ki, 2020-ci il oktyabr ayının ortalarında Nicatın birinci mərhələnin şərtlərinə sadiq qalmadığını görüb həddindən artıq yalan danışdığına görə işlərin keyfiyyətini azaltdığını Nicata əsas gətirərək, müqaviləni dayandırmaq qərarına gəldiklərini, lakin qabaqdan qış mövsümünün gəldiyini düşünərək,Nicatın evin üzərinə atdığı taxtaların məhv olmaması üçün, evin içərisində gəc taylarının üzərinə qar-yağış yağmaması üçün öz xərcləri ilə evin üzərinə steklavat ataraq dam örtüyünü Nihad ustanın rəhbərliyi iləvurdurduğunu, Nicatın aldığı gəcin müddətinin keçib heyifolmaması üçün ümumi sahəsi 372 kvadrat metr olmaqla, evin iç hissəsinə Elvin ustanın rəhbərliyi ilə gəc vurdurduğunu, gəci vurdurarkən elektrik və su xətlərinə gələcəkdə problem olmasındeyə yenidən baxış keçirtdiyini, elektrik üçün yeni bir usta Cabir ustaya, su xətləri üçün isə Habil ustaya müraciət etdiyini, hər iki ustanın Nicatın çəkdirdiyi elektrik və su xətlərinin bərbad olduğunu ona sübut edərək, Nicatın gördüyü işlərin yenidən düzəlişini özünün həmin ustalara etdirdiyini, evin və çöl hissənin bütün pəncərələrini Nadir ustanın rəhbərliyi ilə taxdığını, evin şiferinin vurulması üçün eyvandan dayaq olaraq 3 ədəd 40 sm enində, 3.30 sm hündürlüyündə tumba divarları Musa ustaya hördürdüyünü, Bakı şəhərindən şiferin sifarişini verərkən, birdəfəlik olsun deyə həyətdəki qaraj da daxil,navest olan hissənində şiferinin sifarişini verdiyini, materialların qalxmağını nəzərə alaraq, çöl və qarajında şiferini vurmaq qərarına gəldiyini, onun üçün qaraj və navest olan hasar tərəfinin çox alçaq olduğunu nəzərə alaraq, 47 metr olan hasar və qaraj hissənin divarının hündürlüyünü əlavə olaraq 60 sm Musa ustanın rəhbərliyi ilə qaldırdığını, navestin şiferinin vurulması üçün 5 ədəd 40 sm enində, 3 metr hündürlüyündə tumba hörgüsünü Musa usta ilə hördüyünü, uzunluğu 18 metr olan tumbaların üzərinə Baba ustanın rəhbərliyi ilə beton kəmər verdirdiyini, qarajın üzərinə 5x15-lik taxtalar ataraq, üzərinə qələmə ilə çornupol vurduraraq üzərini bağlatdığını, navestin altında 3 metr enində, 4 metr uzunluğunda, 3 metr hündürlüyündə çöl mətbəxini Musa usta ilə hörərək, içərisinə və çölünə suvaq vuraraq, üzərinə taxta atıb steklavat atılaraq, üzərini torpaq iləbasdırdığını,müvsümünəzərə alaraq, bu işləri tam çatdıra bilmədiyi üçün navest və qarajın üzərinin dam örtüyünü hələlik vurdura bilmədiyini, evin giriş qapısının kənarlarına və aşağısına, qaraj qapısının yuxarısına Baba ustanın rəhbərliyi ilə 40 sm enində beton kəmər tökdürdüyünü, həyətə ekskavator sürücüsü İbrahim ilə kod verdirərək, həyətin bağ üçün nəzərdə tutulmuş hissəsinə 20 ədəd ağac əkdiyini, hazırda mənzilin və həyətin özü tərəfindən təmir olunub demək olarki, qurtardığını, 29 oktyabr 2020-ci il tarixli, 9 nömrəli müqaviləyə əsasən, Cavabdeh 02 sentyabr 2020-ci il tarixli aralarında bağlanmış Müqavilə əsasında ona 25000 manatı verməyini və həmin pulun müqabilində 17000 manat dəyərində iş görməyini etiraf etdiyini, bütün sübutlara məhkəmə tərəfindən ədalətli qiymət veriləcəyini və onun pozulmuş hüququnun bərpa edilməklə, mülki ziyanın bərpa olunacağını hesab etdiyini, keçən bu müddət ərzində Nicatla əlaqə yarada bilmədiyini, müqaviləyə əsasən öhdəliyini yerinə yetirmədiyini, yarım qoyduğu işlə maraqlanmadığını, ekspertizanın rəyi ilə razılaşdığını, iddia qaldırarkən ustaların görülmüş işi qiymətləndirdiyindən tələb məbləği 16000 manat yazdığını, ekspertin qiymətləndirməsinin qanuna uyğun aparıldığını, bunları nəzərə alaraq, cavabdeh təşkilatdan ona çatası pulun və ödəniş etdiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh təşkilat Naxçıvan Təmir Tikinti MMC-ə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclaslarına nümayəndə göndərməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı (sifarişçi) ilə Naxçıvan Təmir Tikinti MMC-nin sədri Cavabdeh (icraçı) arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli, 9 nömrəli Müqavilənin məzmunundan görünür ki, evin qara tikintisinə 1-ci mərhələdə ilkin ödəniş olaraq 25000 (iyirmi beş min) manat, 2-ci mərhələdə işə başlandığı tarixdən 1 ay sonra 10000 (on min) manat, 3-cü mərhələdə iş bitdikdən sonra 10000 (on min) manat, ümumi məbləğ 45000 (qırx beş min) manat olacaqdır. İddiaçı (sifarişçi) ilə Naxçıvan Təmir Tikinti MMC-nin sədri Cavabdeh (icraçı) arasında bağlanmış 29 oktyabr 2020-ci il tarixli, 9 nömrəli Müqavilənin məzmunundan görünür ki, Cavabdeh 02 sentyabr 2020-ci il tarixdə sifarişçi İddiaçı işə başlamaq üçün ilk növbədə 25000 (iyirmi beş min) manat məbləğində pul almışdır. Cavabdeh aldığı pulun müqabilində təqribən 17000 (on yeddi min) manat dəyərində iş görmüşdür. Müqaviləyə əsasən birinci mərhələyə uyğun olaraq, evin dam örtüyü tamamlanmamışdır. Cavabdeh işi davam etdirmək üçün 29 oktyabr 2020-ci il tarixdə sifarişçi İddiaçı 10000 (on min) manat məbləğində pul almışdır. Razılığa əsasən, bu mərhələ evin aboy vurulma mərhələsinə qədər təşkil edir. İşin yekun günü 15 dekabr 2020-ci il tarixədək planlaşdırılıb. Razılığa əsasən, sonuncu 10000 (on min) manat məbləğində pulu sifarişçi İddiaçı işin yekunlaşma ərəfəsində verəcəyini öhdəsinə götürmüşdür. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2021-ci il tarixli, 75 nömrəli ekspert rəyinə əsasən, Şərur rayonu, Yengicə kəndində 11 sot torpaq sahəsində yerləşən əmlak üzərində İddiaçı ilə podratçı Cavabdeh arasında bağlanmış 9 nömrəli Müqavilənin surətində nəzərdə tutulan müxtəlif növ tikinti-quraşdırma işlərinin görülməsinin həmin Müqavilənin 1-ci, 2-ci, 3-cü, 7-ci, 8-ci və 12-ci bəndlərində qismən yerinə yetirildiyi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Şərur rayonu, Yengicə kəndində 11 sot torpaq sahəsində yerləşən əmlak üzərində İddiaçı ilə podratçı Cavabdeh arasında bağlanmış 9 nömrəli Müqavilə üzrə podratçı Cavabdeh tərəfindən faktiki aparılmış təmir-tikinti və quraşdırma işləri üzrə çəkilmiş ümumi xərcin təqribən 10578.69 (on min beş yüz yetmiş səkkiz manat altmış doqquz qəpik) manat məbləğində təşkil etdiyi müəyyən edilir. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb iddiaçının izahatını, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları– fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının öhdəliyini yerinə yetirilməsi tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarı). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonnegantiincumbitprobation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Beləliklə yuxarıda göstərilmiş xüsusatlara görə, iddia qismən təmin edilməli, cavabdeh təşkilat Naxçıvan Təmir Tikinti MMC-dən 14421.31 (on dörd min dörd yüz iyirmi bir manat otuz bir qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14451.31 (on dörd min dörd yüz əlli bir manat otuz bir qəpik) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, İddiaçı (sifarişçi) ilə Naxçıvan Təmir Tikinti MMC-nin sədri Cavabdeh (icraçı) arasında bağlanmış 02 sentyabr 2020-ci il tarixli, 9 nömrəli Müqavilə bağlanmışdır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2021-ci il tarixli, 75 nömrəli ekspert rəyinə əsasən, Şərur rayonu, Yengicə kəndində 11 sot torpaq sahəsində yerləşən əmlak üzərində İddiaçı ilə podratçı Naxçıvan Təmir Tikinti MMC-nin sədri Cavabdeh arasında bağlanmış 9 nömrəli Müqavilənin surətində nəzərdə tutulan müxtəlif növ tikinti-quraşdırma işlərinin görülməsinin həmin Müqavilənin 1-ci, 2-ci, 3-cü, 7ci, 8-ci və 12-ci bəndlərində qismən yerinə yetirildiyi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Şərur rayonu, Yengicə kəndində 11 sot torpaq sahəsində yerləşən əmlak üzərində İddiaçı ilə podratçı Cavabdeh arasında bağlanmış 9 nömrəli Müqavilə üzrə podratçı Cavabdeh tərəfindən faktiki aparılmış təmir-tikinti və quraşdırma işləri üzrə çəkilmiş ümumi xərcin təqribən 10578.69 (on min beş yüz yetmiş səkkiz manat altmış doqquz qəpik) manat məbləğində təşkil etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi :

İddia qismən təmin edilsin. Naxçıvan Təmir Tikinti MMC-dən 14421.31 (on dörd min dörd yüz iyirmi bir manat otuz bir qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14451.31 (on dörd min dörd yüz əlli bir manat otuz bir qəpik) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar