Məhkəmə qərarları › İş №2(078)-362/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-362/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-362/2021 29.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1128 (bir min bir yüz iyirmi səkkiz) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağaza ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 306501 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləsinin şərtlərinə görə iddiaçı tərəfindən borcalan Cavabdeh ümumi dəyəri 1863 manat məbləğində olan bir ədəd Hisense markalı televizor verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən, məbləği 12 aya bölərək hər ay üçün 155.25 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi cəmi 1863 manat ödəməyə öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini pozaraq əsas borcundan 735 manat ödəniş etmiş, qalan 1128 manat borcu ödəməmiş və istər mülki qanunvericiliyin, istərsə də alqı-satqı müqaviləsinin tələblərini kobud şəkildə pozmuşdur. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin alqı-satqı müqaviləsinə əsasən İddiaçı olan borcu 1128 (bir min bir yüz iyirmi səkkiz) manat təşkil edir. İddiaçı Azərbaycan Respublikasının mülki qanunvericiliyin müvafiq normalarına istinad edərək sonda Cavabdeh onun xeyrinə 1128 (bir min bir yüz iyirmi səkkiz) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 306501 nömrəli Alqı-satqı Müqaviləsinin 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə uyğun olaraq bu müqaviləyə görə Satıcı müqavilənin 1.1-ci bəndində göstərilən əşyanı Alıcının mülkiyyətinə verilməyi, Alıcını əşyanı qəbul edib əvəzinə müqavilənin 3.1-ci bəndində qeyd edilən pul məbləğini (qiyməti) Müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öz öhdəsinə götürür. Alqı–satqı müqaviləsinin şərtinə əsasən Cavabdeh Hisense 50N3000UVV markalı televizor verilmişdir. İddiaçı tərəfindən verilən xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 306501 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə 1863 məbləğində əsas borcundan bu günədək 735 manat ödəniş etmiş və 1128 manat əsas, 150 manat cərimə borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışa əsasən Cəfərov X2 şəhəri, Qoçüstü 4/32 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 1128 (bir min bir yüz iyirmi səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxx 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdehə bildiriş çatmadığından xx xxxx 2021-ci il tarixdə bildirişin çatdırılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil-İstismar İdarəsinə məktub göndərilmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 1128 (bir min bir yüz iyirmi səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar