Məhkəmə qərarları › İş №2(078)-307/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-307/2024

13.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-307/2024 13.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1940 (bir min doqquz yüz qırx) manat məbləğində pulun və 39.4 (otuz doqquz manat qırx qəpuk) manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh kredit borcu olduğu üçün ondan borc pul verməyi xahiş etmiş, o da Turqutun səmimiliyinə inanaraq 2022-ci il tarixdən hissə-hissə onun kartına pul ataraq ümumilikdə 1940 manat məbləğində borc verib. Cavabdeh almış olduğu borcu qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Hətta əmək haqqı kartını ona təhvil vermişdi ki, maaş hesaba köçəndə ordan pulu çəksin, lakin sonra kart bloklandığı üçün pulu çəkə bilməyib. Müxtəlif bəhanələrlə onu aldadaraq borcu qaytarmağı gecikdirir. 2022-ci il tarixdən bu günədək heç bir ödəniş etməmişdir. Özü ağır maddi vəziyyətə düşüb. Cavabdeh ilə zəng edərək, eyni zamanda yazaraq əlaqə saxlayıb. Borc ödənilmədiyi təqdirdə məhkəməyə verəcəyi, mübahisənin məhkəmədən kənar həlli barədə məlumatlandırıb. Lakin cavabdeh borcunu vermək istəmir. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edirək izahatında bildirmişdir ki, həqiqətən də İddiaçı 1940 manat borcu var. Borcunu etiraf edir. Hissə-hissə hamısını qaytaracaqdı. Loteriya pulu oynayıb bu ilin iyun ayı həmin borcu qaytarmağı düşünürdü. Bir müddət işsiz olub. Maddi sıxıntı yaşadığı üçün borcunu qaytara bilməyib. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddənin dispozitiv şərtinə görə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürülmüşdür. Belə ki, pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, verilmiş pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh iddiaçıya 1940 (bir min doqquz yüz qırx) manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə Cavabdeh iş üzrə İddiaçı 1940 (bir min doqquz yüz qırx) manat borclu olduğunu etiraf etməsini cavabdeh tərəfindən borcun etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə İddiaçı iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 209.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə tərəflərdən məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşsa da, tərəflərin hər hansı başqa sübut növlərinin təmin olunmasına dair vəsatətləri olmamışdır. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1940 (bir min doqquz yüz qırx) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə məhkəmə məsrəflərinə münasibətdə qeyd edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən Hökümət ödəniş portalına xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 39.4 (otuz doqquz manat qırx qəpuk) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1940 (bir min doqquz yüz qırx) manat pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən Hökümət ödəniş portalına xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 39.4 (otuz doqquz manat qırx qəpuk) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar