Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-367/2022 28.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh X5 iştirakları ilə, İddiaçı Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin cavabdeh X8 qarşı borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti 24 fevral 2022-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X5 istifadə etdiyi qaz sərfıyyatına görə qalan 2435 (iki min dörd yüz otuz beş) manat borc pulun Naxçıvan MR Qaz İstismar Xidmətinin AZ91NAXB**********5930000AZN nömrəli hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, 06 oktyabr 2015-ci il tarixində istismarda olan smart tipli G-4 (markalı) 26009310 zavod nömrəli, 00000 m3 göstəricisi olan smart tipli qaz sayğacını fiziki şəxs Şahbuz rayon Şahbuzkənd kəndində qeydiyyatda olan X13 ilə müqavilə bağlayaraq Naxçıvan şəhəri 52-ci məhəllə 8A ünvanında yerləşən evə sayğac qoyulmuşdur. Müqavilə bağlandığı tarixdən qaz sərfiyatını istifadə etmiş, həmin zamanlarda az miqdarda ödəmələr aparmaqla 2435 (iki min dörd yüz otuz beş) manat qaz borcu yaranmışdır. Şifahi şəkildə dəfələrlə borcun ödənilməsi ilə əlaqədar abunəçi X10 bildirilsə də həmin borcla bağlı ödəmə aparmamışdır. Naxçıvan şəhər qaz istismar idarəsinin əməkdaşları, 11 fevral 2021-ci il tarixində akt tərtib edərək Naxçıvan şəhəri 52-ci məhəllə 8A istismarda olan smart tipli G-4 (markalı) 26009310 zavod nömrəli, 24548 m3 göstəricili olan smart tipli qaz sayğacı sökülərək götürülmüşdür. Şahbuz rayon Şahbuz kəndində qeydiyyatda olan X13 20.04.2021ci il tarixində ölmüş, onun ölümündən sonra vərəsəsi X6 mərhum atası X13 ölümündən sonra Naxçıvan şəhəri 52-ci məhəllə 8A ünvanında olan miras əmlakı qalmışdır. X1 yeganə vərəsəsi oğlu X7r. Mirası faktiki qəbul etməklə həmin əmlakı adına rəsmiləşdirməklə 16 avqust 2021-ci il tarixində alqı-satqı müqaviləsi əsasında X2. Hazırda mərhum X13 06 oktyabr 2015-ci il tarixində Naxçıvan şəhəri 52-ci məhəllə 8A istismarda olan smart tipli G-4 (markalı) 26009310 zavod nömrəli, 24548 m3 göstəricisi olan smart tipli qaz sayğacını fiziki şəxs müqavilə bağlanmış və həmin müqavilədən 2435 (iki min dörd yüz otuz beş) manat qazdan istifadəyə görə borcu yaranmışdır. Hazırda Naxçıvan şəhəri, 52-ci məhəllə, 8A ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisi dəyişilmiş (X1 adına olan əmlak vərəsəsi X11 tərəfindən satılmışdır) 2435 (iki min dörd yüz otuz beş) manat qaz borcunu Naxçıvan şəhər qaz istismar idarəsi tərəfindən tələb olunsa da vermədiyini bildirir və bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 28 aprel 2022-ci il tarixdə cavabdeh X12 məhkəməyə ərizə təqdim edərək ərizədə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin ona qarşı qaldırdığı borcun ödənilməsi tələbi üzrə 2435 (iki min dörd yüz otuz beş) manat borcunun olduğunu qəbul etdiyini, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının aralarında olan müqavilə əsasında X4 yaranmış borcun qaytarılmasını tələb etməsi işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halının həlli ilə bağlı cavabdehin etirafını nəzərə alaraq bildirir ki, iddiaçının borcun qaytarılmasına dair hissədə tələbi cavabdeh tərəfindən etiraf olunduğundan onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdeh X5 iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə müvafiq olaraq məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli olduğundan dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan 44.35 (qırx dörd manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -2435 (iki min dörd yüz otuz beş) manat məbləğində pul X4 tutularaq Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin hesabına (hesab no: AZ91NAXB**********5930000) ödənilməli; - X4 44.35 (qırx dörd manat otuz beş qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. 2435 (iki min dörd yüz otuz beş) manat məbləğində pul X4 tutularaq Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin hesabına (hesab no: AZ91NAXB**********5930000) ödənilsin. X4 44.35 (qırx dörd manat otuz beş qəpik) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-367/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-367/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver