Məhkəmə qərarları › İş №2(078)-304/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-304/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-304/2024 23.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 12000 (on iki min) manat əsas borcun, bank faizi olan 4200 (dörd min iki yüz) manatın, nəticə etibarı ilə ümumilikdə 16.200 (on altı min iki yüz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 138,6 (yüz otuz səkkiz manat altmış qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, o Naxçıvan Şəhərində Firdovsi 24-də yaşayır. Ailəli, iki uşaq atası, müharibə veteranı, hərbi pensionerdir. 15 il telefon mağazasında telefon satışı ilə məşğul olmuşdur. Hal-hazırda işsizdir. Telefon tükanı işlədən zaman təqribən 10-12 il bundan qabaq Cavabdeh ondan telefon kreditlə götürərək vaxtı-vaxtında ödəyərək onunla yaxınlıq etməyə başlamışdır. Bununla bir neçə dəfə özünə, ailəsinə yaxınlarına telefon götürərək vaxtında ödəyərək onunla aralarında münasibət yaranmışdır. Bu münasibətlə onların arasında yaxınlıq alınmışdır. Ona təklif etmişdir ki, “lotereya oynayan varsa məni də qoş” o da demişdir ki, “var 500 manatdan oynayırlar”. O isə ona demişdir ki, “məni də qoş lotereyaya”. Bir neçə dəfə belə oynayıb tam etimadlarını qazanmışdır. Onun özü də öz yoldaşıgillə bir neçə dəfə lotereya oynamağa təklif etmişdir. O da oynamışdır. Bununla vaxtında lotereyanı ona ödəmişdir. Onunla həmin vaxtdan münasibətləri yaxşılaşmışdır. Dəfələrlə ondan pul istəyib vaxtı-vaxtında ödəmişdir. Yaxşı yoldaşlıq münasibətləri yaranmışdı. Ondan bacıoğlusunun toyuna 2000 manat pul istəmiş o da münasibətləri yaxşı olduğu üçün vermişdir. Qızı məktəbə qəbul olmuş ondan məktəbə 2000 manat təhsil haqqı ödəyəcəyini bildirmiş o da vermişdir. Ona demişdir ki, “maaş alaq üstündə düzəldək ödəyəcəyik”. O da yaxın münasibətləri olduğu üçün başqalarından borc alıb vermişdir. Üstündən bir neçə vaxt keçəndən sonra ona gəlib yaxşı işlər görüb görə bilməmələri haqda demişdir. İşin mahiyyətini və qazancını soruşarkən ona Naxçıvandan Bakıya Sirab vurduğunu, Bakıdanda kubik vurulduğunu demişdir. Qoyacaqları pulun qazancının ən azı 10 faizi yaxşı halda isə 25 faizi hesablanacağını təklif etmişdir. O əlində 2500 manat pul olduğunu bildirmişdir. Oktay isə bu işə ona 4000 manat lazım olduğunu bildirmişdir. Pulun qazancı 800 manat olmaqla hər birinə 400 manat çatacağını bildirmişdir. O da 4000 manat düzəltmək üçün 1500 manat Hüseyndən pul alıb Oktaya vermişdir. Təqribən 10-15 gündən sonra ona 400 manat qazanc vermişdir. Sonra həmin pulu təklif etmiş və ikinci dəfə də ona əgər razılıq verirsə ikinci dəfə Sirab vurulmağını demişdir. O da qazancı görüb razılaşmışdır. O təkrar 4000 manat pulu yatırmaq üçün getmiş və üstündən bir neçə gün keçəndən sonra yük olan maşının yolda mühərriki xarab olduğunu təcili olaraq ona həmin maşının təmiri üçün 2000 manat pul istəmişdir. O məcbur gəlib yenidən borc edərək Ramin adlı ustaya 2000 manat Oktay vasitəsi ilə vermişdir. Oktay bu pulun verilməsində mühərriki xarab olan şəxsdən verdikləri 2000 manat birdə 300 manat verəcəyini demişdir. Bir neçə gündən sonra verdikləri 4000 manata qarşı 800 manat qazancın 400 manatını ona verərək (400 manat da özünə qaldığını bildirmişdir). Sonradan ona təklif etmişdir ki, “iş yoldaşım da bu işlə məşğuldur, 4000 manat pulu iş yoldaşım Mahirə verərək nəticəsində qazancı bölək”. Onda olan 2000 manat olan pulu və 2000 manat da borc tapıb Mahirə verəcəyini söyləmişdir. Onun qarşılığında yenədə 800 manat qazanacaqlarını qeyd etmişdir. Bundan əlavə olaraq ona Ülvü adında bərbərə 1000 manat işi ilə əlaqədar pul lazım olduğunu bildirmişdir. Ona da pulu borc alıb vermişlər. Əlavə də 1000 manat banka borcu olduğunu bildirmişdir. Bununla da ona borcunun ümumilikdə 12000 manat olduğunu söyləyərək bununla razılaşıb getmişdir. Bundan sonra hər dəfə müxtəlif bəhanələr gətirib pulu ödəməkdən boyun qaçırıb, nəticə etibarı ilə borc aldığı insanlar ondan borclarını istəməyə başlamışlar. Borcları ödəməyə gücü olmadığından Oktayla razılaşıb Bankdan pul götürüb aldığı borcları bağlayıb və həmin bankın Oktaya götürdükləri pulu və faizi ödəyəcəklərini söyləmişdir. O da bununla razılaşmış, həmin müddət telefon tükanı işlədən X2 bankdan 30000 manat götürəcəyini bildirib ona zaminlik təklifi etmişdir. O zamin duracağını bildirərək yarı-yarıya ödəyəcəyini bildirmişdir. O bu şərtlə razılaşmış, amma bank faizinin ilik 22 faiz olduğunu bildirərək ikisi aralarında 13000 məbləği razılaşaraq ona 13000 manat bank xərclərini və faizini hesablayaraq iki il müddətinə 16200 manat ödəyəcəyini bildirdikdən sonra Notariusda borc müqaviləsi bağlamışlar. O pulu götürərək 2000 manat qızının məktəbinə ödənilən pulu, bacıoğlusuna verilən 2000 manatı birdə 8000 manat pulu öz iştirakı ilə aldıqları adamlara geri qaytarmışlar. Sonra bankın pulunu dəfələrlə ödəməkdən boyun qaçırmışdır. Bunun nəticəsində o da krediti ödəməkdə çətinlik çəkmişdir. Sonra o X10 ilə birlikdə borc müqaviləsini ona göstərərək hər ay vaxtı vaxtında bank pulunun ödənilməsini ona dəfələrlə başa salmışdır. Buna baxmayaraq hər ay bankın vaxtında pulun ödənilməsi üçün vurulan zənglərinə cavab verməmişdir. Hər dəfə də bir bəhanə gətirmişdir. Bu gedişlə onların arasında mübahisələr başlamışdır. Axırda götürəcəyi krediti ödəyə bilmədiyini onunla olan söhbəti X6 bildirmişdir. Nəticə etibarı ilə onlar Cavabdeh yanına getmişlər, onlara bildirmişdir ki, ondan götürdüyü pulu heç bir işə yatırmamış, şəxsi işləri üçün istifadə və özünə xərcləmişdır. Bunun nəticəsində onlara yazılı olaraq 12000 manat necə ödəyəcəyinə söz vermişdir. Bununla razılaşıb onlar da tarixi gözləmişlər. Onun ödəyəcəyi tarixə baxmayaraq ona böhtan şər ataraq Naxçıvan DİN-ə şikayət etmişdir. Şikayətdə 12000 manatı ona faiz olaraq verdiyini bildirmişdir. Onu tanıyanların hamısı heç vaxt heç kəsə faiz vermədiyini və faiz almadığını bilirlər. Bu şikayət ərizəsi əsasında onu DİN-ə çağıraraq araşdırma aparılıb. Nəticə etibarı ilə bu pul faiz yox borc olduğunu hər ikisinin yazılı izahatı olaraq şikayət sonlandırılmışdır. DİN-də bildirmişdilər ki, sonunda bu borc qarşılıqlı razılaşma yolu ilə verildiyi üçün heç bir cinayət və xuliqanlıq maddəsi olmadığı üçün ona məhkəməyə verməsini məsləhət görmüşlər. O məhkəməyə əlində olan sübutları təqdim etmişdir. Məhkəmədən 12000 manat pulun və əlavə olaraq 4200 manat bank faizlərinin və iddia qaldırdığı üçün ödədiyi 138.6 dövlət rüsumunun Cavabdeh alıb ona verilməsinə köməklik edilməsini xahiş etmişdir. Cavabdeh 25 yanvar 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərmişdir. Etirazda qeyd etmişdir ki, iş üzrə iddiaçı Quliyev X7 Şəhər Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək 16.200 manat və ödənilmiş 138.6 manat dövlət rüsumunun ondan tutularaq ödənilməsini tələb etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmağa çalışmışdır ki, uzun müddətli tanışlıqdan yararlanaraq, ayrı-ayrı vaxtlarda müxtəlif səbəblərə görə cavabdehə 2000, 2500, 4000, cəmi 16.500 manat məbləğində pul vermiş, haliyyədə onu geri ala bilmir. İddiaçının iddia ərizəsindəki “məndən bacısıoğlunun toyuna 2000 manat pul istədi məndə münasibətlərimiz yaxşı olduğu üçün verdim. Qızı məktəbə daxil olmuşdu məndən pul ödəcəyəyini bildirdi təhsil haqqı 2000 manat məndə verdim. Mənə dedi ki, maaş alaq üstündə düzəldərək ödəyəcəyik. Məndə yaxın münasibətlərimiz olduğu üçün başqalarından borc alıb verdim...” ifadəsindən aydın görünür ki, iddiaçı həmin pulları yaxşı münasibətə görə deyil, qazanc əldə etmək məqsədi ilə başqalarından pul alıbdır ki, belə hal mübahisələndirilən müqavilədə nəzərdə tutulmayıbdır. İddia ərizəsində verilən pulların yalnız qazanc (faiz) qarşılığında verildiyini sübut edən digər hal “...Mən işin mahiyyəti və qazancın soruşarkən mənə Naxçıvandan Bakıya Sirab vuruduğunu. Bakıdan kubik vurulduğunu dedi. Qoyacağımız pulun qazancının ən azı 10 faiz yaxşı halda isə 25 faiz hesablanacağını dedi. Mənim əlimdə 2500 manat pul olduğunu bildirdim. Oktay isə bu işə mənə 4000 manat lazım olduğunu bildirdi. Pulun qazancı 800 manat olmaqla hər birimizə 400 manat çatacağını bildirdi. Məndə 4000 manat düzəltmək üçün 1500 manat Hüseyndən pul aldım, Oktaya verdim” ifadəsidir. İddia ərizəsində iddiaçı məhkəmə qarşısında səmimi deyil, o ödənilən bütün pulların qarşılığında 22.000 (iyirmi iki min) manat faiz alıb ki, bu iddiaçıdan alınan məbləğdən çoxdur. İddiaçı pul tələbinə dair iddiası sübutlara, şahid ifadələrinə əsaslanmadığından, pul qoparmaq məqsədi daşıdığından, iddiasında verdiyi pul müqabilində aldığı 22.000 (iyirmi iki min) manat faizi göstərmədiyindən, vergi ödəciliyindən birtərəfli qaydada yayındığından həmin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında cavabdehə həm iş qurmaq, həm də qızı üçün borc verdiyini, daha sonra bankdan məcbur qalıb 2023-cü ilin aprel ayında pul götürdüyünü, faiz ilə razılaşmadıqlarını, hər kəs onun faizə pul vermədiyini də bildiyini, 10 faizin ona yox banka görə ödənildiyini, banka hər ay 1400 manat pul ödənildiyini, cavabdehin pulu ödədiyini, onun da bankın ödənişini etdiyini, kreditlə bağlı hər hansı sövdələşmə olmadığını, yazılı heç bir sənəd də olmadığını, sadəcə şifahi olaraq cavabdehə kredit götürdüyünü dediyini, həmin krediti də faizini də cavabdehin ödəməli olması barədə razılaşdıqlarını, buna görə kredit faizini tələb etdiyini, lakin kredit faizini ödəməli olması ilə bağlı sübutu olmadığını, cavabdehin dəfələrlə ondan borca pul götürdüyünü, sonra qaytardığını, əvvəlki borcları üçün 4000-5000 manat ona ödəniş etdiyini, qızıllarına kimi girov qoyub borca pul götürdüyünü, Daxili İşlər Nazirliyində verdiyi izahatında da 12000 manat borcu olduğunu etiraf etdiyini, bir dəfə özü ilə danışanda özünün şəxsi ehtiyacları üçün borc götürdüyünü dediyini, cavabdehdən verdiyi borca görə faiz istəmədiyini, cavabdehin borc aldığı pulun qarşılığında ona pul qaytarmadığını, bu barədə qeyd etdiyinin yalan olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddiaçıdan borca pul götürdüyünü qəbul etdiyini, 2000 manat qızının təhsil haqqı üçün, 2000 manat toy üçün pul borc aldığını, başqalarına borcu olduğu üçün əlavə də 2000 manat olmaqla borc aldığını, hissə-hissə olmaqla, ümumilikdə iddiaçıdan 11000 manat pul aldığını, 2023-cü ilin yanvar ayından 2023-cü ilin iyun ayına kimi 1100 manat ödəniş etdiyini, 100 manat da faiz üçün ödədiyini, hər ay 10% əlavə faiz ödənişi etdiyini, iyun ayı da faiz borcunu ödəyə bilmədiyi üçün 1000 manat əlavə artdığını və borcun 12000 manat olduğunu, Daxili İşlər Nazirliyində izahatı özü yazdığını, Faiqlə qardaşı oğlu Nurlanın gəldiyini, ona “polisə gedəcəyik” dediklərini, ona görə də orada 12000 manat borcunun olduğunu etiraf etdiyini, yazılı qaydada yazılmış kağızın özü tərəfindən yazıldığını, orada 12000 manat borcu olduğunu qeyd etdiyini, maşınını satdığını, loteraya oynadığını, hətta öz işçisinin maşınını aldığını, daha sonra ödəyə bilmədiyini bildirdiyini, kredit məsələsi ilə bağlı aralarında heç bir razılaşma olmadığını, iddiaçıya götürdüyü kreditin faizini ödəyəcəyini bildirmədiyini, bu barədə aralarında hər hansı bir sövdələşmə olmadığını, iddiaçının bu barədə qeyd etdiyinin yalan olduğunu, iddiaçıya götürdüyü puldan artıq məbləğdə faiz qaytardığını, ancaq faiz qaytarması ilə bağlı hər hansı bir sübutu olmadığını, əsas borcadn pul qaytarmadığını, ancaq əsas borcdan artıq pul qaytardığı üçün hazırda iddiaçıya borcu olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan X10 ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, X1 Oktay Kamran oğluna 16200 manat 00 qəpik (on altı min iki yüz manat sıfır qəpik) məbləğində pul borc vermiş, Cavabdeh krediti xx.xx.2026 tarixinədək X6 qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş iltizamda qeyd etmişdir ki, “Mən Cavabdeh, İddiaçı 12000 (on iki min) manat pul aldım. Bu pulu mən dekabrın 20sinə kimi 1000 manat, qalan pulu hər ay üçün 2200 manat ödəyəcəyəm”. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə X10 arasında bağlanmış 07 aprel 2023-cü il tarixli müqaviləyə əsasən bank tərəfindən X6 24 ay müddətinə, 20% dərəcəsi ilə, 30000 (otuz min) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə X10 arasında bağlanmış 07 aprel 2023-cü il tarixli müqaviləyə əlavə ödəniş qrafikindən X4 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2025-ci ilədək hər ay 1526.87 (min beş yüz iyirmi altı manat səksən yeddi qəpik) manat, sonuncu ay isə yəni xx.xx.2025-ci il tarixdə 1537.07 (min beş yüz otuz yeddi manat yeddi qəpik) manat ödəməli olması aydın olur. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə verilmiş ərizədə “Təxminən 2 il bundan qabaq Faiq adlı şəxsdən 2000 manat faizə pul götürmüşəm. Sonradan iki il ərzində ümumilikdə 11000 manat pul götürmüşəm və hər ay faiz ödəyirdim. Müəyyən problemlər ucbatından faizləri ödəyə bilməmişəm. Onda da Faiq adlı şəxs pullarını tələb etməyə başladı. Pulların bir hissəsini ona qaytara bilsəm də digər hissəsini qaytara bilmədiyimə görə Faiq dəfələrlə mənə zəng vuraraq Naxçıvanda mənim başıma oyun açacağını və evimə gedəcəyini, ailəmin içində məni biabır edəcəyini bildirərək məni hədələyirdi. Əlavə olaraq qeyd etmək istəyirəm ki, təxminən 10 gün bundan qabaq həmin şəxs mənim iş yerimə gələrək əməkdaşlara mənim ona borclu olduğumu bildirərək hətta rəhbərə qədər deyəcəyini hədələyərək iş yoldaşlarımın vasitəsilə mənə çatdırdı. Mənə köməklik göstərməyinizi xahiş edirəm”. İş materiallarına əlavə olunmuş izahatdan görünür ki, Quliyev X7 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə izahat vermiş və verdiyi izahatda qeyd etmişdir ki, “Mən uzun illərdir ki, ticarətlə məşğul oluram. Təxminən 10-12 ildir ki, Cavabdeh Kamil oğlunu tanıyıram. Onunla mənim aramda dostluq münasibəti vardır. Bir il bundan qabaq yəni 2022-ci ilin ortalarında Oktay mənə bacısı oğlunun toyu olacağını, bir qədər pula ehtiyacının olduğunu və bu səbəblə də iki min manata ehtiyacının olduğunu dedi. Həmin ərəfədə mən “Beynəlxalq Bank” dan 10.000 manat kredit götürmüşdüm. Düşünürdüm ki, kredit götürdüyüm 10.000 manat pulla Türkiyə Respublikasından paltar gətirib mənə məxsus mağazamda satam. Oktay məndən pul istədiyi üçün məndə ona bankdan pul götürdüyümü bildiyi üçün mən ona etiraz etmədim və iki min manat pulu ona verdim. Oktay mənə hər ay ona verdiyim pulu faizi ilə birlikdə aparıb banka ödəcəyini dedi. 2022-ci ilin sentyabr ayında Oktay yenə mənim yanıma gələrək qızının universitetə qəbul olunduğunu və bu səbəblədə 2000 manat təhsil haqqı ödəməli olduğunu deyərək məndən pul istədi. Məndə ona yenə 2000 manat pul verdim və dedim ki, üzərində pulun faizini ver ki, mən aparıb bankın faizi özüm ödəyim. Oktay mənim dediklərimlə razılaşdı. Oktay 2000 manat pulu alıb getdi. Daha sonra Oktay mənim yanıma gələrək yenə məndən 2000 manat istədi və dedi ki, onun dostu olan Ramin adlı şəxsə pul lazımdı ki, o, avtomobilin mühərrikini düzəltsin deyərək bir həftəyə qaytaracağını dedi. Məndə Oktay mənimlə dost olduğu üçün ona inandım və yenə ona 2000 manat pul verdim. Bir neçə gün sonra yenə Oktay mənim yanıma gələrək dostu Mahirin uşağının xəstə olduğunu və ona təcili olaraq 4000 manat lazım olduğunu deyərək hər ay 1000 manat pulu qaytaracağını, üzərində də banka ödənməli olan faizi də verəcəyini dedi. Mən ona etiraz etmədim və 4000 manat pulu ona verdim. Daha sonra isə yenə mənim yanıma gələrək işdə şöbə müdiri Əhəd müəllimdən 1000 manat və dostu bərbər işləyən Ülvidəndə 1000 manat pul aldığını deyib məndən 2000 manat pul istədi. Mən ona etiraz etmədim və yenə iki min manat pulu ona verdim Beləliklə Oktay məndən ümumilikdə 12.000 manat pul almışdı. Mən Oktayın pulu ödəmədiyini görüb bir neçə dəfə ondan pulu istədim və o, mənə 2023-cü ilin oktyabr ayında bütün aldığı 12.000 pulun hamısını ödəyəcəyini dedi və daha sonra isə onun məni Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə mənim ona sələm verdiyimi deyərək şikayət ərizəsi yazdığını eşitdim. Əsil həqiqətdə mən ona faizlə pul verməmişəm, buna sübut olaraq da Beynəlxalq Bankdan 22 faizlə götürdüyüm krediti göstərə bilərəm. Oktayın məndən aldığı 12.000 manat pulu hamısını qısa müddət ərzində aldığı üçün mən onun məni aldadacağını əsla düşünmədim. Bundan başqa mən onunla dost olduğum üçün mən onun məni aldadacağını düşünmədim. Mən ona borc olaraq 12.000 manat pul vermişəm və həmin pulu kredit olaraq götürdüyüm puldan verdiyimi bildirirəm. Mən Oktaydan heç vaxt faiz almamışam və bu barədə də onunla heçnə danışmamışam”. İş materiallarına əlavə olunmuş izahatdan görünür ki, Məmmədli X5 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə izahat vermiş və verdiyi izahatda qeyd etmişdir ki, “X11 Respublikası Nazirlər Kabinetində sürücü vəzifəsində işləyirəm. Təxminən 10 ildir ki, İddiaçı tanıyıram. Onunla mənim aramda dostluq münasibəti vardır. Bir il bundan qabaq yəni 2022-ci ilin ortalarında mən Faiqə bacım oğlunun toyu olacağını, bir qədər pula ehtiyacım olduğunu və bu səbəblə də iki min manata ehtiyacım olduğunu dedim. Bu zaman Faiq mənə dedi ki, istəsən sənə pul təşkil edərəm amma 10 faiz hər ay pul ödəməlisən. Mən onunla razılaşıb ondan 2000 manat pul sələm olaraq pul aldım. Daha sonra yenə mənə bir neçə dəfə pul lazım oldu mən ondan yenə 10 faiz pul ödəməklə ümumilikdə 11,000 manat pul almışam. Mən həmin gündən bu yana ümumilikdə ona 17.000 və ya 18.000 manat pul ödəmişəm. Daha sonra mən onun faizi ödəyə bilmədiyim üçün ona pul verə bilməyəcəyimi dedim. Faiq isə mənə 6000 manat pulun ona aid olmadığını həmin pulun faizini ödəməli olduğunu lakin qalan faizlə birlikdə ona olan əlavə 8000 manat pulu isə hər ay 1000 manat verməklə silə biləcəyini mənə dedi. Mənim ona əsas 11.000 pul borcum var idi sonradan 1 aya ona pul ödəyə bilmədiyim üçün borcum qalxıb 12.000 olmuşdu. Faiq 12.000 manat pulu 14.000 olaraq hesablayıb bu sözü mənə dedi. Mən Faiqə pulu ödəməyəcəyimi dedim və gəlib bu barədə şikayət ərizəsi yazdım. Mən ondan 11.000 manat pul almışam. Faiqə 17000 və ya 18000 manat pul ödəmişəm. İddiaçı real olaraq mənə hədə ilə bağlı nəsə etməyib sadəcə. Bir neçə tanışımın yanında mənim ona pul borcu olduğumu dediyi üçün məndə düşündüm ki, o, gəlib işdə mənim müdirimə bu barədə nəsə deyə bilər”. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddiaya etiraz ərizəsini araşdırıb, həmin izahatları və iddiaya etiraz məktubunu iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh məhkəməyə verdiyi izahatında iddiaçıdan borca pul götürdüyünü qəbul etdiyini, Faiqlə qardaşı oğlu Nurlanın gəldiyini, ona “polisə gedəcəyik” dediklərini, ona görə də orada 12000 manat borcunun olduğunu etiraf etdiyini, yazılı qaydada yazılmış kağızın özü tərəfindən yazıldığını, orada 12000 manat borcu olduğunu qeyd etdiyini, iddiaçıya götürdüyü puldan artıq məbləğdə faiz qaytardığını, ancaq faiz qaytarması ilə bağlı hər hansı bir sübutu olmadığını qeyd etmişdir. Cavabdeh izahatında 11000 manat pul aldığını iyun ayı yubanmasına görə borcun 12000 olduğunu qeyd etsə də bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə yazılı sənədin özü tərəfindən yazıldığını, orada 12000 borcu olduğunu qeyd etdiyini bildirmişdir. Cavabdeh izahatında iddiaçıya götürdüyü puldan artıq məbləğdə faiz qaytardığını, əsas borcdan artıq pul qaytardığı üçün hazırda iddiaçıya borcu olmadığını qeyd etsə də bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, iddiaçı isə bu halları izahatında inkar etmişdir. Həmçinin məhkəmə cavabdehin diqqətinə çatdırır ki, iddiaçı ilə faiz ödənilməsi şərti ilə razılaşması, iddiaçıya əsas məbləğdən artıq faiz ödəməsi sübuta yetirilmiş olsa belə cavabdehi 12000 manat məbləğində olan borcu qaytarmaq vəzifəsindən azad etmir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh iddiaçıdan həqiqətən də 12000 (on iki min) manat məbləğində borc aldığını və həmin pulu qaytarmadığını inkar etmir həmin borcu qəbul edir. Məhkəmə cavabdehin iddiaçıdan 12000 (on iki min) manat məbləğində borc almasını və qaytarmadığını bildirməsinə dair etirafını həqiqətən də iddia ərizəsində qeyd olunan məbləğdə pulun ona verilməsinin və iddiaçıya qaytarılmamasının yəni iddia tələbinin təsdiqi kimi qəbul edir və hesab edir ki, iddiaçı iddia tələbini sübut etmə yükündən azad edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iş üzrə tərəflər arasındakı borc tələbinin məbləği 3000 (üç min) manatdan artıq olsa da onlar arasında bununla bağlı yazılı borc müqaviləsi bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı 12000 (on iki min) manat məbləğində pulu Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmiş, hətta məhkəməyə verdiyi izahatında 12000 (on iki min) manat borcunun olduğunu və onu qaytarmadığını, əsas borcdan artıq məbləğdə faiz qaytardığını qeyd etmişdir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin olunmalı, 12000 (on iki min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddia tələbinin qalan hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehə görə banka 4200 (dörd min iki yüz) manat faiz ödədiyini qeyd etsə də, məhkəmədə verdiyi izahatında sadəcə şifahi olaraq cavabdehə kredit götürdüyünü dediyini, həmin krediti də faizini də cavabdehin ödəməli olması barədə razılaşdıqlarını, buna görə kredit faizini tələb etdiyini bildirsə də cavabdeh izahatında kredit məsələsi ilə bağlı aralarında heç bir razılaşma olmadığını, iddiaçıya götürdüyü kreditin faizini ödəyəcəyini bildirmədiyini, bu barədə aralarında hər hansı bir sövdələşmə olmadığını, iddiaçının bu barədə qeyd etdiyinin yalan olduğunu bildirmişdir. İddiaçı götürdüyü kreditə görə fazi qismində nəzərdə tutulan 4200 (dörd min iki yüz) manat məbləğində pulu cavabdehin banka ödəməli olması barədə razılaşmalarını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir, cavabdeh isə bunu izahatında inkar etmişdir. İddiaçı məhkəməyə verdiyi izahatında cavabdehin kredit faizini ödəməli olması ilə bağlı heç bir sübutu olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd olunan qanunvericilik normalarını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə görə əlavə olaraq 4200 (dörd min iki yüz) manat məbləğində banka faiz ödənilməsi məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən iddia tələbi 4200 (dörd min iki yüz) manata dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 102.67 (yüz iki manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia qismən təmin olunmalı; -12000 (on iki min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; - iddia qalan hissədə rədd edilməli; - iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 102.67 (yüz iki manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 12000 (on iki min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə uyğun olaraq 102.67 (yüz iki manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar