Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-330/2021 29.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçı X2 Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyə n e t d i m: İddiaçı X5 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 903.10 (doqquz yüz üç manat on qəpik) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. X5 ərizəni onunla əsaslandırmışdır ki, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağaza ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 348424 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləsinin şərtlərinə görə iddiaçı tərəfindən borcalan Cavabdeh 12 ay müddətinə ümumi qiyməti 1940 manat məbləğində olan tikinti materialları verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş olaraq 131 manat etməklə hər ay üçün 150.75 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyə öhdəsinə götürmüşdür. X5 müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini pozaraq əsas borcundan cəmi 1036.9 manat ödəniş etmiş, qalan 903.10 manat əsas borcu isə ödəməmiş və istər mülki qanunvericiliyin, istərsə də alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin alqısatqı müqaviləsinə əsasən X3 olan borcu 903.10 (doqquz yüz üç manat on qəpik) manat təşkil edir. İddiaçı X5 Azərbaycan Respublikasının mülki qanunvericiliyin müvafiq normalarına istinad edərək sonda Cavabdeh onun xeyrinə 903.10 (doqquz yüz üç manat on qəpik) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 348424 nömrəli Alqı-satqı Müqaviləsinin 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə uyğun olaraq bu müqaviləyə görə Satıcı müqavilənin 1.1-ci bəndində göstərilən əşyanı Alıcının mülkiyyətinə verilməyi, Alıcını əşyanı qəbul edib əvəzinə müqavilənin 3.1-ci bəndində qeyd edilən pul məbləğini (qiyməti) Müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öz öhdəsinə götürür. Alqı-satqı müqaviləsinin şərtinə əsasən Cavabdeh adları və ölçüləri müqavilədə göstərilmiş tikinti materialları verilmişdir. İddiaçı tərəfindən verilən maliyyə arayışına əsasən, X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə 1940 məbləğində əsas borcundan bu günədək 1036.9 manat ödəniş etmiş, 903.10 əsas borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən Sadiqov X4 şəhəri, Tumbul kəndində qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 903.10 (doqquz yüz üç manat on qəpik) manat məbləğində pul iddiaçı X2 xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə X5 tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxxxx 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdehə bildiriş çatmadığından xx xxxx 2021-ci il tarixdə bildirişin çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti Tumbul kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə məktub göndərilmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 903.10 (doqquz yüz üç manat on qəpik) manat məbləğində pul iddiaçı X2 xeyrinə tutulsun. İddiaçı X5 tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-330/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-330/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver