Məhkəmə qərarları › İş №2(078)-33/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-33/2024

12.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-33/2024 12.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1 il 10 ay ərzində cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən avtomobil idarə edildiyi təqdirdə İddiaçı3 **-RP-***, **-SN-***, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 39.600 (otuz doqquz min altı yüz) manat, **-RP-***, **-SN-***, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dəyəri üçün 30.000 (otuz min) manatın, ümumilikdə 69.600 (altmış doqquz min altı yüz) manatın, Cavabdeh 1 il 10 ay ərzində cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən avtomobil idarə edildiyi təqdirdə İddiaçı4 **-MO-***, **-FF-***, **-TA-***, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 52.800 (əlli iki min səkkiz yüz) manat, **-MO-***, **- FF-***, **-TA-***, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dəyəri üçün 40.000 (qırx min) manatın, ümumilikdə 92.800 (doxsan iki min səkkiz yüz) manatın, Cavabdeh 1 il 10 ay ərzində cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən avtomobil idarə edildiyi təqdirdə İddiaçı2 **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 13.200 (on üç min iki yüz) manat, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri üçün 10.000 (on min) manatın, ümumilikdə 23.200 (iyirmi üç min iki yüz) manatın və Cavabdeh 1 il 10 ay ərzində cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən avtomobil idarə edildiyi təqdirdə İddiaçı1 **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 13.200 (on üç min iki yüz) manat, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili də İddiaçı1 vəsaiti hesabına aldığını və işçisi X4 adına qeydiyyata saldığını qeyd etmiş və bununla da həmin avtomobil üçün də İddiaçı1 əlavə olaraq, 13.200 (on üç min iki yüz) manat məbləğində pul vəsaitinin, **-UL-*** və onun şəxsi vəsaiti hesabına alınmış dövlət qeydiyyat nişanlı avtomobil, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün çəkilmiş 20.000 (iyirmi min) manat məbləğin, ümumilikdə 46.400 (qırx altı min dörd yüz) manat məbləğin tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar tələbi əsaslandıraraq iddia ərizəsində bildirmişlər ki, X6 onun doğma bacısıdır. Bacısının həyat yoldaşı Malik Əliyev USX-də xidmət etmiş və 2-ci Qarabağ müharibəsində Cəbrayıl istiqamətində şəhid olmuşdur. Dövlət tərəfindən ailəsinə müavinətlər verilmiş və təqaüd müəyyən olunmuşdur. Bununla yanaşı bacısının bir qız övladı var və uşağının xroniki xəstəliyi olduğundan daimi müalicəyə ehtiyacı vardır. Ona görə də bacısının uşağı ilə birgə təminatına atası köməklik edir. Cavabdeh təxminən 2020-ci ildən tanıyır. Yasinlə bir yerdə işləyir və hal hazırda Yasin DGK-nin X7 gömrük postunda inspektor işləyib, gömrük kapitanı rütbəsində olmuşdur. İş yoldaşı kimi yaranmış münasibətə görə aralarında olan söhbətlər zamanı Yasinə bacısının ailəsi barədə danışmış və bacısının ailəsinə atası tərəfindən yardım olunduğunu bildirmişdir. Yasin müxtəlif avtomobilləri alaraq taksi xidməti göstərmək üçün icarəyə verdiyini və pul qazandığını ona demişdir. Qərara gəlmişlər ki, bacısının ailəsinin sərbəst və təminatlı yaşaması üçün Yasinə pul versinlər ki, avtomobil alsın və icarəyə verərək əldə olunan qazancı həm özünə götürsün, həm də ki, bacısına versin. Bu məsələ barəsində bacısı ilə söhbət etmiş, sonuncu razılaşaraq şəhid həyat yoldaşına görə dövlət tərəfindən verilən müavinətlərlə pul yığdığını və həmin qeyd olunan işə sərf edə biləcəyini bildirmişdir. İlkin mərhələdə 2021-ci ilin aprel ayında o Yasinlə Gəncə prospektində görüşərək bacısından götürdüyü 50.000 manat pulu vermişdir. Həmin pula Yasin 5 ədəd «Renoult Megane» markalı avtomobillər almış və avtomobilləri qaynı İddiaçı3 adına rəsmiləşdirmiş və təhvil almışdır. Qaynı Yasin dediyi şəxslərin adlarına etibarnamələr vermişdir. İki ay ərzində Yasin ona avtomobillərin icarəsindən 6400 manat pul vermişdir. Daha sonra 2021-ci ilin may ayında o Yasinlə yenə də Gəncə prospektində görüşərək, bacısından götürdüyü 40.000 manat məbləğində pulu ona vermişdir. Həmin pula Yasin 4 ədəd «Renoult Megane» markalı avtomobillər almış və avtomobillərin birini İddiaçı2, 3-nü isə atası Nemət İbrahimlinin adına rəsmiləşdirmiş və təhvil almışdır. Həmin ərəfədə Yasinin ona icarə pullarını ödəməsi ona qarşı inamı daha da gücləndirmişdir. Ona görə də 2021-ci ilin iyul ayında o Yasinlə yenidən Gəncə prospektində görüşərək, bacısından aldığı 50.000 manat pulu sonuncuya vermişdir. Həmin pula Yasin 5 ədəd «Renoult Megane» markalı avtomobillər almış və avtomobillərin ikisini atası Nemət İbrahimlinin, ikisini öz adına və birini işçisi Anar adlı şəxsin adına rəsmiləşdirmiş və təhvil almışdır. 2022-ci ilin yanvar ayına kimi Yasin ümumi olaraq ona 69.200 manat pul ödəmişdir. Sonra Yasinin ondan başqa bir neçə nəfər digər iş yoldaşlarından da pul alaraq onların icarə haqqını ödəyə bilmədiyi məlum olmuşdur. Ona görə də o Yasindən onun verdiyi pulu qaytarmasını xahiş etmişdir. Həmin vaxt Yasin avtomobilləri sataraq pulunu qaytaracağını bildirmişdir. Buna baxmayaraq, təxminən 2 il ərzində Yasin pulu qaytarmamışdır. O Yasindən maşınları qaytarmağını tələb etmiş, təxminən 2022-ci ilin sentyabr ayında Yasin ona 4 maşın qaytarmış, qalan maşınları isə qaytaracağına söz versə də bu günkü günədək qaytarmamışdır. O avtomobillərin harada olmasını araşdırmağa başlamış və İddiaçı3 adında olan “Renoult Megane” markalı **-RP-*** nömrəli avtomobilin tam şəkildə doğrandığı, bundan başqa İddiaçı3 adında olan «Renoult Megane» markalı **-SN-***, **- RE-***, İddiaçı4 adına olan **-TA-***, **-FF-***, İddiaçı2 adına olan **-SA-***, nömrəli avtomobillərin mühərriki sökülərək satıldığı və avtomobilin yararsız vəziyyətə gətirildiyi məlum olmuşdur. Hal-hazırda Yasin 140.000 manat puldan ona 70.800 manat pul verməlidir. Lakin Yasin müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmır. Onun cavabdehlə razılaşması avtomobillərin 3 il müddətində onun nəzarəti altında istifadədə olması və aylıq hər bir avtomobil üçün 600 manat ödəniş edilməsi istiqamətində olmuşdur. Lakin, avtomobillərin uzun müddətdir cavabdehin istifadəsinə verilməsinə baxmayaraq, aralarında olan şifahi razılaşmanın şərtlərini pozaraq bir müddət ödəniş etdikdən sonra, heç bir ödəniş onun tərəfindən həyata keçirilməmişdir. Hazırda cavabdehdə olan 10 avtomobil üçün 1 il 10 ay il müddətində heç bir ödəniş həyata keçirilməmiş, eləcə də həmin avtomobillər onun tərəfindən onlara geri qaytarılmamışdır. İddia ərizəsinə əlavə edilmiş Xətai Rayon Prokurorluğunun müstəntiqi Aqil Əşrəfov tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh vermiş olduğu izahatında və həmçinin araşdırma mərhələsində vermiş olduğu iltizamda da qeyd olunan xüsusatları təsdiq etmiş, lakin, hərəkətsizlik nümayiş etdirərək ödənişi icra etməmişdir. Həmçinin Xətai Rayon Prokurorluğunda araşdırma mərhələsində cavabdeh **-SN-*** dövlət qeydiyyat nişanlı, “Reno Meqan” markalı avtomobili satılması üçün etibarnamə verilməsini, sözügedən avtomobili satdıqdan sonra, həmin pulla digər avtomobilləri təmir etdirib onları satıb öhdəlikdən yaranmış pulu ödəyəcəyini bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 762/23 saylı vəkil sorğusu əsasında Bakı şəhəri Xətai Rayon Prokurorluğundan alınmış xx.xx.2023-cü il tarixli, xx/xx-2023 saylı cavab məktubuna əlavə edilmiş iltizamdan da göründüyü kimi, cavabdeh 40.000 manat məbləğində öhdəliyi üzrə etiraf etdiyi məbləği xx.xx.2023-cü il tarixinədək ödəyəcəyini öz öhdəsinə götürmüşdür. İstər cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan, cavabdehin prokurorluğa təqdim etdiyi iltizamdan da göründüyü kimi, hər dəfəsində öhdəliyi üzrə yaranmış pul məbləğini fərqli-fərqli qeyd etməklə pulun geri ödənilməsindən bilavasitə boyun qaçırdığını nümayiş etdirmişdir. Hazırda cavabdehdən 1 il 10 ay müddətində olan 10 avtomobillə bağlı bu günkü günədək heç bir ödəniş ala bilməmişlər. Şifahi razılaşmaya əsasən cavabdeh hər ay hər bir avtomobil üçün 600 manat olmaqla ödəniş etməli idi. Buna görə də, 1 il 10 ay ərzində cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən avtomobil idarə edildiyi təqdirdə İddiaçı3 **-RP-***, **-SN-***, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 39.600 manat, İddiaçı4 **-MO-***, **-FF-***, **-TA-***, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 52.800 manat, İddiaçı2 **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 13.200 manat, İddiaçı1 **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 13.200 manat, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili də İddiaçı1 vəsaiti hesabına aldığını və işçisi X4 adına qeydiyyata saldığını qeyd etmiş və bununla da həmin avtomobil üçün də İddiaçı1 əlavə olaraq, 13.200 manat məbləğində pul vəsaiti ödənilməli idi. İddia ərizəsinə əlavə edilmiş “Whattsapp” tətbiqindən çıxarılmış mesajlardan da göründüyü kimi, 2021-ci ilin dekabr ayından etibarən bu günkü tarixədək cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən hər bir avtomobil üçün ödəməli olduğu aylıq 600 manat məbləğ ödənilməmiş, onun tərəfindən müxtəlif bəhanələr gətirilərək, bu gün, sabah ödəyəcəyini qeyd etmiş, lakin, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin cavabdeh tərəfindən şifahi razılaşmanın şərtləri pozulduğuna görə, ondan avtomobillərin onda olduğu müddət ərzində iddiaçılara ödəməli olduğu məbləğlə yanaşı, avtomobillərin hər biri üçün çəkilən 10.000 manat məbləğin, İddiaçı3 **-RP-***, **-SN-***, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 30.000 manatın, İddiaçı4 **-MO-***, **-FF-***, **-TA- ***, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 40.000 manatın, İddiaçı2 **-SA- *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 10.000 manatın, İddiaçı1 **-UL-*** və onun şəxsi vəsaiti hesabına alınmış dövlət qeydiyyat nişanlı avtomobil üçün **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün çəkilmiş 20.000 manat məbləğ geri ödəməlidir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdehin verdiyi izahatdan da aydın olur ki, avtomobillər artıq tam yararsız vəziyyətə düşmüşdür. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 vəkil və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə 30 oktyabr 2023-cü il, 14 noyabr 2023-cü il, 05 dekabr 2023-cü il, 20 dekabr 2023-cü il, 11 yanvar 2024-cü il, 25 yanvar 2024-cü il, 22 fevral 2024-cü il və 06 mart 2024-cü tarixlərdə eyni məzmunlu ərizələr göndərərək ərizələrdə icraatda olan 2(078)-1331/2023 saylı mülki iş üzrə təyin olunmuş məhkəmə hazırlıq və baxış iclaslarında iştiraklarının mümkün olmayacağını, Naxçıvan Şəhər Məhkəməsi hazırda yaşadıqları Bakı şəhərinə uzaq məsafədə yerləşdiyinə görə və məhkəmələrdə iştirakları xərclərinin artmasına və bununla da, iddia tələbinin lüzumsuz yerə artmasına səbəb olacağına görə, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə qeyd olunan ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 vəkil və nümayəndəsi Vəkil iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh 25 dekabr 2023-cü il tarixdə və 19 fevral 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də məhkəmə iclaslarının təxirə salınaraq başqa vaxta təyin edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddia ərizəsinə əlavə edilmiş 07 avqust 2023-cü il tarixli, 762/23 saylı vəkil sorğusundan görünür ki, Vəkil Bakı şəhəri Xətai Rayon Prokurorluğuna vəkil sorğusu ilə müraciət edərək, hüquqlarını müdafiə etdiyi İddiaçı1 Cavabdeh barəsində vermiş olduğu şikayət üzrə araşdırma nəticəsində Cavabdeh tərəfindən 40.000 manat məbləğində pul vəsaitinin İddiaçı1 ödəyəcəyinə dair iltizam alındığını, Azərbaycan Respublikası MPM-nin 68.2-ci maddəsi və “Vəkillər və Vəkillik fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinin 1-ci hissəsi, 15-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndini rəhbər tutaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti ilə əlaqədar olaraq, qeyd olunan iltizamın təsdiq edilmiş surətinin Bakı şəhəri 25 saylı Vəkil Bürosuna göndərilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Prokurorluğundan alınmış 07 avqust 2023-cü il tarixli, xx/xx-2023 saylı cavab məktubuna əlavə edilmiş iltizamdan görünür ki, Cavabdeh İddiaçı1 kommersiya fəaliyyəti ilə bağlı aldığı 130.000 manat puldan geriyə qalan 40.000 manat pulu xx.xx.2023-cü il tarixinədək ödəyəcəyini öz öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Aqil Əşrəfov tərəfindən qəbul olunmuş 02 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti ilə bağlı toplanmış 18/88-23 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Renoult Megane” minik markalı, **- RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06 aprel 2021-ci il tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Renoult Megane” minik markalı, **- SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06 aprel 2021-ci il tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Renoult Megane” minik markalı, **- RP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 06 aprel 2021-ci il tarixdə İddiaçı3 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Renoult Megane” minik markalı, **- FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 24 may 2021-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Renoult Megane” minik markalı, **- NV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 14 iyul 2021-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş İddiaçı1 vəkil və nümayəndəsi Vəkil tərəfindən 09 oktyabr 2023-cü il tarixdə məhkəməyə göndərilmiş ərizədə qeyd olunmuşdur ki, icraatda olan İddiaçı1 və digərlərinin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə yazılı sübutun məhkəməyə təqdim olunması zərurəti yaranmışdır. Belə ki, yazılı sübut qismində məhkəməyə təqdim olunan cavabdehə məxsus göy cildli qeyd dəftərinin sol yuxarı küncündə göstərilən 1,2 və 3-cü səhifələrində cavabdehin əl yazısı ilə icarədə olan avtomobillərin dövlət qeydiyyat nişanları və həmin avtomobillərə görə ödənilən icarə haqlarının məbləğləri qeyd olunmuşdur. Həmçinin sözügedən tələblə bağlı iddiaçı ilə cavabdeh arasında olan WhatsApp tətbiqindən çıxarılmış səs yazıları da ərizəyə əlavə olunur. İddiaçıların Cavabdeh pul tələb etmələri işin mübahisəli halıdır. İşin mübahisəli halını məhkəmə təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə öz təsdiqini qismən tapdığından, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın qismən əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilmiş yazılı sübutlardır. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddiaçıların iddia tələbinin avtomobillərin dəyərini tələb etməsinə dair hissədə aşağıdakıları qeyd edir. İddia ərizəsinə əlavə edilən 02 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmişdir ki, Cavabdeh izahatında göstərmişdir ki, Xəlil onunla razılaşaraq 2021-ci ilin aprel ayında ilkin olaraq ona 50000 (əlli min) manat pul vermiş, qeyd olunan məbləğə o, 5 ədəd avtomobil almış və Xəlilin dediyi şəxslərin adına rəsmiləşdirmişdir. Daha sonra onun vasitəsilə Xəlil həmin avtomobilləri Uber şirkətinə icarəyə vermişdir. 2021-ci ilin may ayında Xəlil ona 40000 (qırx min) manat pul vermiş və həmin pula 4 ədəd avtomobil alaraq Xəlilin dediyi şəxslərin adına rəsmiləşdirərək icarəyə verilmişdir. Bundan sonra əlavə olaraq ona 30000 (otuz min) manat pul vermiş, həmin pula 3 ədəd avtomobillər alınaraq Xəlilin dediyi şəxslərin adına rəsmiləşdirərək icarəyə verilmişdir. Həmin ərəfədə Xəlil özü 2 ədəd avtomobil alaraq onu da icarəyə vermişdir. 2021-ci ilin may ayından 2022-ci ilin mart ayına kimi o icarə haqqı olaraq Xəlilə 78000 manat pul ödəmişdir. Daha sonra Xəlilin özünə məxsus olan avtomobillərdə iş təklif edərək bacısı oğlu ilə işləyən sürücüləri öz tərəfinə cəlb etdiyi məlum olmuşdur. Bu məsələyə görə Xəlil ilə münasibətləri pisləşmiş və onlar aralaşmaq qərarına gəlmişdir. O Xəlilə 4 avtomobil qaytarmış, qalan avtomobillərin bəzi hissələri yararsız vəziyyətdə olduğundan Xəlil avtomobilləri qəbul etməmişdir və onları tam şəkildə yararlı hala salaraq qaytarmağını tələb etmişdir. Həmin vaxt onun imkanı olmadığından avtomobilləri yararlı hala sala bilməmiş və avtomobillər servisdə qaldığından tam yararsız vəziyyətə düşmüşdür. Beləliklə avtomobillərə görə o, Xəlilə nağd şəkildə 78000 manat ödəmiş, ümumi dəyərləri 40000 manat təşkil edən 4 avtomobil qaytarmış və hal-hazırda sonuncuya 22000 manat borcu qalmışdır. Həmçinin yuxarıda göstərilən iltizamda cavabdeh İddiaçı1 aldığı 130000 manat puldan geridə qalan 40000 manat pulu ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Həmçinin iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, İlkin mərhələdə 2021-ci ilin aprel ayında o Yasinlə Gəncə prospektində görüşərək bacısından götürdüyü 50.000 manat pulu vermişdir. Həmin pula Yasin 5 ədəd «Renoult Megane» markalı avtomobillər almış və avtomobilləri qaynı İddiaçı3 adına rəsmiləşdirmiş və təhvil almışdır. Qaynı Yasin dediyi şəxslərin adlarına etibarnamələr vermişdir. İki ay ərzində Yasin ona avtomobillərin icarəsindən 6400 manat pul vermişdir. Daha sonra 2021-ci ilin may ayında o Yasinlə yenə də Gəncə prospektində görüşərək, bacısından götürdüyü 40.000 manat məbləğində pulu ona vermişdir. Həmin pula Yasin 4 ədəd «Renoult Megane» markalı avtomobillər almış və avtomobillərin birini İddiaçı2, 3-nü isə atası Nemət İbrahimlinin adına rəsmiləşdirmiş və təhvil almışdır. Həmin ərəfədə Yasinin ona icarə pullarını ödəməsi ona qarşı inamı daha da gücləndirmişdir. Ona görə də 2021-ci ilin iyul ayında o Yasinlə yenidən Gəncə prospektində görüşərək, bacısından aldığı 50.000 manat pulu sonuncuya vermişdir. Həmin pula Yasin 5 ədəd «Renoult Megane» markalı avtomobillər almış və avtomobillərin ikisini atası Nemət İbrahimlinin, ikisini öz adına və birini işçisi Anar adlı şəxsin adına rəsmiləşdirmiş və təhvil almışdır. təxminən 2022-ci ilin sentyabr ayında Yasin ona 4 maşın qaytarmış, qalan maşınları isə qaytaracağına söz versə də bu günkü günədək qaytarmamışdır. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə qeyd edir ki, cavabdehin cinayət işinin başlanmasının rədd qərarında göstərilən izahatından da görünür ki, cavabdeh iddiaçının 3 dəfəyə ona ümumilikdə verdiyi 120000 (yüz iyirmi min) manat pulla (ilkin olaraq 50.000, sonra 40.000 və bundan sonra 30.000 manat olmaqla) 12 ədəd avtomobil almışdır. Qeyd olunan avtomobilin 4 ədədini qaytarmışdır. İddiaçının iddia ərizəsində ümumilikdə cavabdehə 14 ədəd avtomobil alması üçün pul verməsi 12 avtomobil almasına dair hissədə təsdiqini tapsa da qalan 2 ədəd avtomobilin alınması üçün cavabdehə pul verməsi məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Belə ki, iddia ərizəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili də İddiaçı1 vəsaiti hesabına aldığını və işçisi X4 adına qeydiyyata saldığını qeyd etdiyi göstərilsə də cavabdehin izahatında belə bir fikrə rast gəlinməmişdir. Ümumilikdə iddiaçı tərəf bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında olan izahatında 12 ədəd avtomobilin alınması üçün iddiaçının ona pul verməsi təsdiqini tapsa da digər 2 avtomobilin Xəlilin özü tərəfindən alınaraq icarəyə verildiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən iddiaçılara məxsus olan 8 ədəd avtomobilin onlara qaytarılmadığı təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən alınaraq İddiaçı3 **-RP-***, **-SN-***, **- RE-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 30.000 manat, İddiaçı4 **-MO-***, **- FF-***, **-TA-***, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 40.000 manat və İddiaçı2 **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 10.000 manat məbləğində pul verilməlidir. İddia tələbi qeyd olunan iddiaçılara münasibətdə avtomobilin dəyərinin alınıb verilməsinə dair hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi iş üzrə tərəflər arasında yazılı qaydada icarə müqaviləsi bağlanmamışdır. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı tərəfindən avtomobil alınması üçün pul verilməsi nəticəsində alınmış iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məxsus olan avtomobillərin cavabdehdə saxlanılması ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan iddiaçıların hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında heç bir müqavilə və ya qanuni əsas olmadan cavabdeh iddiaçıların hesabına əsassız varlanmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi sadalanan iddiaçıların tələbi ilə iddiaçılara məxsus olan avtomobillərin dəyərini onlara qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən avtomobillərin dəyəri olan pul məbləğini iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, İddiaçı1 **-UL-*** və onun şəxsi vəsaiti hesabına alınmış dövlət qeydiyyat nişanlı avtomobil üçün **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün çəkilmiş 20.000 manat məbləğində pulun cavabdehdən alınaraq ödənilməsini tələb etməsinə dair hissədə iddia tələbi rədd edilməlidir. Çünki iddiaçı tərəfindən qeyd olunan halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçılar tərəfindən 1 il 10 ay müddətində avtomobillər üçün hər ay ödənilməli olan icarə haqqı ilə bağlı tələblərinə dair hissədə belə nəticəyə gəlir ki, həmin hissədə iddiaçıların iddia tələbi rədd edilməlidir. Qeyd olunan hissədə iddia tələbinin rədd edilməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddia ərizəsində qeyd edilmişdir ki, onun cavabdehlə razılaşması avtomobillərin 3 il müddətində onun nəzarəti altında istifadədə olması və aylıq hər bir avtomobil üçün 600 manat ödəniş edilməsi istiqamətində olmuşdur. Lakin, avtomobillərin uzun müddətdir cavabdehin istifadəsinə verilməsinə baxmayaraq, aralarında olan şifahi razılaşmanın şərtlərini pozaraq bir müddət ödəniş etdikdən sonra, heç bir ödəniş onun tərəfindən həyata keçirilməmişdir. Hazırda cavabdehdə olan 10 avtomobil üçün 1 il 10 ay müddətində heç bir ödəniş həyata keçirilməmiş, eləcə də həmin avtomobillər onun tərəfindən onlara geri qaytarılmamışdır. Hazırda cavabdehdən 1 il 10 ay müddətində olan 10 avtomobillə bağlı bu günkü günədək heç bir ödəniş ala bilməmişlər. Şifahi razılaşmaya əsasən cavabdeh hər ay hər bir avtomobil üçün 600 manat olmaqla ödəniş etməli idi. Buna görə də, 1 il 10 ay ərzində cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən avtomobil idarə edildiyi təqdirdə İddiaçı3 **-RP-***, **-SN-***, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 39.600 manat, İddiaçı4 **-MO-***, **-FF-***, **-TA-***, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 52.800 manat, İddiaçı2 **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 13.200 manat, İddiaçı1 **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 13.200 manat, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili də İddiaçı1 vəsaiti hesabına aldığını və işçisi X4 adına qeydiyyata saldığını qeyd etmiş və bununla da həmin avtomobil üçün də İddiaçı1 əlavə olaraq, 13.200 manat məbləğində pul vəsaiti ödənilməli idi. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən icarə haqqı olaraq göstərilən məbləğlərin cavabdehdən alınaraq onlara qaytarılmalı olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İşin məhkəmə araşdırması zamanı da iddiaçılara cavabdeh tərəfindən hər ay 600 manat məbləğində hər avtomobil üçün icarə haqqı verilməli olması, tərəflərin arasında 3 il müddətində icarə haqqı ödənilməli olması halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə iddiaçının vəkil və nümayəndəsi tərəfindən məhkəməyə göndərilən göy cildli dəftəri sübut kimi qiymətləndirmir. Belə ki, həmin dəftərdə ümumilikdə rəqəmlər qeyd edilmiş, dəftərdə iddiaçının vəkil və nümayəndəsinin qeyd etdiyi kimi avtomobillərin dövlət qeydiyyat nişanları və həmin avtomobillərə görə ödənilən icarə haqlarının məbləğləri qeyd olunmamışdır. Ümumiyyətlə dəftərin kimə məxsus olması, orada qeyd olunan yazıların kimin tərəfindən qeyd edilməsi ilə bağlı hər hansı bir qeyd həmin dəftərdə mövcud deyildir. Buna görə də həmin dəftərin hər hansı faktın təsdiqi üçün əhəmiyyəti yoxdur və sübut kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2006-cı il tarixli qərarında vurğulamışdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə iddiaçının vəkil və nümayəndəsi tərəfindən məhkəməyə göndərilən bir ədəd CD-də olan səs yazılarını və iddia ərizəsinə əlavə edilən whatsapp sosial şəbəkəsində aparılan yazışmaları da sübut kimi qiymətləndirmir. Belə ki, həmin səs yazılarının və yazışmaların hazırki iş üzrə tərəflər arasında aparılmasını təsdiq edən sübutlar işin araşdırması zamanı məhkəməyə təqdim edilməmiş, iş üzrə tərəflər məhkəmə iclasında iştirak etmədiyindən qeyd olunan yazışmaların və səs yazılarının onların arasında aparılması halı müəyyən edilə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən yalnız əqd üzrə tərəflər arasında aparılan və hər iki tərəfə məlum olan səs yazıları və yazışmalar həmin şəxslər arasındakı məhkəmə mübahisəsi zamanı sübut kimi qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Qərarında qeyd edilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, qeyd olunan səs yazıları və yazışmalar iş üzrə tərəflərə məxsus olmuş olsa belə həmin səs yazıları və yazışmalar iddiaçıların iddia etdiyi icarə haqqının ödənilməli olmasını təsdiq etmir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi icarə haqqı tələbinə dair hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 522 (beş yüz iyirmi iki) manat dövlət rüsumunun 180 (yüz səksən) manat hissəsi cavabdehdən alınaraq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinə münasibətdə qismən təmin olunmalı; -Cavabdeh 30.000 (otuz min) manat məbləğində pul tutularaq İddiaçı3, 40.000 (qırx min) manat məbləğində pul tutularaq İddiaçı4 və 10.000 (on min) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməli; -iddia iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinin qalan hissəsinə münasibətdə rədd edilməli; -iddia İddiaçı1 iddia tələbinə münasibətdə rədd edilməli; -iddia qaldırılan zaman ödənilmiş 522 (beş yüz iyirmi iki) manat dövlət rüsumunun 180 (yüz səksən) manat hissəsi Cavabdeh alınaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinə münasibətdə qismən təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat məbləğində pul tutularaq İddiaçı3, 40000 (qırx min) manat məbləğində pul tutularaq İddiaçı4 və 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı2 ödənilsin. İddia iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinin qalan hissəsinə münasibətdə rədd edilsin. İddia İddiaçı1 iddia tələbinə münasibətdə rədd edilsin. İddia qaldırılan zaman ödənilmiş 522 (beş yüz iyirmi iki) manat dövlət rüsumunun 180 (yüz səksən) manat hissəsi Cavabdeh alınaraq iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar