Məhkəmə qərarları › İş №2(078)-30/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-30/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-30/2021 23.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi : İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh 3636.40 (üç min altı yüz otuz altı manat qırx qəpik) manat pulun, eləcə də məhkəmə məsrəfi olan 400 (dörd yüz) manat vəkil xərcinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qarşı pul tələbi barədə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, həmin mülki işi baxılmamış saxlayıb iddia ərizəsinə əlavə etdiyi sənədlərin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 801444 nömrəli, 20 avqust 2021-ci il tarixli çıxarışa əsasən, Cavabdeh 17 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı mülki işi baxılmamış saxlayıb iddia ərizəsinə əlavə etdiyi sənədlərin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etdiyinə görə, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsi baxılmamış saxlandığına görə, İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan filialı vasitəsilə 26 dekabr 2019-cu il tarixli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən “Kapital Bank”ın Naxçıvan filialı vasitəsilə 26 dekabr 2019-cu il tarixli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar