Məhkəmə qərarları › İş №2(078)-28/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-28/2020

17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-28/2020 17.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək

1. Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC- nin xeyrinə xx.xx.2018-ci il tarixli, 166İK/2018 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 112,275.10 manat əsas borc, 4,920.75 manat faiz borcu və 40.54 manat cərimə borcu olmaqla, cəmi borcu 117,236.39 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğində pul vəsaitinin tutulması;

2. Cavabdeh iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2018-ci il tarixli, 166İK/2018 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi;

3. İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi;

4. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı iddiaçı təşkilatın nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, iddia tələbində göstərilən məbləğin artırılması və tələbə “1. Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC- nin xeyrinə xx.xx.2018-ci il tarixli, 166İK/2018 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 112275.10 manat əsas borc, 8338.90 manat faiz borcu və 113.74 manat cərimə borcu olmaqla, cəmi borcu 120727.74 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum məbləğində pul vəsaitinin tutulması;

2. Cavabdeh iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalı olan məbləğ xx.xx.2018-ci il tarixli, 166İK/2018 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, nəticədə əldə olunacaq vəsait hesabına ödənilməsi;

3. İpoteka qoyulmuş yaşayış evi satıldıqda, ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində əmlakları ilə birlikdə tərk etməsi, cavabdeh ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxs evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi;

4. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə ödənilməsi” tələbi çərçivəsində baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaya verilmiş tələb çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə baxış iclası məhkəmə baxışı iclası xx xxxxxx 2020-cu il tarixdə, saat 11:00-a təyin olunmuş, həmin tarixə təyin edilmiş məhkəmə baxışı iclası keçirilməmiş, məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə saat 11:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın direktoru E.Məmmədov xx.xx.2020-ci il tarixdə məhkəmənin ünvanına ərizə göndərərək mülki işin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmşdir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın direktoru E.Məmmədovun ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin iddia qaldırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2019-cu il tarixdə ********* nömrəli qəbz əsasında ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və “İpotka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 (otuz) manat iddiaçı təşkilata qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin iddia qaldırılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına xx.xx.2019-cu il tarixdə ********* nömrəli qəbz əsasında ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və “İpotka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 30 (otuz) manat iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar