Məhkəmə qərarları › İş №2(078)-372/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(078)-372/2021

02.03.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Naxçıvan şəhəri İş № 2(078)-372/2021 02.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı X1nın Borclu qarşı aliment tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: X1 Borclu qarşı aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2016-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu aylıq əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq onun xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, Borclu ilə xx xxxx 2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onalrın nikahlarından xx xxxxxxx 2016-cı il təvəllüdlü X7 və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X8 adlı iki övladı dünyaya gəlmişdir. Tələbkar ərizəsində ailə qurduqları bu müddət ərzində Orxanın bir ailə başçısı kimi heç vaxt ailəsini, övladıarını düşünmədiyini, hal-hazırda Orxanın Şərur rayonu, Dəmirçi kəndi yaxınlığında yerləşən hərbi hissədə işlədiyini, 2020-ci ilin mart ayından ki, evi tərk edərək getdiyini, 2-3 aydan bir gəlib, 15-20 dəqiqə qalıb, xidmət etdiyi hərbi hissəyə qayıtdığını, Orxanın doqquz aydan artıqdır ki, evə pul göndərmədiyii, uşaqların saxlanılmasında ona hər hansı formada dəstək olmadığını, anasının və yaxın qohumlarının köməkliyi sayəsində təlabatlarını qarşılamağa çalışdığını, ailə başçısı kimi üzərinə düşən vəzifələri yerinə yetirmədiyini, özünün də Orxanın bu cür rəftarı ilə razılaşa bilmədiyini, özünün uşaqlar balaca olduğundan heç bir yerdə işləmədiyini, uşaqların təlabatlarının qarşılanmasında çətinlik çəkdiyiniborclunun isə Şərur rayon Dəmirçi kənd yaxınlığında yerləşən N saylı hərbi hissədə MAXE işlədiyini və yüksək məbləğdə əmək haqqı aldığını bildirən tələbkar G.Məmmədli xx xxxxxxx 2016-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu aylıq əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq onun xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən xx xxxx 2017-ci il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 067923 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu ilə Alcəfərova (Məmmədli) Gülnar Kamil qızı arasında xx xxxx 2015-ci il tarixdə nikah bağlanmış və bu barədə 91 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 749591 nömrəli və xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ- İV seriyalı 625472 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Borclu ilə X2 xx xxxxxxx 2016-cı il təvəllüdlü X7 və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X8 adlı övladları vardır. Məhkəmə belə hesab edir ki, Borclu aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi aliment qismində xx xxxxxxx 2016-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinin əsasən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İş materialları ilə məhkəmə əmrinin çıxarılması barədə ərizənin xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olduğu aydın olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 275-276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, ə m r e t d i m: xx.xx.1992-ci il tarixdə Tərtər rayon Qaradağlı kəndində doğulmuş, hazırda Tərtər rayon Qaradağlı kəndində qeydiyyatda olan Borclu xx xxxx 2021-ci il tarixdən hesablanmaqla qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutularaq xx xxxxxxx 2016-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.1996-cı il tarixdə Babək rayon Payız kəndində doğulmuş, hazırda Babək rayon Payız kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri Əcəmi 4/25 ünvanında yaşayan X1nın xeyrinə ödənilsin. Məhkəmə əmri dərhal icra olunsun. Borclu 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar