Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-335/2021 13.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Kreditor “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək xx xxxxxx 1980-ci ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan borclu Cavabdeh xx xxxxxx 2020-ci tarixli müqavilə üzrə 2052 (iki min əlli iki) manat məbləğində əsas borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2072 (iki min yetmiş iki) manat məbləğində pul vəsaitinin alınaraq kreditor “xxxx” MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-1078/2020 nömrəli məhkəmə əmri ilə xx xxxxxx 1980-ci ildə ünvan 1 ünvanında pasport qeydiyyatında olan Cavabdeh xx xxxxxx 2020-ci tarixli müqavilə üzrə 2052 (iki min əlli iki) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 2072 (iki min yetmiş iki) manat məbləğində pul vəsaiti alınaraq kreditor “xxxx” MMC-yə ödənilməsi əmr edilmiş və məhkəmə əmri xx xxxxxx 2020-ci il tarixdə borclu Cavabdeh göndərilmişdir. İş üzrə borclu Cavabdeh xx.xx.2021-ci il tarixli ərizə ilə həmin məhkəmə əmrinə etiraz verərək, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)- 1078/2020 nömrəli məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçirilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş, bunu nəzərə alan məhkəmə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(078)-335/2021 nömrəli əmri ləğv edilərək iddia icraatına keçirilmişdir. İddiaçı təşkilat “xxxx” MMC ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış xx xxxxxx 2020-ci il tarixli FSK 3953 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 1 ədəd dəyəri 2252 (iki min iki yüz əlli iki) manat olan TV LED Samsung ******* markalı televizor əldə edib, borclu əldə eydiyi əmlaka görə cəmi 200 manat ödəniş etdikdən sonra qalan 2052 (iki min əlli iki) manatı hər ay 114 manat olmaqla 18 ay müddətinə “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Ərizədə qeyd edilmişdir ki, borclu müqavilə üzrə öhdəlikləri icra etməkdən imtina etmiş, bu barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilsə də, o, müqavilə üzrə öhdəliyi icra etməkdən imtina etmişdir. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli müqavilə üzrə 2052 (iki min əlli iki) manat məbləğində əsas borc qalmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Mülki işin materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli FSK 3953 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə alıcı Cavabdeh ilə kreditor “xxxx” MMC arasında kredit müqaviləsi imzalanmış, Cavabdeh “xxxx” MMC-dən kredit yolu ilə 1 ədəd dəyəri 2252 (iki min iki yüz əlli iki) manat olan TV LED Samsung ******* markalı televizor əldə edib, borclu əldə eydiyi əmlaka görə cəmi 200 manat ödəniş etdikdən sonra qalan 2052 (iki min əlli iki) manatı hər ay 114 manat olmaqla 18 ay müddətinə “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 820/20 nömrəli pretenziya məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 351/20 nömrəli maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2020-ci il tarixli FSK 3953 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə 2052 (iki min əlli iki) manat borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətinə əsasən Məmmədov X2 şəhəri, Çənlibel 7/16 ünvanında qeydiyyatdadır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında xx xxxxxx 2020-ci il tarixli FSK 3953 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, iddiaçı təşkilat müqavilədə müəyyən edilmiş kredit yolu ilə 1 ədəd dəyəri 2252 (iki min iki yüz əlli iki) manat olan TV LED Samsung ******* markalı televizoru cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə əldə eydiyi əmlaka görə cəmi 200 manat ödəniş etdikdən sonra qalan 2052 (iki min əlli iki) manatı hər ay 114 manat olmaqla 18 ay müddətinə “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüş, lakin götürmüş olduğu öhdəliyi lazımınca icra etməməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh 2052 (iki min əlli iki) manat pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X4 tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalı, məhkəmə əmri iddia icraatına keçirildiyindən 10 (on) manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli FSK 3953 saylı malın nisyə satılması haqqında alqı-satqı müqaviləsi üzrə 2052 (iki min əlli iki) manat pul tutularaq “xxxx” MMCnin xeyrinə ödənilsin. “xxxx” MMC-nin nümayəndəsi X4 tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalı, məhkəmə əmri iddia icraatına keçirildiyindən 10 (on) manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-335/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-335/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver