Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-322/2024 15.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında Bakı şəhəri 52 saylı notarial ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməklə, cavabdehdən 4650 (dörd min altı yüz əlli) manat əsas borc, 232.5 (iki yüz otuz iki manat əlli qəpik) manat illik 5 % olmaqla faiz borcu, 500 (beş yüz) manat dəbbə pulu və dövlət rusumu olaraq ödənilmiş 73.83 (yetmiş üç manat səksən üç qəpik) manat olmaqla ümumilikdə 5456.33 (beş min dörd yüz əlli altı manat otuz üç qəpik) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 52 saylı notarial ofisində bağlanmış kredit müqaviləsinə əsasən o, cavabdehə 4650 (dörd min altı yüz əlli) manat borc vermişdir. Müqavilənin şərtinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixinədək hər ay 310 manat olmaqla “Borc verən”ə yəni, ona qaytarmağı öhdəsinə götürmüşdür. “Borc alan”a müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit qaytarmaqda qanunvericilikdə nəzərdə tutumuş qaydada məsuliyyət daşıması barədə göstəriş verilmişdir. Hər iki tərəfin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə, məhkəmə qaydasında həll olunur. Bu müqaviləyə dəyişikiliklər və ya əlavələr olunma, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq əsasında olmasdıqda isə məhkəmə qaydasında həyata keçirilir. Lakin borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, bu günə kimi ona bir manat belə ödəməmişdir. Bununla da, kredit müqaviləsinin şərtlərini pozmuşdur. Borclu pul aldıqdan sonra hər dəfə müxtəlif bəhanələrlə onu faktiki aldatmaqla məşğuldur. Həmçinin hesab edir ki, cavabdehin ondan almış olduğu məbləği tam həcmdə məhkəmə qaydasında tutulması ilə yanaşı, cavabdehdən 232.5 (iki yüz otuz iki manat əlli qəpik) manat faiz və 1000 (min) manat dəbbə pulu tutularaq ona qaytarılmalıdır. İddiaçı sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq Cavabdeh ilə aralarında Bakı şəhəri 52 saylı notarial ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinin ləğv edilməklə, cavabdehdən 4650 (dörd min altı yüz əlli) manat əsas borc, 232.5 (iki yüz otuz iki manat əlli qəpik) manat illik 5 % olmaqla faiz borcu, 500 (beş yüz) manat dəbbə pulu və dövlət rusumu olaraq ödənilmiş 73.83 (yetmiş üç manat səksən üç qəpik) manat olmaqla ümumilikdə 5456.33 (beş min dörd yüz əlli altı manat otuz üç qəpik) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin o, sonuncu dəfə məhkəmənin ünvanına xx.xx.2024-cü il tarixdə teleqram göndərərək iddianı müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın teleqramını, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Hazırki iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 52 saylı notarial ofisində bağlanaraq 3M-855 reyestr nömrəsi ilə qeydiyyatı aparılmış kredit müqaviləsindən aydın olur ki, həqiqətən İddiaçı ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin 1-ci bəndinin şərtinə əsasən “Borc verən” “Borc alana” notariusun bankında açılmış depozit hesabı vasitəsilə 4650 (dörd min altı yüz əlli) manat məbləğində pul borc verməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə görə “Borc alan” krediti xx.xx.2024-ci il tarixədək hər ay 310 manat olmaqla “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə görə tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı cavabdehə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqavilələri üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh kredit müqaviləsi üzrə götürmüş olduğu öhdəliyi icra etmədiyinə görə müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı Cavabdeh qeyd etdiyi müqavilə üzrə 500 (beş yüz) manat dəbbə borcunun tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca münasibətdə tənasübsüz şəkildə yüksək olduğundan azaldılaraq, 200 (iki yüz) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Eyni zamanda İddiaçı iddia tələbində Cavabdeh ilə arasında Bakı şəhəri 52 saylı notarial ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi ləğv edilməsini xahiş etmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən aydın olur ki, müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Yəni müqavilənin müddəti artıq başa çatdığından onun ləğv edilməsinin hər hansı hüquqi əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh 4650 (dörd min altı yüz əlli) manat əsas borc, 232.5 (iki yüz otuz iki manat əlli qəpik) manat illik 5 % olmaqla faiz borcu və 200 (iki yüz) manat dəbbə pulu olmaqla ümumilikdə 5082.5 (beş min səksən iki manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalmış hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə “Kapital Bank” Asc Neftçilər filialına 12443 nömrəli qəbzlə ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 69.87 (altmış doqquz manat səksən yeddi) manatı Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 238, 241, 242-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh 4650 (dörd min altı yüz əlli) manat əsas borc, 232.5 (iki yüz otuz iki manat əlli qəpik) manat illik 5 % olmaqla faiz borcu və 200 (iki yüz) manat dəbbə pulu olmaqla ümumilikdə 5082.5 (beş min səksən iki manat əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalmış hissədə rədd olunsun. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə “Kapital Bank” Asc Neftçilər filialına 12443 nömrəli qəbzlə ödənilmiş 74 (yetmiş dörd) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 69.87 (altmış doqquz manat səksən yeddi) manatı Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-322/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-322/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver