Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-277/2021 17.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borclu olduqları 2000 (iki min) manat pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, 2020-ci ilin iyun ayında Naxçıvan şəhər Qaraçuq kənd sakinləri Cavabdeh1 və onun oğlu Cavabdeh2 onun Naxçıvan şəhəri Əliabad qəsəbəsində yerləşən fermasına gələrək ondan yanıbalalı mal almaq istəmiş və bildirmişlər ki, qaramalı südündən istifadə etmək üçün alırlar. Bir baş inəyi və onun yanında olan balasının qiymətini 2000 (iki min) manata razılaşmışlar, razılığa əsasən cavabdehlər ayda 300 (üç yüz) manat olmaqla borclarını ödəyəcəkdilər. Cavabdehlər inəyi və balasını aparanda aralarında etibar olsun deyə Əli özünə məxsus bankomat kartını ona vermişdir. Sonradan oğlu bir ay karta vurulan 297 manat pulu çəkmiş, və ondan sonra kart işlək vəziyyətdə olmamışdır. Razılaşmanın üzərindən aylar keçsə də cavabdehlər şərti pozaraq borcu qaytarmamış, Qasımı taparaq ondan pulunu istədiyində Qasım ona malları evə gətirdikdən üç gün sonra oğlu Əlinin inəyi və balasını Şərur rayon sakininə satdğını və özünün də bundan sonradan xəbər tutduğunu bildirdi. Cavabdehlərə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq onlar borclarını qaytarmaqdan imtina edikləri üçün məcbur qalaraq məsələnin həlli üçün məhkəməyə müraciət etdiyini bildirən İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh2 iddianı qismən etiraf edərək izahatında həqiqətən də 2020-ci ilin iyun ayında atası-iş üzrə digər Cavabdeh1 ilə İddiaçı Naxçıvan şəhəri Əliabad qəsəbəsində yerləşən fermasından bir baş inək və yanında balasını almışlar. Qarşılıqlı razılaşmaya görə malın dəyəri 2000 manat qiymətləndirilmiş və bu borcu hər ay 300 manat olmaqla iddiaçıya ödəməklə bağlı öhdəlik götürmüş, hətta etibarlılıq olsun deyə özünə məxsus bankomat kartını da iddiaçıya vermişdir. Cavabdeh2 qeyd etmişdir ki, iddiaçı ona verilmiş bankomat kartından bir dəfə 297 (iki yüz doxsan yeddi manat pul çəkmiş, Ümumilikdə 297 (iki yüz doxsan yeddi) manat iddiaçıya pul ödənildiyini, hazırda iddiaçıya 1703 (bir min yeddi yüz üç) manat borcu olduğunu, bu borcu etiraf etdiyini, borcu qaytaracağını, maddi imkanı olmadığı üçün razılaşdıqları kimi borcunu hər ay vaxtlı-vaxtında ödəyə bilmədiyini, övladının xəstəliyi ilə əlaqədar həmin iribuynuzlu heyvanı 1800 manata Ordubad rayon sakininə satdığını, 1000 manatı aldığını, 800 manat həmin şəxsin ona borcu olduğunu, əvvəllər Rabitədə işlədiyi üçün bankomat kartına 300 manat pul vurulduğunu, ona görə bankomat kartını iddiaçıya verdiyini, lakin bir ay iddiaçı pul çəkdikdən sonra işdən çıxdığını, özünün əlil olduğunu, 113 manat pensiya aldığını, əlavə sürücü işlədiyini, aldığı pulla ailəsini ancaq dolandırdığını, iddiaçıya borcunu ödəyəcəyini bildirib qanuni qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddənin dispozitiv şərtinə görə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürülmüşdür. Belə ki, pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, verilmiş pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə aşağıdakı əsalara görə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin olunmalıdır. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iş üzrə iddiaçı X1 məhkəməyə ünvanladığı iddia ərizəsində 2000 (iki min) manat pulu cavabdehlərdən tələb etmiş, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə cavabdeh Cavabdeh2 iddiaçıya 1703 (bir min yeddi yüz üç) manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə cavabdeh X2 iş üzrə İddiaçı 1703 (bir min yeddi yüz üç) manat borclu olduğunu etiraf etməsini cavabdeh tərəfindən borcun etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə İddiaçı həmin hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Qaytarılmış məbləğ-yəni 297 manat iddiaçı tərəfindən təsdiq edildiyindən məhkəmə mövcud borca münasibətdə tələbin təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1703 (bir min yeddi yüz üç) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 99477 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 25.55 (iyirmi beş manat əlli beş qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1703 (bir min yeddi yüz üç) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən “xxxx” ASC Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 99477 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 25.55 (iyirmi beş manat əlli beş qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə rədd olunsun. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-277/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-277/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver