Məhkəmə qərarları › İş №2(078)-339/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-339/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-339/2025 10.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vurulan 2000 (iki min) manat ziyanın və dövlət rüsumu olaraq ödədiyi 40 (qırx) manatın Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Naxçıvan şəhər, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 2a məxsusdur. Yuxarı qonşusu Cavabdeh mənzilindəki su axması nəticəsində dəfələrlə özünün mənzilinə ziyan dəymişdir. 2 ildir ki, onun mənzilinə ziyan dəyir və cavabdeh bu halların aradan qaldırılması üçün heç bir tədbir görmür. O, bir neçə dəfə Naxçıvan şəhər Mənzil İstismar İdarəsinin əməkdaşlarını binaya baxış keçirməsi üçün çağırmışdır. 2023-cü ildə mənzilinə ziyan dəyəndə Naxçıvan şəhər 6 saylı mənzil İstismar idarəsinin əməkdaşları gəlmişlər və akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, “Biz aşağıda imza edənlər, Naxçıvan şəhər 6 saylı Mənzil İstismar idarəsinin rəisi X2, həmin idarənin Baş mühəndisi X7, idarənin çilingər vəzifəsində X1, Naxçıvan şəhər polis idarəsinin 1 №-li Polis bölməsinin sahə inspektoru Polis kapitanı X10, Naxçıvan şəhər Babək məhəlləsi bina-14 mənzil-33-də yaşayan X6 iştirakı ilə bu aktı tərtib etdim ondan ötəri ki, xx.xx.2023-cü il tarixdə qış mövsümü ilə bağlı olaraq Babək məhəlləsində yerləşən binalara istilik xəttini yoxlamaq üçün su vurulmuşdur. Yoxlama zamanı bina-14 mənzil 36-da yaşayan Cavabdeh istilik pətəklərinin vintilləri açıq qaldığından alt mərtəbədə yaşayan X6 mənzilinin yataq otağı, sanitar qovşağı, mətbəxi və dəhlizinin tavanı su axması nəticədə tavanda su ləkələri ilə əhatə olunması tərəfimizdən aşkar olundu”. Onun mənzilinə ziyan dəysə də 2023-cü ildə məhkəməyə müraciət etməmişdir. Düşünmüşdür ki, “qonşum özü bu halları aradan qaldırar”. Nəzər özü də ondan xahiş etmişdir ki, məhkəməyə verməsin, zərəri qarşılayacaq. Lakin o heç bir zərərimi qarşılamamış, əksinə bu hallar davam etdi və indiyə qədər də davam edir. Ən son 10 yanvar 2025-ci ildə yenə Nəzərin evindən gələn su nəticəsində evinin sanitar qovşağı, mətbəxi və dəhlizin tavan hissəsi zərər görmüşdür. Evin divarları su çəkir, tavan hissə saralıb yararsız haldadır. O, yenə də Mənzil İstismar İdarəsinin əməkdaşlarını çağırmışdır. xx.xx.2025-ci il tarixli akt tərtib olunmuşdur. Həmin aktda qeyd olunur ki, “biz aşağıda imza edənlər, Naxçıvan şəhər 6 saylı Mənzil İstismar idarəsinin rəisi X2, həmin idarənin Baş mühəndisi X7, idarənin çilingər vəzifəsində X1, Naxçıvan şəhər Babək məhəlləsi bina-14 mənzil-33-də yaşayan X6 iştirakı ilə bu aktı tərtib etdim ondan ötəri ki, xx.xx.2025-ci il tarixdə bina-14 mənzil-33-də yaşayan vətəndaş İddiaçı Əbulfəz oğlunun yaşadığı evin mətbəxinə, sanitar qovşağına və dəhlizinə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, İddiaçı Əbulfəz oğlunun üst qonşusunda olan Babək məhəlləsi bina-14, mənzil 36-da yaşayan Cavabdeh evindən X6 evinə su axaraq sanitar qovşağı, mətbəxi və dəhlizinin tavan hissəsi islanaraq yararsız hala düşməsi tərəfimizdən aşkar olundu”. Cavabdeh ona dəymiş olan ziyanı ödəmir və bu halları aradan qaldırmır. O da məcbur qalıb məhkəməyə müraciət etməli olur. Nəzər onun evinə 2000 (iki min) manata yaxın ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən cavabdeh onun əmlakına vurduğu ziyanın əvəzini tam həcimdə ödəməyə borcludur. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında çox gözəl təmirli yaşayış evinin dövlət tərəfindən ona verildiyini, cavabdeh olan qonşusuna görə həmin evin hal-hazırda yararsız vəziyyətə düşdüyünü, mətbəx, otaqlar, balkon, koridor, tavanların pis vəziyyətdə olduğunu, iddia ərizəsinə əlavə etdiyi şəkillərdən də aydın olaraq göründüyünü, cavabdehin evindən axan suya görə evin bu vəziyyətə düşdüyünü, şəlalə kimi evə su axdığını, cavabdehin su axmasının vecinə də olmadığını, özlərinin gedib belə bir vəziyyət olduğunu dediklərini, dedikləri zaman da cavabdehin şlankın deşildiyini, onluq bir hal olmadığını qeyd etdiyini, aralarında bəzi hallarda razılaşma olduğunu, evi öz hesabına təmir etdirdiyini, lakin su axmasının dəfələrlə təkrarlandığını, sonuncu dəfə də evə su axdığını dedikdən sonra cavabdehin yoldaşının gəlib özünün yoldaşını təhqir etdiyini, polisə müraciət etdiyini, ümumiyyətlə dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etdiyini, cavabdeh tərəflə maarifləndirici söhbətlər aparıldığını, lakin nəticəsiz qaldığını, hüquq mühafizə orqanları tərəfindən məhkəməyə müraciət etməyi deyildiyi üçün də məhkəməyə müraciət etdiyini, əvvəllər həmin evdə kirayə yaşadıqlarını, kirayə yaşayanların zərəri qarşılamaq üçün cavabdehə 1 aylıq kirayə haqqını təmir xərcləri üçün verməyi təklif etdiyini, lakin cavabdehin razılaşmadığını, ümumiyyətlə cavabdeh tərəfin birgə yaşayış qaydalarına əməl etmədiyini, döşəmənin üzərində çəkiclə qoz sındırdıqlarını, uşaqların səs-küy etdiyini, cavabdehin uşaqlarının avtomobilini cızdıqlarını, özünün də çəliklə onları qovalayan zaman çəlik uşağın əlinə dəydiyi üçün cavabdehlə mübahisələri yarandığını, bu sadaladıqlarının uşaq olduqları üçün başa düşülən olduğunu, lakin evə su axmasının problemli hal olduğunu, sadəcə hər zaman qazi olmağını bəhanə etdiyini, qazi olduğu üçün hər cürə imkan yaradıldığını, lakin qazi olduğu üçün belə bir hala yol verə bilməyəcəyini, ona dəyən ziyanın ödənilməsini istədiyini, 13 yanvarda evə su axan zaman cavabdehin evdə yaşadığını, öz evlərinə gəlmədiyini, həmin məsələdən qabaq şopenlə də bağlı problem yarandığını, yoxlama barədə xəbərdarlıq edildiyini, cavabdehin vintili açıq qoyduğu üçün belə bir problem yarandığını, cavabdehin 1 həftə ərzində Mənzil İstismar İdarəsinə, İcra Hakimiyyətinə və Qaz idarəsinə özünün barəsində əsassız şikayətlər etdiyini, ona vurulan zərəri ödəməsini tələb etdiyini, özünün də dəfələrlə evinə su getməsini etiraf etdiyini, dəfələrlə onu bağışladığını, onun cavabdehlə heç bir düşmənçiliyi olmadığını, sadəcə ona vurulan zərərin qarşılanmasını istədiyini, zərəri ödəməyə imkanı olmadığını bildirdiyini, ancaq evinə plastik pəncərə qoyduğunu, rəylə razı olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında atası ilə eyni fikirdə olduğunu, evi su basan zaman koridorda kompüterini format etdiyini, son anda cihazı qoruya bildiyini, qarşı tərəfin qəsdən olmadığını, qəza olduğunu qeyd etdiyini, dediyi qaydada qəsdlə olmamış ola biləcəyini, lakin onlara görə öz evlərinə ziyan dəydiyini, qonşuya ziyan vurmamaq üçün öz tədbirlərini gördüklərini, lakin qarşı tərəfin heç bir tədbir görmədiyini, damcı-damcı su axmadığını, şəlalə kimi olduğunu, öz evlərini də su basdığını, dediyinə gör şlank partladığı üçün sanitar qovşağa su dolduğunu, ora tamamilə dolduğu üçün də öz evlərini də su basdığını, pətəkdə olan partlamanın 3 pətəkdə də olmasının mümkün olmadığını, bir ovuc su olmadığını, öz evlərinə yetərincə su axdığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında ailəsi ilə həmin evə 2020-ci ildə köçdüyünü, onlardan qabaq evdə kirayəçi qaldığını, kirayədə yaşayanların kök uşaqları olduğunu, hamamda vanna olduğunu, hər dəfə uşaq vannadan istifadə etdikdə problem yarandığını, özünün də bununla bağlı kirayəçiyə iradını bildirib qonşularla problem yaranmağını istəmədiyini bildirdiyini, 2020-ci ildə özünün ailəsi ilə o evə köçən zaman sanitar qovşağı izolyasiya üsulu ilə təmir etdirdiyini, buna görə də sanitar qovşaqdan su axmasının mümkün olmadığını, istilik pətəyinin şlankının partlamasına görə belə bir hal yaşandığını, həmin vaxt yoldaşının atasının vəfat etdiyini, özlərinin evdə olmadıqlarını, iddiaçının ona zəng edib evə su axdığını dediyini, çöldən ümumi suyu onlar gələnə kimi bağladıqlarını, lakin özləri evdən getdikləri zaman onsuz da içəridən ümumi su xəttini bağladıqlarını, ikinci dəfə də belə bir problem yaşananda suyun sanitar qovşağın qabağına axdığını, bunu iddiaçının oğlunun da gördüyünü, zərəri qarşılamaq üçün sonradan nə isə problem olmasın deyə iddiaçının usta tapmasını, özünün də emulsiya alacağını dediyini, iddiaçının da bununla razılaşdığını, usta tapmadığı üçün təmir edilmədiyini, yoldaşının iddiaçının yoldaşını təhqir etdiyini dediyini, elə bir şey yaşanmadığını, öz yoldaşının həmin vaxt onların evinə belə getmədiyini, əksinə onun yoldaşının küçə söyüşləri söydüyünü, uşaqlarla bağlı danışmağa getdiyi zaman da yoldaşının ona “xoruzlanma” dediyini, avtomobilində kamera olduğunu, kamera ilə onun uşaqlarının onun avtomobilinə etdiyini sübut etməsini, dəyən zərəri qarşılayacağını dediyini, lakin iddiaçının bunu sübut edə bilmədiyini, uşağını döydüyünü, özünün qazi olduğunu, dövlət üçün öz canından keçdiyini, bu gün iddiaçı tərəfindən böhtanlara məruz qaldığını, tərtib olunan aktların da saxta olduğunu, aktda adları qeyd edilən şəxslərin heç həmin mənzildə olmadıqlarını, 2023-cü ilin oktyabr ayında pətəyin şlankının partladığını, evin Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansında olduğunu, özünün iddianı qəbul etmədiyini, baş verənlərin özünün təqsirinə görə olmadığını, 5 ilə yaxındır ki, həmin mənzildə yaşadığını, mənzilə köçməmişdən qabaq da tam şəkildə təmir etdirdiyini, qış mövsümü ilə əlaqədar istilik xətlərinin yoxlanılması zamanı su sızması olduğunu, özünün də iddiaçı tərəfin evinə gedib məsələni yoluna qoymağa çalışdığını, özünün də o işdə işlədiyini, 10 binada 100-ə yaxın partlama olduğunu, akt tərtib edildiyini, aktda 3-cü tərəfin, yəni özünün olmadığını, pətəkdə baş verən problemi qabaqcadan görməyin mümkün olmadığını, onu görən bir cihaz da bilmədiyini, ikinci dəfə də problem yarananda eyni şəkildə evlərinə getdiyini, bütün qonşuların çöldə olduğunu, ona qarşı təhqir, nalayiq ifadələr işlətdiklərini, cavab verməmək üçün mənzilə qayıtdığını, onun uşaqları ilə bağlı dediklərinin də yalan olduğunu, uşaqlarının dərsləri ilə əlaqədar olaraq evə gec gəldiklərini, iddiaçı tərəfin dediklərinin şər-böhtan olduğunu, keçən prosesdə qazi adından istifadə etdiyini qeyd etdiyini, özünün o addan istifadə etsə onun kimi avtomobilinə əlil işarəsi vuracağını, ya da bütün idarələri gəzəcəyini, bir ovuc sudan yana belə şeylər etməyin düzgün olmadığını, özünün xəstə olduğunu, əsəbi insan olduğunu, iddiaçının qeyd etdiklərinin yalan olduğunu, özünün mənzilində heç kim olmadığını, sadəcə 2 akt tərtib edildiyini, o aktı tərtib edənlərin də onun mənzilində olmadıqlarını, partlama olduğunu, onun uşaqlarını səbəbsiz yerə döydüyünü, partdayandan sonra evlərinə getdiyini, hətta çay içdiyini, özünün xəbəri olmadan olduğunu dediyini, aktda vintilin açıq qaldığını qeyd etdiklərini, bunu necə bildiklərini bilmədiyini, çünki onun evində olmadıqlarını, o, yaşamazdan qabaq başqası yaşadığını, onlar tərəfindən dəfələrlə ziyan vurulduğunu, onların razılaşdıqlarını, indi o problemlərin üzə çıxdığını, özünün evi təmir edib yaşamağa başladığını, sanitar qovşaqda boru partladığını, ortada zərər olduğunu, ancaq yoxlama zamanı olduğunu, özünün təqsiri olmadığını, özünün də yoxlama zamanı növbətçi olduğunu, binanın qabağında durduqlarını, elan vurulduğunu, özlərinin də xəbəri olduğunu, lakin qayınatası vəfat etdiyi üçün evdə olmadıqlarını, həmin aktın sifarişlə yazıldığını, digər aktın isə sanitar qovşaqdan gələn su ilə bağlı yazıldığını, vintildən su gəldiyini, iddiaçı tərəfin mənzilinə çox az miqdarda su getdiyini, qapıya dəydiyini, dəhlizə tökülən suyun iddiaçının evinə getdiyini, özünün ziyanı ödəməyə imkanı olmadığını məhkəmə iclasında demədiyini, şikayətlər etdiyini, özünün də onunla düşmənçiliyi olmadığını, iddiaçının onun uşağını döydüyü və avtomobili saxladığı yerdə avtomobil saxladığı üçün şikayətlər etdiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində tarixi dəqiq olaraq xatırlamadığını, İddiaçı qarşı tərəfdən su axması ilə bağlı müraciət etdiyini, özlərinin də evə gedib baxdıqlarını, həqiqətən də su axdığını, Nəzər Mustafayevin evdə olmadığını, ona zəng etdiklərini, “gəlib baxaram həll edərik, emulsiya alıb verərəm düzələr” dediyini, aralarında uşaqlarla da bağlı anlaşılmazlıq olduğu üçün razılığa gələ bilmədiklərini, aktın tərtib edilmə tarixini xatırlamadığını, Cəsarət müəllim, özü və çilingər Möhsün Nağıyevin olduğunu, İddiaçı evinə baxdıqlarını, Nəzər Mustafayevin evinə isə baxmadıqlarını, su ləkələri aşkarladıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində 3 ay əvvəl Mənzil İstismar İdarəsinin müdiri olduğunu, işlədiyi dövr ərzində vətəndaşların heç birinə fərq qoymadığını, 2023-cü ildə hadisə baş verdiyini, noyabr ayında istilik verilməmişdən qabaq yoxlama aparıldığını, həmin vaxt su vurulan zaman Nəzər Mustafayevin evindən İddiaçı evinə su damdığını, özlərinin də baxış keçirdiklərini, həmin evdə olduğunu, üstdəki mənzildən su damdığını, aktı özlərinin tərtib etdiklərini, həmin an akt tərtib edilmədiyini, Nəzər Mustafayevin yasla bağlı evdə olmadığını, həm də özlərinin də başqa işləri olduğunu, mənzildə su basma olduğu gün olduqlarını, özünün yeni işə girdiyini, çox məlumatı olmadığını, əməkdaşların vintilin açıq olduğunu bildirdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində Mənzil İstismar İdarəsində çilingər işlədiyini, yoxlama aparılan zaman İddiaçı evinə su damladığını, bir dəfə də hadisənin vintil açıq qaldığı üçün olduğunu, vintil açıq qaldığı vaxt Nəzər Mustafayevin özünün olmadığını, sonra zəng etdiklərini, gəldiyini, özü ilə evə gedib baxdıqlarını, qəza baş verdiyini, Nəzərin də günahı olmadığını, ancaq nəticədə evə su damdığını, vintilin açıq qalması ilə bağlı özünün məlumat verdiyini bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 08 fevral 2002-ci il tarixli, 247 nömrəli orderin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 3 nəfərdən ibarət ailəsi ilə birlikdə Babək məhəlləsində 14 nömrəli evdə 33 nömrəli mənzildə 3cü blokda, 3-cü mərtəbədə 2 otaqdan ibarət mənzil sahəsi tutmağa ixtiyarı vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 12 oktyabr 2001-ci il tarixli, 234 nömrəli orderin surətindən görünür ki, Cavabdeh Babək məhəlləsində 14 nömrəli evdə 36 nömrəli mənzildə 3-cü blokda, 4-cü mərtəbədə 2 otaqdan ibarət mənzil sahəsi tutmağa ixtiyarı vardır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər 6 saylı Mənzil İstismar idarəsinin rəisi X2, həmin idarənin Baş mühəndisi X7, idarənin çilingər vəzifəsində X1, Naxçıvan şəhər polis idarəsinin 1 №-li Polis bölməsinin sahə inspektoru Polis kapitanı X10, Naxçıvan şəhər Babək məhəlləsi bina 14 mənzil 33-də yaşayan X6 iştirakı ilə tərtib edilmiş 09 oktyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə qış mövsümü ilə bağlı olaraq Babək məhəlləsində yerləşən binalara istilik xəttini yoxlamaq üçün su vurulmuşdur. Yoxlama zamanı bina 14 mənzil 36-da yaşayan Cavabdeh istilik pətəklərinin vintilləri açıq qaldığından alt mərtəbədə yaşayan X6 mənzilinin yataq otağı, sanitar qovşağı, mətbəxi və dəhlizinin tavanı su axması nəticədə tavanda su ləkələri ilə əhatə olunması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər 6 saylı Mənzil İstismar idarəsinin rəisi X2, həmin idarənin Baş mühəndisi X7, idarənin çilingər vəzifəsində X1, Naxçıvan şəhər Babək məhəlləsi bina 14 mənzil 33-də yaşayan X6 iştirakı ilə tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə bina 14 mənzil 33-də yaşayan vətəndaş İddiaçı Əbulfəz oğlunun yaşadığı evin mətbəxinə, sanitar qovşağına və dəhlizinə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı Əbulfəz oğlunun üst qonşusunda olan Babək məhəlləsi bina 14, mənzil 36-da yaşayan Cavabdeh evindən X6 evinə su axaraq sanitar qovşağı, mətbəxi və dəhlizinin tavan hissəsi islanaraq yararsız hala düşməsi aşkar olunmuşdur. Mülki iş üzrə İddiaçı məxsus olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə su sızmaları nəticəsində vurulan zərərin Naxçıvan şəhəri, ünvan 3 ünvanında yerləşən mənzildən vurulub-vurulmadığını müəyyən etmək məqsədilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-339/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 581 nömrəli rəyindən görünür ki, mülki iş materiallarında olan, eləcə də baxış zamanı əldə edilmiş məlumatları nəzərə alaraq, o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planı, yəni iş üzrə iddiaçıya məxsus 33 saylı mənzilin binanın 3-cü mərtəbəsində, iş üzrə cavabdehə məxsus 36 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 33 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (divar və tavan) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarında olan məlumatları nəzərə alaraq, Naxçıvan şəhəri, Babək məhəlləsində yerləşən 14 saylı binanın, 33 saylı mənzilinə, həmin mənzilin üst mərtəbəsində yerləşən 36 saylı mənzildən su axıdıldığı və nəticədə 33 saylı mənzilin tikililərinin qismən hissəsinə ziyan vurulduğu müəyyən olunmuşdur. Naxçıvan şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdəndə iş üzrə iddiaçıya məxsus 33 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyini sübut kimi qiymətləndirərək belə hesab edir ki, İddiaçı məxsus olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə su sızmaları nəticəsində vurulan zərərin Cavabdeh məxsus Naxçıvan şəhəri, ünvan 3 ünvanında yerləşən mənzildən vurulması iş materialları, işdə iştirak edən şəxslərin izahatları və məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə sübut olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Həmçinin mülki iş üzrə İddiaçı məxsus olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə su sızmaları nəticəsində vurulmuş maddi zərərin ümumi məbləğinin (təmir üçün materiallar və usta xərci daxil olmaqla) müəyyən edilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, 2(078)-339/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 oktyabr 2025-ci il tarixli, 032-10/25 nömrəli hesabatından görünür ki, baxış keçirilən mənzildə materiallara və xidmətlərə çəkiləcək xərclər yaşayış otağı, dəhliz, mətbəx, sanitar qovşağ və qapalı eyvanda tavan və divarlara vurulan alçı və boya qatının qismən qabarıb qopan hissələrinin qaşınıb təmizlənməsi yenidən alçı məhlulun çəkilməsi, üzərinə sulu boyanın vurulması (usta pulu) ümumi 250 manat; alçı üzlük 25 kq, 5 kisə, ümumi 35.00 manat; alçı sıva 25 kq, 2 kisə, ümumi 14.00 manat; gips, 1 kisə, ümumi 6.00 manat; kalekim, 1 kisə ümumi 5.00 manat; binder kley 4 litr ümumi 7.00 manat; sulu boya (emusiya) 50 litr ümumi 150.00 manat; 1 ədəd fırça ümumi 3.00 manat, digər xərclər razılaşma yolu ilə 50.00 manat olmaqla, ümumilikdə 526.00 (beş yüz iyirmi altı manat sıfır qəpik) manatdır. Məhkəmə iş üzrə qiymətləndirmə ekspertizasının rəyini sübut kimi qiymətləndirərək belə hesab edir ki, iddiaçının Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə vurulan 2000 (iki min) manat ziyanın ödənilməsinə dair iddia tələbi 526.00 (beş yüz iyirmi altı manat sıfır qəpik) manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair hissədə təmin edilməli qalan hissədə isə iddiaçı tərəfindən vurulmuş ziyan məbləğinin həqiqətən 2000 (iki min) manat olduğuna dair sübutlar məhkəməyə təqdim edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, 526.00 (beş yüz iyirmi altı manat sıfır qəpik) manat maddi zərər məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçının cavabdehdən 2000 (iki min) manat zərərin əvəzini tələb etməsinə dair iddia tələbinin 1474 (min dörd yüz yetmiş dörd) manat hissəsi isə sübuta yetirilə bilmədiyindən həmin hissədə iddia rədd edilməlidir. İddiaçının digər tələbi isə 40 (qırx) manat məbləğində ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış Cavabdeh məxsus gəlir məlumatlarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 2-ci qrup əlilliyi müəyyən edilmişdir və o, 400 manat pensiya alır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, Cavabdeh qanunla məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad edilmiş şəxs olduğundan, hazırki iddia Cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan və həmin şəxs cavabdeh olduğundan, həmçinin rüsum dövlət büdcəsinə deyil, iddiaçıya ödənilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun 10.52 (on manat əlli iki qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 80 (səksən) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 30 (otuz) manat hissəsi isə Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq “X3” MMC-nin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -526.00 (beş yüz iyirmi altı manat sıfır qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -iddia qismən təmin edilməli olduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun 10.52 (on manat əlli iki qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli; -məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 80 (səksən) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 30 (otuz) manat hissəsi isə Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli; -məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq “X3” MMC-nin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. 526.00 (beş yüz iyirmi altı manat sıfır qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı olmadığından rədd edilsin. İddia qismən təmin edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun 10.52 (on manat əlli iki qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 80 (səksən) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 30 (otuz) manat hissəsi isə Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə Cavabdeh tutularaq “X3” MMC-nin hesabına köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar