Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-37/2022 21.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9137.98 (doqquz min yüz otuz yeddi manat doxsan səkkiz qəpik) AZN borcun- bundan 2688.38 (iki min altı yüz səksən səkkiz manat otuz səkkiz qəpik) AZN əsas, 1309.91 (min üç yüz doqquz manat doxsan bir qəpik) AZN faiz, 4765.73 (dörd min yeddi yüz altmış beş manat yetmiş üç qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 373.96 (üç yüz yetmiş üç manat doxsan altı qəpik) AZN faiz borcunun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilat məhkəməyə ərizə göndərərək, məhkəmə proseslərini iştirakları olmadan keçirib iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh1 arasında 03 iyun 2014-cü il tarixli, KM003T03170033S01 nömrəli kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə 29%-lə, 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verildiyini, 16 mart 2017-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləğinin konvertasiya edilməklə (1 USD = 1.50 AZN), 4288.28 (dörd min iki yüz səksən səkkiz manat iyirmi səkkiz qəpik) AZN müəyyən edildiyini, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 03 iyun 2014-cü il tarixli zaminlik müqaviləsi bağlandığını, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********516 saylı, 23 dekabr 2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlərin borcun ödənilməsi üçün heç bir tədbir görmədiklərini, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlərin həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərini, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulmasının bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bankın öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyini, 18 dekabr 2020-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcunun 9137.98 (doqquz min yüz otuz yeddi manat doxsan səkkiz qəpik) AZN təşkil etdiyini, bundan 2688.38 (iki min altı yüz səksən səkkiz manat otuz səkkiz qəpik) AZN əsas, 1309.91 (min üç yüz doqquz manat doxsan bir qəpik) AZN faiz, 4765.73 (dörd min yeddi yüz altmış beş manat yetmiş üç qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 373.96 (üç yüz yetmiş üç manat doxsan altı qəpik) AZN faiz borcunun təşkil etdiyini, bunları nəzərə alaraq, cəmi 9137.98 (doqquz min yüz otuz yeddi manat doxsan səkkiz qəpik) AZN borcun- bundan 2688.38 (iki min altı yüz səksən səkkiz manat otuz səkkiz qəpik) AZN əsas, 1309.91 (min üç yüz doqquz manat doxsan bir qəpik) AZN faiz, 4765.73 (dörd min yeddi yüz altmış beş manat yetmiş üç qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 373.96 (üç yüz yetmiş üç manat doxsan altı qəpik) AZN faiz borcunun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə baxış iclası cavabdehlərin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 03 iyun 2014-cü il tarixli, 1342/14 nömrəli Kredit Müqaviləsinə görə, kreditor borcalana 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verir. Kredit borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə verilir. Kredit 18 (on səkkiz) ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 29% dərəcəsi ilə faiz ödəyir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh1 (borcalan), Cavabdeh2 (zamin) və Cavabdeh3 (zamin) arasında bağlanmış 03 iyun 2014-cü il tarixli, ZM-1342/14 nömrəli Zaminlik Müqaviləsinə görə, bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürür. 03 iyun 2014-cü il tarixli ödəniş cədvəlinə əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 03 iyul 2014-03 noyabr 2015-ci il tarixləri aralığında 879 ABŞ dolları, 03 dekabr 2015-ci il tarixdə isə 872 ABŞ dolları olmaqla, cəmi 15815 ABŞ dolları məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinə və Zaminlik Müqaviləsinə 16 mart 2017-ci il tarixli, 2 nömrəli Əlavə Sazişlərə əsasən, kredit restrukturizasiya edilmişdir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 16 aprel 2017-16 fevral 2018-ci il tarixləri aralığında 387.05 AZN, 16 mart 2018-ci il tarixdə isə 387.1 AZN olmaqla, cəmi 4644.65 AZN məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. 05 yanvar 2021-ci il tarixli arayışa əsasən, Cavabdeh1 ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 18 dekabr 2020-ci il tarixə 2688.38 (iki min altı yüz səksən səkkiz manat otuz səkkiz qəpik) AZN əsas borc, 1309.91 (min üç yüz doqquz manat doxsan bir qəpik) AZN faiz borcu, 4765.73 (dörd min yeddi yüz altmış beş manat yetmiş üç qəpik) AZN cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 373.96 (üç yüz yetmiş üç manat doxsan altı qəpik) AZN faiz borcu, olmaqla, cəmi 9137.98 (doqquz min yüz otuz yeddi manat doxsan səkkiz qəpik) AZN borcu vardır. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 337 nömrəli, 28 yanvar 2022-ci il tarixli ekspert rəyinə əsasən, ləğv prosesində olan İddiaçı ASC ilə X4 arasında bağlanmış 16 mart 2017-ci il tarixli, 2 nömrəli əlavə sazişin şərtlərinə və hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh X1 cədvəl məlumatlarından görüldüyü kimi 05 yanvar 2021-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borcu 2618.37 (iki min altı yüz on səkkiz manat otuz yeddi qəpik) manat, faiz borcu 184.38 (bir yüz səksən dörd manat otuz səkkiz qəpik) manat, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu 366.94 (üç yüz altmış altı manat doxsan dörd qəpik) manat təşkil edir. İş materiallarında cavabdeh X4 ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 03 iyun 2014-cü il tarixli, 1342/14 nömrəli kredit müqaviləsinə və 16 mart 2017-ci il tarixli, 2 nömrəli əlavə sazişinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cavabdehə cərimə hesablamamışdır. Buna görə də, hazırki tədqiqatla cavabdeh X2 cərimə hesablanması düzgün hesab edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2618.37 (iki min altı yüz on səkkiz manat otuz yeddi qəpik) manat əsas borc, 184.38 (bir yüz səksən dörd manat otuz səkkiz qəpik) manat faiz borcu və 366.94 (üç yüz altmış altı manat doxsan dörd qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 3169.69 (üç min yüz altmış doqquz manat altmış doqquz qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı təşkilat ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış 03 iyun 2014-cü il tarixli, 1342/14 nömrəli Kredit Müqaviləsinə görə, kreditor borcalana 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verir. Kredit borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə verilir. Kredit 18 (on səkkiz) ay müddətinə verilir. Kreditin istifadəsinə görə borcalan kreditora illik 29% dərəcəsi ilə faiz ödəyir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh1 (borcalan), Cavabdeh2 (zamin) və Cavabdeh3 (zamin) arasında bağlanmış 03 iyun 2014-cü il tarixli, ZM-1342/14 nömrəli Zaminlik Müqaviləsinə görə, bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürür. Kredit Müqaviləsinə və Zaminlik Müqaviləsinə 16 mart 2017-ci il tarixli, 2 nömrəli Əlavə Sazişlərə əsasən, kredit restrukturizasiya edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 337 nömrəli, 28 yanvar 2022-ci il tarixli ekspert rəyinə əsasən, ləğv prosesində olan İddiaçı ASC ilə X4 arasında bağlanmış 16 mart 2017-ci il tarixli, 2 nömrəli əlavə sazişin şərtlərinə və hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh X1 cədvəl məlumatlarından görüldüyü kimi 05 yanvar 2021-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) əsas borcu 2618.37 (iki min altı yüz on səkkiz manat otuz yeddi qəpik) manat, faiz borcu 184.38 (bir yüz səksən dörd manat otuz səkkiz qəpik) manat, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu 366.94 (üç yüz altmış altı manat doxsan dörd qəpik) manat təşkil edir. İş materiallarında cavabdeh X4 ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış 03 iyun 2014-cü il tarixli, 1342/14 nömrəli kredit müqaviləsinə və 16 mart 2017-ci il tarixli, 2 nömrəli əlavə sazişinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cavabdehə cərimə hesablamamışdır. Buna görə də, hazırki tədqiqatla cavabdeh X2 cərimə hesablanması düzgün hesab edilmir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklər iş üzrə cavabdeh tərəfindən icra edilməməklə, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti kredit müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmaqla, iş üzrə cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuşdur. Məhkəmə həmçinin ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 471-ci maddəsinə əsasən, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2618.37 (iki min altı yüz on səkkiz manat otuz yeddi qəpik) manat əsas borc, 184.38 (bir yüz səksən dörd manat otuz səkkiz qəpik) manat faiz borcu və 366.94 (üç yüz altmış altı manat doxsan dörd qəpik) manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 3169.69 (üç min yüz altmış doqquz manat altmış doqquz qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-37/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-37/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver