Məhkəmə qərarları › İş №2(078)-318/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-318/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-318/2021 18.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyə n e t d i m: «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2014-cü il tarixli, İK2306/02 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2021-ci il tarixə olan 617.83 (altı yüz on yeddi manat səksən üç qəpik) manat gecikdirilmiş əsas, 837.66 (səkkiz yüz otuz yeddi manat altmış altı qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 1455.49 (min dörd yüz əlli beş manat qırx doqquz qəpik) manat kredit borcunun və ərizənin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, İK2306/02 saylı müqaviləyə əsasən 18 ay müddətinə illik 18% olmaqla, 3000 (üç min) manat məbləğində istehlak krediti verildiyini, borcalanın bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, borcalan tərəfindən kredit üzrə ödənişlərin ödəniş qrafikinə uyğun həyata keçirilmədiyini, nəticədə xx xxxxxx 2021-ci il tarixə kredit reyestrində cavabdehin adına ümumilikdə 1957 gecikmə gününün qeydə alındığını, bu səbəbdən tərəflərindən borcalana dəfələrlə telefonla əlaqə saxlanılaraq şifahi, onlara bəyan edilmiş sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləğinin dəqiq göstərilməklə borcun icrasının tələb edildiyini, Cavabdeh xx xxxxxx 2021-ci il tarixə xx xxxx 2014-cü il tarixli, İK2306/02 saylı kredit müqaviləsinə əsasən 617.83 (altı yüz on yeddi manat səksən üç qəpik) manat gecikdirilmiş əsas, 837.66 (səkkiz yüz otuz yeddi manat altmış altı qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 1455.49 (min dörd yüz əlli beş manat qırx doqquz qəpik) manat kredit borcunun, bu borcun icra edildiyi günədək əsas borca hesablanacaq faiz və cərimə borcunun ödənilməsi öhdəliyinin olduğunu, bunları nəzərə alaraq, Cavabdeh xx xxxx 2014-cü il tarixli, İK2306/02 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2021-ci il tarixə olan 617.83 (altı yüz on yeddi manat səksən üç qəpik) manat gecikdirilmiş əsas, 837.66 (səkkiz yüz otuz yeddi manat altmış altı qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə 1455.49 (min dörd yüz əlli beş manat qırx doqquz qəpik) manat kredit borcunun və ərizənin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq «xxxx» ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, İK 2306/02 nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinin tələbinə əsasən, bank borcalana şəxsi istehlak məqsədi üçün 18 ay müddətinə 3000 (üç min) manat məbləğində illik 18% dərəcəsi ilə istehlak kreditinin verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. 17 nömrəli, xx xxxxxx 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2021-ci il tarixə borcu aşağıdakı kimidir: Gecikdirilmiş faiz borcu: 837.66 (səkkiz yüz otuz yeddi manat altmış altı qəpik) manat; Gecikdirilmiş əsas borc: 617.83 (altı yüz on yeddi manat səksən üç qəpik) manat; Cəmi öhdəlik: 1455.49 (min dörd yüz əlli beş manat qırx doqquz qəpik) manat. Ödəniş cədvəlinə əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxx 2014-xx xxxxxx 2015-ci il tarixləri aralığında 191.42 AZN, xx xxxxxx 2015-ci il tarixdə isə 191.35 AZN olmaqla, cəmi 3445.49 AZN ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanuna uyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə xx xxxxxx 2021ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 617.83 (altı yüz on yeddi manat səksən üç qəpik) manat əsas borc və 837.66 (səkkiz yüz otuz yeddi manat altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1455.49 (min dörd yüz əlli beş manat qırx doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, xx xxxx 2014-cü il tarixli, İK 2306/02 nömrəli Kredit Müqaviləsindən görünür ki, borcverən «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh aralarında kredit müqaviləsi bağlanmış, borcalan kredit müqaviləsindən irəli gələn, yəni krediti və ondan istifadəyə görə faizləri razılaşdırılmış müddətdə banka qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh 617.83 (altı yüz on yeddi manat səksən üç qəpik) manat əsas borc və 837.66 (səkkiz yüz otuz yeddi manat altmış altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1455.49 (min dörd yüz əlli beş manat qırx doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar