Məhkəmə qərarları › İş №2(078)-276/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-276/2023

18.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-276/2023 18.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6500 (altı min beş yüz) manat borcun və ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, 2019-cu ildən N saylı hərbi hissədə işləyir. İş üzrə Cavabdeh da onunla birlikdə həmin hissədə işləyirdi. Hazırda o Ordu Qərargahında işləyir. Məftunu orada tanıyıb. İş yoldaşı olaraq yaxşı münasibətləri olub. 2019-cu ilin dekabr ayının əvvəllərində Məftunla söhbət edərkən bildirdi ki, başqa şəxslərə borcu var. Əmək haqqısı ilə borclarını ödəyə bilmir, krediti olduğuna görə ona kredit vermirlər. Məftun ondan borclarını qaytara bilməsi üçün bankdan kredit götürüb ona verməyi xahiş etdi. Ona “aylıq olaraq sənin götürdüyün krediti də özüm ödəyəcəm” dedi. İlk başda razılıq verməsə də, sonrakı günlərdə Məftun dəfələrlə ondan kredit götürüb ona verməyini xahiş etmişdi. Həmin vaxt Məftun onun komandir müavini işləyirdi, həm də iş yoldaşı olaraq onun düşdüyü vəziyyətdən çıxarmaq üçün Məftuna kredit götürüb ona verməyi barədə razılıq vermişdi. 2019-cu ilin dekabr ayının 9-da "xxxx" ASC-dən 10500 manat kredit götürdü. Həmin krediti Məftunun razılığı ilə 26.9 faizlə 3 il müddətinə götürdü. Məftun da onunla birlikdə banka getmişdi və pulu da birlikdə götürmüşlər. Həmin puldan 7500 manatını borclarını ödəməsi üçün Məftuna vermiş, qalan 3000 manatını isə, Biləsuvar rayonuna ailəsinə göndərmişdir. Pulu verən vaxt Məftun bir daha onu əmin edərək “narahat olma hər ay kreditin vaxtı çatanda 320 manatı sənə verəcəm, özün aparıb ödəyərsən” demişdi. Hər ay ödəniləcək kreditin məbləği 420 manat idi. Həmin kreditin 320 manatını Məftun, 100 manatını isə o ödəməli idi. Məftun ilk 3 ayın kreditini vaxtında ona ödəmiş, ondan sonrakı aylarda artıq ödəməməyə başlamışdı. O, Məftuna zəng edib kreditini ödəməsini xahiş etsə də hər dəfə bəhanə edərək krediti ödəmirdi. Məcbur qalıb kredit öz adına olduğuna görə hamısını özü ödəmişdir. Hazırda Cavabdeh ona 6500 manat borcu qalır. Dəfələrlə zəng etsə də, hər dəfə başqa borclarının olduğunu bildirərək ona olan borcunu ödəmək istəmir. Bu barədə çox sayda “whatsap” yazışmaları var. Həmin yazışmalarda da Məftun borcu olduğunu etiraf edir və ödəyəcəyini bildirir. Lakin borcunu ödəmir. Özünün də başqa şəxslərə borcu var. Məftun borcunu ödəmədiyinə görə o da öz borcunu ödəyə bilmir. Ona görə də məcbur qalıb məsələnin həlli üçün bu barədə məhkəməyə müraciət edib. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçı ilə eyni məzmunlu izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı etiraf edərək izahatında bildirmişdir ki, həqiqətən də İddiaçı qeyd edildiyi məbləğdə borcu var. Lakin ailədaxili maddi sıxıntıları olduğu üçün iddiaçının pulunu vaxtında qaytara bilməyib. Borcu etiraf edir, borcu hissə-hissə qaytaracaq. Maddi imkanı olmadığı üçün razılaşdıqları kimi borcunu tez ödəyə bilməmişdir. Qanuni qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin 2-ci bəndinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsini müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə Cavabdeh etirafı məhkəmə tərəfindən qəbul edilməli, cavabdehdən 6500 (altı min beş yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 11339 nömrəli qəbzlə ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 11339 nömrəli qəbzlə ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar