Məhkəmə qərarları › İş №2(078)-282/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-282/2025

23.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-282/2025 23.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2300 (iki min üç yüz) manat ona məxsus olan **-BM-*** dövlət qeydiyyat nişanlı "EMGRAND”" markalı minik avtomobilinə vurmuş olduğu ziyanın və iş üzrə ödəmiş olduğu 43 (qırx üç) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, **-BM-*** dövlət qeydiyyat nişanlı "EMGRAND" markalı minik avtomobili onun özünə məxsusdur. 2024-cü ilin may ayında avtomobilinin sürət qutusunda problem olduğu üçün usta Cabirlə əlaqə saxlamışdır. Cabir maşını təmir edəcəyini, xərcinin də 2300 (iki min üç yüz) manat tutacağını qeyd edir. Cabirlə razılaşırlar. Həmin vaxt o İstanbulda idi, maşın da bacısıgilin həyətində idi. Cabir gedib maşını çəkici ilə sexinə apardı. Pulun 1000 (min) manatını bir gün sonra Cabirin qaynı Babək rayon Gülşənabad kənd sakini X1 gəlib anasından aldı. Bir gün sonra isə o 1000 (min) manatı da qonşusu Rəhman Zeynalova göndərib. Rəhman 1000 (min) manat pulu aparıb Cabirə verdi. Bundan İ həftə sonra qalan 300 ( üç yüz) manatı da qonşusuna göndərib, o da aparıb Cabirə verdi. Maşın 40 gün Cabirin sexində qaldı, lakin Cabir maşını təmir eləmədi. O Cabir ilə əlaqə saxladı, dedi ki, maşının çatışmayan dəmiri var, əlavə pul göndərməlisən. O da ona artıq verəcək pulunun olmadığı dedi. Cabir maşını sexdən çıxardı, ona da görüntülü zəng edərək dedi ki, burda kameranın altındadır. Bundan sonra o Ramin adlı usta ilə əlaqə saxladı. Ramin dedi ki, o gedib maşını götürüb təmir edə bilər. 5 gün sonra anası Şahid4 və usta Ramin Cabirin sexinə getdi. Onların yanında Babək rayon, Gülşənabad kənd sakinləri Şahid1 , onun oğlu Gülşənabad kənd sakini Şahid2 da olmuşdur. Ramin maşını öz sexinə apardı. Ramin 1 həftəyə maşını təmir elədi. O Raminə maşının təmiri üçün 1200 (min iki yüz) manat pul verdi və Ramin maşını tam şəkildə təmir elədi. 1 həftə sonra Şahid1 və oğlu Ərhan gedib maşını gətirdilər. Ramin maşını tam təmir eləmişdi. Ramin özü də etiraf edir ki, Cabir maşında heç bir təmir işi aparmamışdı. Sonra O Cabir ilə bir neçə dəfə danışdı. Ona maşını təmir etmədiyini və pulu qaytarmalı olduğunu bildirmişdir, Cabir isə bunu inkar edərək guya maşını təmir etdiyini dedi və pulunu qaytarmaqdan boyun qaçırdı. İddiaçı 2024-cü ilin noyabr ayında İstanbuldan qayıtmışdır. Cavabdeh ona dəymiş ziyanı ödəmir. Cavabdeh bu hərəkətləri ilə mübahisənin danışıqlar yolu ilə həllini mümkünsüz etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş üzrə məhkəmə hazırlıq iclasları, məhkəmə baxışı iclasları keçirilmiş, məhkəmə qiymətləndirməsi təyin edilmişdir. Qiymətləndirmə rəyi alındıqdan sonra iş üzrə icraat təzələnmiş, tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməmənin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bu səbəbdən də, İddiaçı tərəfindən Hökümət ödəniş portalında xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Hökümət ödəniş portalında xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar