Məhkəmə qərarları › İş №2(078)-321/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-321/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-321/2022 14.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsini nəzərdən keçirərək, müəyyən e t d i m: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 03 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 865.83 manat əsas borc, 2.85 manat faiz borcu və 5.3 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 873.98 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda qeyd olunan iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, İddiaçı ASC məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdeh kimi Cavabdeh göstərmişdir. Belə ki, Elektron portaldan alınmış məlumatdan məlum olmuşdur ki, Cavabdeh 14 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Bu isə o deməkdir ki, iddia tələbi hazırda sağ olmayan şəxsə qarşı qaldırılıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunur ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qanunvericiliyin yuxarıda qeyd olunan normasında aydın olur ki, prosessual hüquq varisliyinə iş məhkəmənin icraatına daxil olduqdan sonra yol verilir. Azərbaycan Respublikası MPM-in 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 149.2 və 149.2.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Yuxarıda göstərilən maddələrin məzmunundan məlum olur ki, iddia qaldırılan anda iddia ərizəsində fiziki şəxslərə münasibətdə mülki-prosessual fəaliyyət qabiliyyətli faktiki olaraq yaşayan (sağ olan) şəxslər göstərilməlidir. İddia ərizəsində digər məlumatlarla yanaşı işdə iştirak edən şəxs kimi cavabdeh olaraq hər hansı bir fiziki şəxsin adının və ünvanının göstərilməsi hələ iddia ərizəsinin məzmununa riayət edilməsi demək deyil. Cavabdeh kimi göstərilən fiziki şəxs sağ və mülki prosessual fəaliyyət qabiliyyətli olmalıdır. Məhkəməyə daxil olmuş iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək iddia ərizəsində cavabdeh kimi göstərilən şəxsin vəfat etdiyi məlum olarsa, bu halda iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 149.2 və 149.2.2-ci maddələrində nəzərdə tutulmuş məzmununa dair tələbə əməl olunmadığı qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarır. Yuxarıda qeyd olunan prosessual hüquq normalarının ümumi təhlilindən aydın olur ki, hazırki vəziyyətdə iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. İddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsini rəhbər tutaraq məhkəmə iddiaçıya izah edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılmalı olması nəzərdə tutulduğundan, iddiaçı təşkilat İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 02.02.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı təşkilat İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 02.02.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar