Məhkəmə qərarları › İş №2(078)-344/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-344/2024

01.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-344/2024 01.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi X4 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2na və Cavabdeh1 qarşı sağlamlığa dəymiş və ölümlə nəticələnmiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq qət etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh2na və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı Əsgərov Məmmədin ölümünə səbəb olduğuna görə cavabdehdən 15000 (on beş min) manatın və dövlət rüsuımı olaraq ödədiyim 135 manatın alınıb mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, yoldaşı Əsgərov Məmmədi 2020-ci ilin aprel ayının 30-də qonşuda işləyərkən tok vurmuşdur. Onu daxili qanaxma ilə təcili şəkildə X1 aparmışlar. Daxili qanaxma nəticəsində yoldaşının bağırsağı partlamışdır. Xəstəxanada Valid həkim onu əməliyyat eləmişdir. 10 günə yaxın xəstəxanada qalmış, sonra evə qayıtmışlar. Sonra mütəmadi olaraq yoldaşının ağrıları olurdu. Əməliyyatdan sonra Məmməddə piylənmə olmuş, şiş əmələ gəlmişdir. Hər dəfə müayinə üçün Valid həkimin yanına gedəndə deyirdi ki, yırtığı var, yoldaşın arıqlasın onu əməliyyat edəcəm. 2023-cü iyulun 4-də Məmmədin şiddətli ağrıları başlamışdır. Acil gəlmiş, təcili şəkildə onu xəstəxaya aparmışlar. Valid həkim yenə onu müayinə eləmişdir. 5 günlük antibiotik yazmışdır. Demişdir ki, indi kiloludur, əməliyyat edə bilmərəm, Məmmədin yırtığı var, kilolu olduğu üçün onu əməliyyat edə bilmərəm, dərmanlar yazmışam, onları qəbul eləsin, kilosunu atsın, 5 gündən sonra gəlsin əməliyyat edəcəm. Evə qayıtmışlar. Amma yoldaşımın ağrıları dayanmırdı. 2 gün sonra yenidən aeil ilə onu apardıq xəstəxanaya . Valid həkim yenə ağrıkəsici vurmuş və demişdir ki, mən nə edə bilərəm, kiloludur, kilosunu atmadan əməliyyat edə bilmərəm. 3-cü gün yenidən oğlu Məmmədi axşam xəstəxanaya aparmışdır. Valid həkim yenə eyni sözləri demişdir. Demişdir ki, səhər gətirərsiniz əməliyyat edərəm. Artıq Məmmədin ağrıları çox kəskinləşmişdi. Valid həkim də heç bir tədbir görmürdü. Məcbur qalıb həmin gecə yoldaşını İğdıra aparmışlar. Türkiyədə müayinə eləmişlər. Demişlər ki, bağırsağı çürüyüb. Əməliyyat olunması üçün pul lazım olduğundan Naxçıvana qayıtmışdır. Kreditə 2500 manat pul götürmüşdür. Oğlu da borc 4500 manat pul almışdır. Yoldaşının əməliyyatı üçün Türkiyəyə göndərmişlər. Sonra Məmməd əməliyyat olunmuşdur. Əməliyyatdan 2 gün sonra gecə yoldaşı öskürmüş, tikişi atmışdır. Sonra onu yenidən əməliyyata almışlar, onda ürəyi dayanıb rəhmətə getmişdir. Valid həkim 3 il ərzində yoldaşına yalnış diaqnoz qoymuş, müayinəsini düzgün şəkildə etməmişdir. Buna görə də, yoldaşını itirmişlər. Ümumi olaraq 3 il ərzində Valid həkimin yanlış müayinəsinə görə 15000 (on beş min) manat yoldaşının müayinəsinə xərc çəkmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, mərhum əri İğdır şəhərində xəstəxanada ölən zaman onlara ancaq ölümü haqqında arayış vermişlər. Həkimlər qeyd etmişlər ki, Naxçıvanda əməliyyat olandan sonra bağırsağında çürümə başlayıb və əri bu səbəbdən vəfat edib. Mərhum ərini Naxçıvan şəhərində əməliyyat edən zaman Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasında sığorta vasitəsilə əməliyyat olunsa da, həkimlərə də əlavə pul vermişdir. Həmin çəkdiyi xərclərini geri qaytarsınlar. Həyat yoldaşının ölüm səbəbi Valid həkimin səhlənkarlığı səbəbindən olmuşdur. 2-3 dəfə təcili yardımı çağırmışlar və həyat yoldaşı ağır vəziyyətdə təcili yardım xəstəxanasının acil şöbəsinə aparılmışdır. Mərhum ərini İğdır şəhərində xəstəxanaya aparan zaman çox şişmiş bir vəziyyətdə olmuşdur. Hətta orada həkim yoldaşının bağırsağının çürümüş şəklini də onlara göstərmişdir. İğdırda əməliyyat etmişlər. Naxçıvana qayıdıb bankdan 2500 manat pul götürürmüş, əməliyyatdan sonra vəziyyəti ağırlaşmışdır. Naxçıvana qayıdan zaman təzədən yolda ona oğlu zəng etmiş, ərini yenidən əməliyyat edirlər demişdir. İğdıra qayıtmışdır. Əməliyyat vaxtı əri rəhmətə getmişdir. Həyat yoldaşının son əməliyyat vaxtı oğlu orada olmuşdur. Cənazəni Naxçıvan şəhərinə gətirmişlər. Oğluna ancaq 1 xəstəxana arayışı vermişlər ki, ərinin ölümü təbii ölümlə bağlıdır. Məhkəmə baxışı iclasında Cavabdeh2 nümayəndəsi qismində izahat verən X8 bildirmişdir ki, iddianı qəbul etmir. İddia əsassızdır. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh1 bildirmişdir ki, iddia əsassızdır. Qətiyyən iddianı qəbul etmir. Çünki iddiaçının əri mərhum Məmməd kişi xx.xx.2020-ci il tarixdə elektrik vurması nəticəsində ağır vəziyyətdə xəstəxanaya gətirilmişdir. Qarın boşluğunda 3 L qan boşaldılmışdır. Çox ağır vəziyyətdə olmuşdur. Hətta mama-ginekoloq Gültəkin həkim ona zəng edərək xahiş etmişdir ki, xəstənin vəziyyəti ağırdır və maddi vəziyyətləri pisdir, ona köməklik edək. Xəstəxana rəhbərliyi ilə danışmışdır. Ona nə lazımdırsa, həkim vəzifəsindən irəli gələn hər bir yardımı etmişdir. Xəstənin sağalacağına ümid olmamış, sonra vəziyyətdən çıxmışdır. Evinə getmişdir. 2023-cü ildə yenidən iddiaçı Bahar əri Məmmədi kəskin ventral yırtıq xəstəliyi ilə xəstəxanaya gətirmişdir. Məmməd həm də Hepatit C xəstəliyi daşıyırdı. Xəstəyə və arvadına demişdir ki, vəziyyəti pisdir, çox yaxşı olar ki, ona göndəriş verək, Bakı şəhərində daha rahat şəkildə mütəxəsislər tərəfindən əməliyyat olunsun. Çünki vəziyyəti çox ağır olmuşdur. Sonra eşitmişlər ki, arvadı mərhum Məmmədi Türkiyə Respublikasının İğdır vilayətinə aparıb və orada Məmməd vəfat edib, cənazəsini bura gətiriblər. İndi qətiyyən anlaya bilmir ki, burada bir həkim kimi onun günahı nədir. Bu xəstəni başqa xəstəliklə mülicə edib, sağaldıb evinə göndərmişlər. Düz 3 ildən sonra bu şəxs İğıdr şəhərində ölübsə, onun burada günahı nədir. Heç bir həkimə ödəniş edilməyib. Həkim-ginekoloq Gültəkin xanımın xahişi ilə iddiaçının ərini sığorta vasitəsilə əməliyyat etmişlər. İddiaçı tərəfindən heç bir xərc çəkilməmişdir. Ola bilər bəlkə də özü 1-2 dərman vasitəsi ala bilər. İddiaçın həyat yoldaşı yüksək çəkili olduğu üçün onun yırtığını əməliyyat etməkdən çəkinmişdir. Ona Bakı şəhərində əməliyyat olmağı tövsiyyə etmişdir. Əgər iddiaçının əri hansı xəstəlikdən vəfat edib, nəyə görə xəstəxana epikriz verməmişdir. Nəyə görə meyidin ölümü araşdırılmamışdır. Adətən işlədiyi dövlət xəstəxanasında xəstə əməliyyat olunan zaman əgər ölürsə, o zaman meyit xəstənin yaxınlarının razılığı ilə patoloji yarılır və səbəbi bilinir. Hər bir xəstənin öz xəstəlik tarixçəsi, epikrizi olur. Nəyə görə iddiaçı bunları İğdır xəstəxanasında araşdırmadığı halda onu məhkəməyə vermişdir. Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində göstərmişdir ki, atası ağrılarından ötəri gecə vaxtı İgdir şəhərinə aparmaq məcburiyyətində qalmışdır. Səhərə qədər İgdir xəstəxanasında gözləmişdir. Səhər həkimlər atasına baxdıqdan sonra onu əməliyyat etdilər. Ancaq əməliyytadan 3-4 gün içində atasında yenə ağrılar və ağırlaşmalar yarandı. Bağırsağında tikişlərin atdığını həkimlər söylədilər və atasını yenidən əməliyyata apardılar. Həmin vaxt anası Naxçıvan şəhərinə qayıdırdı ki, bankdan xəstəxanaya ödəmək üçün pul götürsün. Özü tək qalmışdı. 4000 manata qədər xərcləri çıxdı. Atasınını meyitini yarmadılar. Elə dedilər ki. ağır idi bağırsaqları çürümüşdü. Xəstəxana başqa xəstəlik kağızları vermədilər. Atasının 3 dəfə İgdir xəstəxanasında ürəyi rahatsızlaşıb və dayanıb, yenidən həkimlərin müdaxiləsi nəticəsində vəziyyətdən çıxıb. Məhkəmənin qiymətləndirməsi: İş materiallarında əlavə edilmiş: AZ-İ 512317 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X7 ilə X9 arasında 10 fevral 2010-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Əsgərova” soyadı verilmişdir. AZ-İİ 296737 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X7 15 iyul 2023-cü il tarixdə keçici olmayan xəstəlik (təbii ölüm) səbəbindən vəfat etmişdir. Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsinin 12 yanvar 2024-cü il tarixli, 40 nömrəli arayışına əsasən, vətəndaş X7 xx.xx.2020-ci il tarixdə “Piylik və köndələn çənbər bağırsaq müsariqəsinin zədələnməsi. Daxili qanaxma” diaqnozu ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının Ümumi cərrahiyyə şöbəsinə daxil olmuşdur. Xəstə təcili olaraq cərrahi əməliyyata götürülmüşdür. Qarın boşluğu yod-spirt məhlulu ilə təmizləndikdən sonra orta kəsiklə ümumi ağrısızlaşdırma ilə qarın boşluğu açıldı. Qarın boşluğundan 3 litr qan və qan laxtası xaric oldu. Sorulma ilə təmizləndi. Piylik və köndələn çənbər bağırsaq müsariqəsində hematoma və qanaxma müəyyən edildi. Qan axan damarlar tikildi. Qarın boşluöu 4 litr izotonik məhlulla yuyuldu, quruduldu. Duqlas boşluğuna drenaj qoyuldu, yara qat-qat tikildi. Tibbi analiz nəticəsinə və epikriz raporuna əsasən, X3 mezoqastriumda nazik bağırsağa məxsus tağlar izlənir, yoğun bağırsaqlar fekolitlərlə doludur. ağciyərlər: rentgen şəkli güclənib. Xəstə beldə kəskin ağrılardan ayaqlarda keylik və hərəki məhdudluqdan, sağ ayaqda gücsüzliükdən şikayət edir. Xəstə baş ağrısından şikayət edir. Uzun müddətdir xəstədir, özünü xəstə hesab etmir. Uşaq yaşlarında bir dəfə bayılması olduğunu deyir. Nevroloji status: palpasyada bel oma nahiyəsi, paravertebral nöqtələr və vall nöqtələri ağrılıdır. Gərilmə simptomları lasseq-neri müsbətdir. Vətər refleksləri zəifdir. Huşu aydındır. Adektvatdır. Bəbəklər D=S fotoreaksiyalar normaldır. Göz almalarının hərəkəti tamdır. Burun-dodaq büküşü simmetrikdir. Dil orta xətdədir. Romberq vəziyyətində yüngül səndirləyir. Emosional labildir. EEQ nəticə- beyin dezorqanizasiya əlamətləri. Kranial KT nəticə- arxa kəllə çuxurunda sisterna maqna. G55.1 M51.1 XR. Diskogen bel-oma radikuliti. L4-L5, L5-S1 fəqərəarası geniş əsaslı disk yırıtqları. XR. Diskit. R26. Aşağı ətraflarda ağrıya bağlı hərəki funksiya pozğunluğu. Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsinin 202 nömrəli, 20 iyun 2024-cü il tarixli məktubuna əsasən, X7 xx.xx.2023-cü il tarixdə, saat 08:52 radələrində “Bağırsaq keçməməzliyinə şübhə” diaqnozu ilə xəstəxananın X10 daxil olmuşdur. Müayinələrdən keçirildi, bağırsaq imalə olundu, vena daxilinə Sol.NaCl 0,9% - 500,0, Sol.Noş-pa 2,0 vena daxilinə vuruldu və həmin gün saat 12:10 radələrində evə buraxıldı. Məhkəmə işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, izahatları, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2na və Cavabdeh1 qarşı sağlamlığa dəymiş və ölümlə nəticələnmiş ziyanın ödənilməsi tələbinə dair iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı əri Əsgərov Məmməd 15 iyul 2023-cü ildə Türkiyə Respublikasının İgdır şəhərində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədə ölümün səbəbi “təbii ölüm” kimi qeyd edilmişdir. Cavabdeh1 izahatında, İddiaçı izahatından xəstəlik epikrizindən aydın olur ki, X6 Muxtar respublikası mərkəzi Xəstəxanasında əməliyyat olunması tarixi 2020-ci ilə təsadüf edir. Əməliyyatdan sonra 3 il müddətində xəstənin yaşaması, onun sağ olduğu vaxt əməliyyatın qüsurlu keçməsi barədə hər hansı məhkəmə və hüquq-mühafizə orqanına müraciət etməməsi, 2023-cü ildə vəfat etməsinin məhz 2020-ci ildə aparılmış əməliyyatın nəticəsi kimi qiymətləndirilməsini məhkəmə əsaslı hesab etmir. Belə ki, ölümün səbəbi barədə müvafiq ekspertiza təyi təqdim edilməmiş, xəstəxanada vəfat etmiş xəstə üçün “təbii ölüm” qeydi aparılmış və bu hallar iddiaçı tərəfindən vaxtında mübahisələndirilməmişdir. İddiaçı izahatında və şahid olaraq oğlu ifadəsində mərhumun iki dəfə İgdır şəhərində əməliyyat olunmasını və sonuncu dəfə əməliyyatda ürəyinin dayanmasını bildirmişlər. Belə olan halda iddiaçının ərinin vəfatı ilə cavabdeh təşkilatın və cavabdeh həkimin hərəkətləri ilə səbəbli əlaqənin olması sübuta yetirilmədiyindən iddia əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2na və Cavabdeh1 qarşı sağlamlığa dəymiş və ölümlə nəticələnmiş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar