Məhkəmə qərarları › İş №2(078)-383/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-383/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-383/2022 05.04.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan MR Diaqnostika Mərkəzinə qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan MR Diaqnostika Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sağlamlığına vurulmuş ziyana görə cavabdehdən 3500 (üç min beş yüz) manat pul vəsaitinin alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 05 aprel 2022-ci il tarixdə saat 12:00-a təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı məhkəmənin ünvanına 18 mart 2022-ci il tarixdə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh Naxçıvan MR Diaqnostika Mərkəzinə qarşı sağlamlığa dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar