Məhkəmə qərarları › İş №2(078)-327/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-327/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-327/2023 29.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 31 avqust 2022-ci il tarixli BAKU1-57862-21389 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 24531.5 (iyirmi dörd min beş yüz otuz bir manat əlli qəpik) manat əsas borc, 442.37 (dörd yüz qırx iki manat otuz yeddi qəpik) manat cari faiz borcu və 254.64 (iki yüz əlli dörd manat altmış dörd qəpik) manat cari dəbbə borcu olmaqla, cəmi 25228.51 (iyirmi beş min iki yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat kredit borcunun və 166.4 (bir yüz altmış altı manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat məhkəmənin ünvanına xx.xx.2023-cü il tarixli iddia tələbinin həcminin azaldılmasına barədə ərizə göndərmiş və tələbə “Cavabdeh1 ilə bağlanmış 31 avqust 2022-ci il tarixli BAKU1-57862-21389 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 21661.36 (iyirmi bir min altı yüz altmış bir manat otuz altı qəpik) manat əsas borc, 21.66 (iyirmi bir manat altmış altı qəpik) manat cari faiz borcu olmaqla, cəmi 21683.02 (iyirmi bir min altı yüz səksən üç manat iki qəpik) manat kredit borcunun və 166.4 (bir yüz altmış altı manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbi çərçivəsində baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 07 mart 2023-cü il tarixli qərardadı ilə ərizəsi təmin olunaraq iddia tələbinə “Cavabdeh1 ilə bağlanmış 31 avqust 2022-ci il tarixli BAKU1-57862-21389 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumilikdə 21661.36 (iyirmi bir min altı yüz altmış bir manat otuz altı qəpik) manat əsas borc, 21.66 (iyirmi bir manat altmış altı qəpik) manat cari faiz borcu olmaqla, cəmi 21683.02 (iyirmi bir min altı yüz səksən üç manat iki qəpik) manat kredit borcunun və 166.4 (bir yüz altmış altı manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 29 mart 2023-cü il tarixdə saat 10:45-ə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi K.Əliyev məhkəmənin elektron ünvanına 10 mart 2023-cü il tarixli ərizə göndərərək müahisənin məhkəmədən kənar həllini tapdığını bildirib iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsi K.Əliyevin ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə X1 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 166.4 (bir yüz altmış altı manat qırx qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə X1 və ya AsanPay vasitəsilə ********** nömrəli qəbzlə ödənilmiş 166.4 (bir yüz altmış altı manat qırx qəpik) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar