Məhkəmə qərarları › İş №2(078)-323/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-323/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-323/2021 02.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC məhkəməyə ərizə ilə müraciət edərək

1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2019-cu il tarixli 014L**********95 saylı uzunmüddətli kredit müqaviləsinin və 13.12.2019-cu il tarixli 014R********** saylı kredit razılaşmasının ləğv edilməsi;

2. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 014R********** saylı kredit razılaşması üzrə 4330.92 (dörd min üç yüz otuz manat doxsan iki qəpik) manat kredit borcu, 656.68 (altı yüz əlli altı manat altmış səkkiz qəpik) manat faiz, 1202.36 (bir min iki yüz iki manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 6189.96 (altı min bir yüz səksən doqquz manat doxsan altı qəpik) manat məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı QSC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanılmış 13.12.2019-cu il tarixli 014L**********95 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açmış və müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit yazışması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.12.2019-cu il tarixli 014R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq 2.083% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq digər Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 13.05.2020-ci il tarixdən Banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 669.08 manat ödəmiş və onun 4330.92 manat məbləğində kredit borcu qalmışdır. Ərizədə qeyd edilmişdir ki, bir gün üçün faiz aylı faizin 1/30 hissəsi kimi hesablanır, cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaiti banka qaytarmadığı üçün 12.01.2021-ci il tarixə 244 gün üçün hesablanmış faiz borcu 65668 manat təşkil edir, eyni zamanda borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir ki bu da 12.01.2021-ci il tarixə 244 gün edir, yəni hesablanmış cərimə 1202.36 manat təşkil edir. İddiaçı təşkilat qanunvericiliyin müvafiq maddələrinə istinad edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat İddiaçı QSC-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi G.İsmayılova məhkəmənin ünvanına sonuncu dəfə 01.06.2021-ci il tarixli teleqram göndərmiş, teleqramda 02.06.2021-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş iş üzrə Cavabdeh2 məhkəməyə verdiyi izahatında həqiqətən iddiaçı təşkilatla digər Cavabdeh1 arasında 13.12.2019-cu il tarixli 014L**********95 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən Fazilə 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açıldığını, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.12.2019-cu il tarixli 014R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə aylıq 2.083% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürdüyünü, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq o və digər Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlandığını, övladlarının kredit götürmək məqsədlərinin onun xəstəliyi olduğunu, uşaqları onun əməliyyatlarına görə borca düşdüyünü, ödəmələrdə gecikmə səbəbinin pandemiya olduğunu, hazırda övladının Şuşada tikintidə işlədiyini, borcun hamısını tezliklə bağlayacaqlarını, lakin cərimə borcunun həddindən artıq çox olduğunu, ekspert rəyi ilə nəzərdə tutulan borcun ödənilməsinə razı olduğunu bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iddiaçı təşkilatın teleqramını, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş 13.12.2019cu il tarixli 014L**********95 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açmış və müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit yazışması ilə müəyyən olunmuşdur. İddiaçı QSC arasında 13.12.2019-cu il tarixli 014R********** saylı kredit razılaşması bağlanılmış, bu müqavilə əsasında bank tərəfindən borcluya 24 ay müddətinə aylıq 2.083% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit verilmiş və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına əlavə edilmiş 13.12.2019-cu il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər 014R********** saylı kredit razılaşması üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 268 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 13.12.2019-cu il tarixli 014S**********02 və 014S**********03 saylı zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq iddiaçı təşkilatla digər Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 28.01.2021-ci il tarixli arayışından belə müəyyən olunur ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış 13.12.2019-cu il tarixli 014R********** saylı kredit razılaşmasına əsasən 12.01.2021-ci il tarixinə cavabdehin İddiaçı QSC-yə 4330.92 (dörd min üç yüz otuz manat doxsan iki qəpik) manat əsas, 656.68 (altı yüz əlli altı manat altmış səkkiz) manat faiz və 1202.36 (bir min iki yüz iki manat otuz altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 6189.96 (altı min bir yüz səksən doqquz manat doxsan altı qəpik) manat borcu vardır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı 25.12.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan ŞPİ tərəfindən 26.01.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh1 Naxçıvan şəhəri, Xətai 6/1 ünvanında, Naxçıvan ŞPİ tərəfindən 14.11.2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh3 Naxçıvan şəhəri, Xətai 6/1 ünvanında, Naxçıvan ŞPİ tərəfindən 20.11.2009-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Cavabdeh2 Naxçıvan şəhəri, Xətai 6/1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdeh və zaminlər kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Naxçıvan Şəhər Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(078)-323/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin 19 may 2021-ci il tarixli, 102 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 tərəfindən banka ümumilikdə 1100 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 651.39 manatı əsas borca, 448.61 manatı faiz borcuna silinir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizada ekspert qarşısına qoyulan suallardan cərimə borcunun hesablanmasına münasibətdə hesablanmamışdır. Məhkəmə iddia tələbi ilə ekspert rəyini qarşılıqlı şəkildə tədqiq edib hesab edir ki, əsas borc məbləğinə münasibətdə iddia ərizəsi və maliyyə arayışı eyniyyət təşkil etdiyindən əsas borc məbləği 4330.92 (dörd min üç yüz otuz manat doxsan iki qəpik) manat müəyyən olunmalıdır. Faiz borcuna münasibətdə isə iddia qismən təmin edilməli, cavabdehlərdən 561.01 (beş yüz altmış bir manat bir qəpik) manat faiz borcu tutularaq iddiaçı təşkilata qaytarılmalıdır. Faiz borcuna münasibətdə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 may 2021-ci il tarixli, 102 nömrəli ekspert rəyinə əsaslanmalıdır. Məhkəmə faiz borcuna münasibətdə ekspert rəyini sübut kimi qiymətləndirir və hesab edir ki, faiz borcunun hesablanmasında rəy əsas götürülməli və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsinə dair hissədə də qismən təmin edilməsi nəticəsinə gəlir və gəlldiyi nəticənin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 014R********** saylı kredit razılaşması üzrə 1202.36 (bir min iki yüz iki manat otuz altı qəpik) manat cərimə tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz şəkildə yüksək olduğundan azaldılaraq, 250 (iki yüz əlli) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2019-cu il tarixli 014L**********95 saylı uzunmüddətli kredit müqaviləsi və 13.12.2019-cu il tarixli 014R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4330.92 (dörd min üç yüz otuz manat doxsan iki qəpik) manat əsas, 561.01 (beş yüz altmış bir manat bir qəpik) manat faiz və 250 (iki yüz əlli) manat cərimə borcu olmaqla ümumilikdə 5141.93 (beş min bir yüz qırx bir manat doxsan üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 25.01.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 24.90 (iyirmi dörd manat doxsan qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin olunsun. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2019-cu il tarixli 014L**********95 saylı uzunmüddətli kredit müqaviləsi və 13.12.2019-cu il tarixli 014R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 4330.92 (dörd min üç yüz otuz manat doxsan iki qəpik) manat əsas, 561.01 (beş yüz altmış bir manat bir qəpik) manat faiz və 250 (iki yüz əlli) manat cərimə borcu olmaqla ümumilikdə 5141.93 (beş min bir yüz qırx bir manat doxsan üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalmış hissədə rədd edilsin. İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 25.01.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 24.90 (iyirmi dörd manat doxsan qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar