Məhkəmə qərarları › İş №2(078)-309/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-309/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-309/2021 25.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.03.2020-ci il tarixli MAS-2253 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi;

2. Cavabdeh 05.03.2020-ci il tarixli MAS-2253 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü 30 iyun 2020-ci il tarixə 12704.34 (on iki min yeddi yüz dörd manat otuz dörd qəpik) manat əsas, 155.98 (bir yüz əlli beş manat doxsan səkkiz qəpik) manat gecikdirilmiş mükafat pulu olmaqla ümumilikdə 12860.32 (on iki min səkkiz yüz altmış manat otuz iki qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2020-ci ıl tarixli MAS-2253 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “KHAZAR SD" minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220358 ban nömrəli ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsr’nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. Ərizədə qeyd edilmişdir ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "İddiaçı” MMC-nin mülkiyyətində olan “KHAZAR SD" minik markalı, **-PX-*** dövlət oeydiyyat nişanlı avtomobil 30 iyun 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 05 iyun 2020ci il tarixdə 384 manat məbləğində olmuşdur. “Daxili lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, Lizinq obyekti məhv olduqda, oğurlandıqda həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dəmal həyata keçirməlidir. Cavabdeh lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq 30 iyun 2020-ci il tarixə 12704.34 (on iki min yeddi yüz dörd manat otuz dörd qəpik) manat əsas, 155.98 (bir yüz əlli beş manat doxsan səkkiz qəpik) manat gecikdirilmiş mükafat pulu olmaqla ümumilikdə 12860.32 (on iki min səkkiz yüz altmış manat otuz iki qəpik) manat borcu yaranmışdır. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın direktoru R.A.İsmayılov məhkəmənin ünvanına 09.03.2021-ci il tarixdə ərizə göndərərək mülki işə onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 13 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı dindirilən Cavabdeh iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında 2020-ci ilin mart ayında iddiaçı təşkilatla müqavilə bağlayıb hər ay 383.77 manat olmaqla 17%-lə götürdüyü avtomobilə görə 48 ay müddətində 18421 manat pul ödəməli olduğunu, əsas borcun 13300 manat təşkil etdiyini, faizlə birlikdə iddiaçı təşkilata 18421 manat ödəməli olduğunu, pulu hər ayın 5-də ödəməli olduğunu bildirmiş və qeyd etmişdir ki, pulu 4 ay ödəmiş, 2020-ci ilin iyun ayının 30-da yol-nəqliyyat hadisəsi törətmiş və avtomobil cidi zədə almışdır. İddiaçı təşkilat ondan avtomobili geri alaraq ödəyəcəyi 12860 manat pulu tələb etmiş, dəfələrlə iddiaçı təşkilata ən azından heç olmasa avtomobili qaytarmalarını təklif etdiyini, belə ki, sözügedən avtomobili təmir etdirib, istifadə edərək təşkilata olan borcunu qaytaracağını, lakin təşkilatın təkliflə razılaşmadığını, nə qədər xahiş etsə də avtomobili qaytarıb ona vermədiklərini, əgər versələr o, tanıdığı avtomobil təmiri sexlərində ucuz qiymətə onu təmir etdirib, yenidən həmin avtomobillə fəaliyyət göstərə biləcəyini, hazırda işsiz olduğunu, buna görə də borcunu qaytara bilmədiyini bildirən Cavabdeh qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Mülki işin məhkəmə araşdırması zamanı iş materiallarına əlavə olunmuş 05 mart 2020-ci ıl tarixli MAS-2253 saylı “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, həqiqətən iddiaçı təşkilatla Cavabdeh arasında qeyd olunan lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “KHAZAR SD" minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220358 ban nömrəli ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsr’nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. “Daxili lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, Lizinq obyekti məhv olduqda, oğurlandıqda həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dəmal həyata keçirməlidir. İş materiallarına əlavə olunmuş 05 mart 2020-ci ıl tarixli MAS-2253 saylı “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavənin surətindən məlum olur ki, lizinq ödənişləri qrafikində cavabdeh tərəfindən hər növbəti ayın 5-ci günündə 383.77 AZN məbləğində lizinq ödənişi həyata keçirilməli idi. Cavabdeh borcun ödənilməsi ilə bağlı 07.12.2020-ci il tarixdə 1920 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 18.11.2020-ci il tarixli arayışın surətinə əsasən İmanov X2 şəhəri, M.F.Axundov, ev 1 ünvanında qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1 maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Naxçıvan Şəhər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(078)-309/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin 03 may 2021-ci il tarixli, 100 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş hesabdan çıxarış məlumatları, 05 mart 2020-ci ıl tarixli MAS- 2253 saylı “Daxili lizinq” müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı MMC-nə 30.06.2020-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) “Daxili lizinq” müqaviləsi üzrə əsas borcu 12699.39 (on iki min altı yüz doxsan doqquz manat otuz doqquz qəpik) manat, mükafat borcu isə 149.92 (bir yüz qırx doqquz manat doxsan iki qəpik) manat olduğu müəyyən edilmişdir. Məhkəmə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 may 2021-ci il tarixli, 100 nömrəli ekspert rəyini sübut kimi qiymətləndirir və hesab edir ki, qətnamə qənul edilərkən ekspert rəyi əsas götürülməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin olunmalı, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.03.2020-ci il tarixli MAS-2253 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 12699.39 (on iki min altı yüz doxsan doqquz manat otuz doqquz qəpik) manat əsas, 149.92 (bir yüz qırx doqquz manat doxsan iki qəpik) manat gecikdirilmiş mükafat pulu olmaqla ümumilikdə 12849.31 (on iki min səkkiz yüz qırx doqquz manat otuz bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalmış hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 25.01.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 29.97 (iyirmi doqquz manat doxsan yeddi qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin olunsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.03.2020-ci il tarixli MAS-2253 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 12699.39 (on iki min altı yüz doxsan doqquz manat otuz doqquz qəpik) manat əsas, 149.92 (bir yüz qırx doqquz manat doxsan iki qəpik) manat gecikdirilmiş mükafat pulu olmaqla ümumilikdə 12849.31 (on iki min səkkiz yüz qırx doqquz manat otuz bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı MMC tərəfindən tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 25.01.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 29.97 (iyirmi doqquz manat doxsan yeddi qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar