Məhkəmə qərarları › İş №2(078)-310/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-310/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-310/2021 30.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı təşkilat İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" MMC ilə bağlanmış xx xxxxxx 2020-ci il tarixli, LİZ-1446 saylı X3 ləğv edilməsini, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Samand SE” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT8FF710581 ban, 60065 mühərrik nömrəli, tünd göy rəngli avtomobilin mülkiyyətçi "İddiaçı" MMC-yə geri qaytarılmasını və Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, LİZ-1446 saylı X4 əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 560.63 manat gecikdirilmiş əsas, 235.3 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 408.86 manat dəbbə pulu, 430 manat dəymiş zərər, ümumilikdə 1634.79 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun "İddiaçı" MMC-nin xeyrinə tutulmasını хаhiş etmişdir. İddiaçı təşkilat İddiaçınə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat məhkəməyə ərizə göndərərək, mülki işə iştirakları olmadan baxıb iddia tələbinin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, LİZ-1446 saylı X4 əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “Samand SE” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT8FF710581 ban, 60065 mühərrik nömrəli, tünd göy rəngli avtomobilin 8850 manat məbləğinə "İddiaçı" MMC-nin mülkiyyətinə alındığını və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verildiyini, X3 ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 315.53 manat, ümumilikdə isə 11359 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürdüyünü, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Samand SE” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxxxx 2020-ci il tarixdə istifadəyə yararsız vəziyyətə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirildiyini və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 430 manat məbləğində ziyan dəydiyini, eyni zamanda Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, LİZ-1446 saylı X6 üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadəsinə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 560.63 manat gecikdirilmiş əsas, 235.3 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 408.86 manat dəbbə pulu, cəmi 1204.79 manat borcunun yarandığını, Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödənişin xx xxxx 2020-ci il tarixdə 667 manat məbləğində olduğunu, X3 və ödəniş cədvəlinin şərtlərinə əsasən cavabdeh tərəfindən əməl edilmədiyini, cavabdehin lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini və onun iddiaçı qarşısında öhdəliyinin yarandığını, bunları nəzərə alaraq, "İddiaçı" MMC ilə bağlanmış xx xxxxxx 2020-ci il tarixli, LİZ-1446 saylı X3 ləğv edilməsini, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Samand SE” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT8FF710581 ban, 60065 mühərrik nömrəli, tünd göy rəngli avtomobilin mülkiyyətçi "İddiaçı" MMC-yə geri qaytarılmasını və Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, LİZ-1446 saylı X4 əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxxx 2020-ci il tarixə 560.63 manat gecikdirilmiş əsas, 235.3 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 408.86 manat dəbbə pulu, 430 manat dəymiş zərər, ümumilikdə 1634.79 manat borcun və ödənilmiş 30.40 manat dövlət rüsumunun "İddiaçı" MMC-nin xeyrinə tutulmasını хаhiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etdiyini, iddianın təmin olunmasına etirazının olmadığını, iddianın təmin edilməsi barədə qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: İddiaçı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, LİZ-1446 nömrəli X4 əsasən, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və X7 ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakın (lizinq obyektinin) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. X7 əsas məbləğini 8850 manat təşkil edir. Ödənilmiş 0 manat lizinq ödənişi Lizinq Müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 17% həcmində mükafat məbləği hesablanır. LİZ-1446 saylı Lizinq Müqaviləsinə 3 saylı Əlavəyə əsasən, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2020-xx.xx.2023-cü il tarixləri aralığında 315.53 manat, xx xxxxxx 2023-cü il tarixdə isə 315.43 manat olmaqla, cəmi 11359 manat ödəməyi öhdəsinə götürmüşdür. Servis mərkəzi tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli qüsur aktına əsasən, “Samand SE” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 430 AZN məbləğində ziyan dəymişdir. xx xxxxxx 2020-ci il tarixdə verilmiş AD seriyalı, 763014 nömrəli "X2 Şəhadətnaməsi"nin surətinə əsasən, “Samand SE” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil (buraxılış ili 2014, tip: sedan, rəng: tünd göy, ban: NAACU1FT8FF710581, mühərrik: 60065) İddiaçı adına qeydiyyata alınmışdır. xx xxxxxx 2021-ci il tarixli, 035 nömrəli arayışa əsasən, Cavabdeh İddiaçınə xx xxxxxxx 2020-ci il tarixə 560.63 manat əsas, 235.3 manat mükafat və 408.86 manat cərimə, cəmi 1204.79 manat borcu vardır. Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, “Öhdəlikləri ötürən” iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, lizinq obyektini “Öhdəlikləri qəbul edən” cavabdehə verməsinə baxmayaraq, cavabdeh müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə müəyyənləşdirilmiş məbləği müqavilə üzrə müəyyənləşdirilmiş şərtlərdə və məbləğdə iddiaçıya verilməsini təmin etməyərək, müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, göstərilən müddətdə, şərtlərlə və qaydada tam həcmdə və lazımınca yerinə yetirmədiyinə görə iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə həmçinin hesab edir ki, qeyd olunan qüsur aktı işin faktiki hallarına uyğun olub, dəymiş ziyanın məbləğini özündə əks etdirmişdir. Beləliklə, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən məhkəmə tərəfindən iddiaçının tələbi əsaslı hesab edilir. Ona görə də, iddia təmin edilməklə, iddiaçı təşkilat İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, LİZ-1446 saylı X6 ləğv edilməli, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Samand SE” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT8FF710581 ban, 60065 mühərrik nömrəli, tünd göy rəngli avtomobil mülkiyyətçi İddiaçınə geri qaytarılmalı və Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, LİZ-1446 saylı X4 əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 560.63 (beş yüz altmış manat altmış üç qəpik) manat gecikdirilmiş əsas, 235.3 (iki yüz otuz beş manat otuz qəpik) manat gecikdirilmiş mükafat, 408.86 (dörd yüz səkkiz manat səksən altı qəpik) manat dəbbə pulu, 430 (dörd yüz otuz) manat dəymiş zərər, cəmi 1634.79 (min altı yüz otuz dörd manat yetmiş doqquz qəpik) manat borc və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi iddiaçı təşkilat İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, LİZ-1446 saylı X6 ləğv edilsin. Lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Samand SE” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NAACU1FT8FF710581 ban, 60065 mühərrik nömrəli, tünd göy rəngli avtomobil mülkiyyətçi İddiaçınə geri qaytarılsın. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli, LİZ-1446 saylı X4 əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 560.63 (beş yüz altmış manat altmış üç qəpik) manat gecikdirilmiş əsas, 235.3 (iki yüz otuz beş manat otuz qəpik) manat gecikdirilmiş mükafat, 408.86 (dörd yüz səkkiz manat səksən altı qəpik) manat dəbbə pulu, 430 (dörd yüz otuz) manat dəymiş zərər, cəmi 1634.79 (min altı yüz otuz dörd manat yetmiş doqquz qəpik) manat borc və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar