Məhkəmə qərarları › İş №2(078)-299/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-299/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-299/2021 10.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 192/193 ünvanında yerləşən iddiaçı "İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n etdim: "İddiaçı" İKB ASC ərizə ilə məhkəməyə müraciət edərək "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 964.9 (doqquz yüz altmış dörd manat doqquz qəpik) manat əsas, 20.37 (iyirmi manat otuz yeddi qəpik) manat faiz, cəmi 985.27 (doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat kredit borcu və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "İddiaçı" ASC ərizəni onunla əsaslandırmışdır ki, Bankla Cavabdeh1 arasında xx xxxxxxxx 2019-cu il tarixdə bağlanmış ******* saylı kredit müqaviləsinə əsasən borcalana şəxsi istehlak məqsədləri üçün 28 (iyirmi səkkiz) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 1500 (bir min beş yüz) manat kredit verilmişdir. Ərizədə qeyd edilmişdir ki, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcun tam qaytarılmasını təmin etməmişdir və nəticədə cavabdehin Kredit Müqaviləsinə əsasən xx xxxxxx 2021-ci il tarixə 964.9 (doqquz yüz altmış dörd manat doqquz qəpik) manat əsas, 20.37 (iyirmi manat otuz yeddi qəpik) manat faiz, cəmi 985.27 (doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat borcu yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda "İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "İddiaçı" ASC-nin xeyrinə 964.9 (doqquz yüz altmış dörd manat doqquz qəpik) manat əsas, 20.37 (iyirmi manat otuz yeddi qəpik) manat faiz, cəmi 985.27 (doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat kredit borcu və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "İddiaçı" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsinin şərtinə əsasən Cavabdeh1 illik 23 %-lə 28 ay müddətinə 1500 manat kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq "İddiaçı" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 1021697/17579 saylı Zaminlik Müqaviləsinə əsasən "İddiaçı" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında borcalan öz öhdəliklərini tam yerinə yetirənədək zamin onunla birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Maliyyə arayışına əsasən xx xxxxxxxx 2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh1 xx xxxxxx 2021-ci il tarixə "İddiaçı" ASC-yə olan borcu 964.9 (doqquz yüz altmış dörd manat doqquz qəpik) manat əsas, 20.37 (iyirmi manat otuz yeddi qəpik) manat faiz olmaqla, cəmi 985.27 (doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat təşkil etmişdir. Cavabdeh1 və Cavabdeh2 "İddiaçı" ASC tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə xx/xx-3459 nömrəli pretenziya məktubu göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Naxçıvan ŞPİ tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Qasımov X2 şəhəri, Qaraxənbəyli kəndində qeydiyyatdadır. Babək RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh2 Babək rayonu Hacıvar kəndində qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 964.9 (doqquz yüz altmış dörd manat doqquz qəpik) manat əsas, 20.37 (iyirmi manat otuz yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 985.27 (doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat kredit borcu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "İddiaçı" ASC tərəfindən xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə x xxxxxx 2021-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. Cavabdehlər xx xxxxxx 2021-ci il tarixdə və xx xxxxxx 2021-ci il tarixdə bildirişi rəsmi qaydada almasına baxmayaraq 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 964.9 (doqquz yüz altmış dörd manat doqquz qəpik) manat əsas, 20.37 (iyirmi manat otuz yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 985.27 (doqquz yüz səksən beş manat iyirmi yeddi qəpik) manat kredit borcu iddiaçı "İddiaçı" ASC-nin xeyrinə tutulsun. İddiaçı" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı-Hökümət Ödəniş Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar