Məhkəmə qərarları › İş №2(078)-304/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-304/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-304/2023 11.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borca görə pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilməmiş kredit borcuna görə 1073 (min yetmiş üç) manat, hər ay üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 5 ay üzrə 536.5 (beş yüz otuz altı manat əlli qəpik) manat və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun, ümumilikdə 1646.5 (min altı yüz qırx altı manat əlli qəpik) manat pulun alınıb mənə verilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Naxçıvan şəhər Park AVM adlanan ticarət mərkəzində məişət avadanlığı mağazası işlətdiyini, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ilə aralarında bağlanmış 23 aprel 2022-ci il tarixli, 8100 nömrəli kredit müqaviləsi ilə 1528 manat dəyərində bir ədəd Samsung A52 və bir ədəd Samsunq A12 markalı mobil telefonları kreditə verdiyini, aralarında Cavabdeh öz xətti ilə yazılaraq və öz imzası ilə imzalanaraq bağlanmış 8100 nömrəli kredit müqaviləsinə görə ümumi məbləği 1528 (min beş yüz iyirmi səkkiz) manat, ilkin ödəniş məbləği 0 (sıfır) manat, kreditin qalıq məbləği 1528 (min beş yüz iyirmi səkkiz) manat olmaqla, 10 (on) ay müddətində aylıq 152.8 (yüz əlli iki manat səksən qəpik) manat olmaqla, nağd və ya köçürmə yolu ilə ona qaytaracağını öhdəsinə götürdüyünü, Cavabdeh 8100 nömrəli kredit müqaviləsi üzrə ilk vaxtları kredit borcunu ödəyərək ona olan 1528 (min beş yüz iyirmi səkkiz) manat kredit borcundan müxtəlif zamanlarda az məbləğlərlə ödəniş çekləri əsasında ümumilikdə 455 (dörd yüz əlli beş) manat kredit borcundan ona qaytardığını, lakin cavabdehin kredit borcundan qalmış 1073 (min yetmiş üç) manat pulu 2022-ci ilin dekabr ayından bu günədək ona geri qaytarmadığını, ona bir neçə dəfə ona borclu qaldığı pulun qaytarmasını desə də, onun hər dəfəsində müxtəlif bəhanələrlə ona ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırdığını, artıq bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini, cavabdehlə bağladıqları 8100 nömrəli kredit müqaviləsinin 3.7-ci bəndinə əsasən aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər ay üçün 10 (on) faiz miqdarında kompensasiya (cərimə) hesablanacağını razılaşaraq öhdəsinə götürdüyünü, bu səbəbdən də, cavabdehin ona 23 aprel 2022-ci il tarixli, 8100 nömrəli kredit müqaviləsi üzrə 5 (beş) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyi hər ay üçün 10 (on) faiz olmaqla, ödənilməmiş 5 ay üzrə pulun da ona ödənilməsini istədiyini, artıq pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli və tələbinin təmin edilməklə, əsaslı məhkəmə qətnaməsinin çıxarılmalı, cavabdeh tərəfindən ona verilməli olan pul tələbinin təmin edilməli, ekspertiza rəyini qəbul etdiyini, etirazının olmadığını, tələb etdiyi kredit borcundan qalmış pulun və dövlət rüsumunun cavabdehdən alınmaqla, ona verilməsinə dair müvafiq məhkəmə aktının qəbul edilməli olduğunu, bunları nəzərə alaraq, qətnamə qəbul edilməsini хаhiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 aprel 2022-ci il tarixli, 8100 nömrəli Kredit Müqaviləsinə əsasən, İddiaçı bir ədəd Samsung A52 və bir ədəd Samsunq A12 markalı mobil telefonları Cavabdeh kreditə vermiş, Cavabdeh ümumi məbləği 1528 (min beş yüz iyirmi səkkiz) manat, ilkin ödəniş məbləği 0 (sıfır) manat, kreditin qalıq məbləği 1528 (min beş yüz iyirmi səkkiz) manat olmaqla, 10 (on) ay müddətində aylıq 152.8 (yüz əlli iki manat səksən qəpik) manat olmaqla, nağd və ya köçürmə yolu ilə İddiaçı qaytaracağını öhdəsinə götürmüşdür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli, 389 nömrəli ekspert rəyinə əsasən, təqdim olunmuş iş materiallarından göründüyü kimi, Cavabdeh İddiaçı 23 aprel 2022-ci il tarixli, 8100 nömrəli Kredit Müqaviləsi şərtlərinin, ödəniş qəbzləri məlumatlarının düzgünlüyü nəzərə alındıqda, 23 aprel 2022-ci il tarixli, 8100 nömrəli Kredit Müqaviləsi üzrə 23 fevral 2023-cü il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcu 1073.00 (min yetmiş üç) manat, dəbbə pulu üzrə 506.00 (beş yüz altı) manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Аzərbаycаn Respublikаsı Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci mаddəsinə əsаsən, mülki işlər üzrə məhkəmə icrааtının vəzifələri hər bir fiziki və yахud hüquqi şəхsin Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsındаn, qаnunlаrındаn və digər nоrmаtiv hüquqi аktlаrındаn irəli gələn hüquq və mənаfelərinin məhkəmədə təsdiq оlunmаsıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə tədqiq edilmiş iş materiallarını, izahatı yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1073 (min yetmiş üç) manat məbləğində əsas borc, 506 (beş yüz altı) manat məbləğində dəbbə pulu və iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş 35.79 (otuz beş manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1614.79 (min altı yüz on dörd manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılmalıdır. Ödənilmiş dövlət rüsumunun qalan 1.21 (bir manat iyirmi bir qəpik) manat hissəsi İddiaçı qaytarılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 aprel 2022ci il tarixli, 8100 nömrəli Kredit Müqaviləsinə əsasən, İddiaçı bir ədəd Samsung A52 və bir ədəd Samsunq A12 markalı mobil telefonları Cavabdeh kreditə vermiş, Cavabdeh ümumi məbləği 1528 (min beş yüz iyirmi səkkiz) manat, ilkin ödəniş məbləği 0 (sıfır) manat, kreditin qalıq məbləği 1528 (min beş yüz iyirmi səkkiz) manat olmaqla, 10 (on) ay müddətində aylıq 152.8 (yüz əlli iki manat səksən qəpik) manat olmaqla, nağd və ya köçürmə yolu ilə İddiaçı qaytaracağını öhdəsinə götürmüşdür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli, 389 nömrəli ekspert rəyinə əsasən, təqdim olunmuş iş materiallarından göründüyü kimi, Cavabdeh İddiaçı 23 aprel 2022-ci il tarixli, 8100 nömrəli Kredit Müqaviləsi şərtlərinin, ödəniş qəbzləri məlumatlarının düzgünlüyü nəzərə alındıqda, 23 aprel 2022-ci il tarixli, 8100 nömrəli Kredit Müqaviləsi üzrə 23 fevral 2023-cü il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcu 1073.00 (min yetmiş üç) manat, dəbbə pulu üzrə 506.00 (beş yüz altı) manat təşkil edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1073 (min yetmiş üç) manat məbləğində əsas borc, 506 (beş yüz altı) manat məbləğində dəbbə pulu və iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş 35.79 (otuz beş manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1614.79 (min altı yüz on dörd manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınaraq, İddiaçı qaytarılsın. Ödənilmiş dövlət rüsumunun qalan 1.21 (bir manat iyirmi bir qəpik) manat hissəsi İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar