Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-388/2021 14.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Quliyev Vətən Hüseyn oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı təşkilat “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli İK 0308/08 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 651.41 (altı yüz əlli bir manat qırx bir qəpik) manat gecikdirilmiş faiz borcu, 1746.93 (bir min yeddi yüz qırx altı manat doxsan üç qəpik) manat gecikdirilmiş əsas borc olmaqla ümumilikdə 2398.34 (iki min üç yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat kredit borcunun və ərizənin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun birgə qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçı təşkilatın nümayəndəsi X2 iddianı müdafiə edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı təşkilatla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, İK 0308/08 saylı İstehlak kredit müqaviləsi üzrə illik 17 faiz dərəcəsi ilə 24 ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit vermişdir. Qeyd edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə bağlanmış, İK 0308/08 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 ilə xx xxxxxx 2018-ci il tarixli ZM0308/08 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan tərəfindən kredit ödənişini ödəniş qrafikinə uyğun həyata keçirmədiyindən xx xxxxxx 2021ci il tarixdə kredit reyestrində Cavabdeh1 adına 675 gecikmə gününün qeydə alındığını, borcun ödənilməsi ilə bağlı Bank tərəfindən dəfələrlə borcalana və zaminlərə xəbərdarlıq edildiyini, lakin onların borc ödənişini həyata keçirmədiyini bildirən təşkilatın nümayəndəsi qeyd eymişdir ki, bunun da nəticəsi olaraq Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixli İK0308/08 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2021-ci il tarixə 651.41 (altı yüz əlli bir manat qırx bir qəpik) manat gecikdirilmiş faiz borcu, 1746.93 (bir min yeddi yüz qırx altı manat doxsan üç qəpik) manat gecikdirilmiş əsas borc olmaqla ümumilikdə 2398.34 (iki min üç yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı təşkilatın nümayəndəsi P.İsmayılov sonda qeyd olunanların, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının nəzərə alınaraq iddianın təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli İK 0308/08 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 651.41 (altı yüz əlli bir manat qırx bir qəpik) manat gecikdirilmiş faiz borcu, 1746.93 (bir min yeddi yüz qırx altı manat doxsan üç qəpik) manat gecikdirilmiş əsas borc olmaqla ümumilikdə 2398.34 (iki min üç yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat kredit borcunun və ərizənin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun birgə qaydada tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh2 iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında həqiqətən Cavabdeh1 ilə iddiaçı təşkilat arasında xx xxxxxx 2018-ci il tarixdə İK 0308/08 saylı istahlak kredit müqaviləsi imzalandığını, Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi onunla Bank arasında xx xxxxxx 2018-ci il tarixli ZM0308/08 saylı Zaminlik müqaviləsi bağlandığını, Niyazın müqavilə üzrə tərəflərin bir sıra öhdəliklər götürdüyünü, sonradan onun tərəfindən ödəmələrin gecikdirildiyini, lakin cavabdehi nə qədər axtarsa da tapa bilmədiyini, özünün maddi vəziyyətinin yaxşı olmadığını, cavabdehin ödəniş aparmadığı barədə Bank ona məlumat verdikdən sonra bildiyini, sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin və Cavabdeh2 izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki işin materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixdə bağlanmış İK 0308/08 nömrəli İstehlak krediti müqaviləsinin surətindən görünür ki, həqiqətən “xxxx” ASC ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin əsasən bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X7 müavini (sonradan Bank adlandırılacaq) X5 şəxsində, digər tərəfdən ünvan 1 ünvanında yaşayan vətəndaş Cavabdeh1 (sonradan Borcalan adlandırılacaq) şəxsində tam razılıq əsasında Naxçıvan şəhərində bu Müqaviləni bağlamışdırlar. Müqavilənin 1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 24 ay müddətinə 2500 AZN məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit məbləği borcalana illik 17 % dərəcəsi ilə verilir. Faizlər annuitet qaydasında hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 18.4 %-dir. Müqavilənin 2.4-cü bəndinə əsasən kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən (bu tarix daxil edilir) başlayır və bu borcun qaytarılması tarixində (bu tarix daxil edilmir) qurtarır. Faizlərin ödənilməsi kreditin qaytarılması ilə birlikdə hər ay həyata keçirilir. Ödənişlər müəyyən dövrlər üzrə həyata keçirildiyi halda faizlərin ödənilməsi tarixi ödəniş aparılan dövrə daxil edilmir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli İK 0308/08 nömrəli kredit müqaviləsinə əlavənin surətindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixdə bağlanmış ZM 0308/08 nömrəli Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə “xxxx” ASC ilə Cavabdeh2 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinin şərtinə əsasən Zamin xx.xx.2018-ci il tarixdə bağlanmış İK 0308/08 nömrəli İstehlak krediti müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür. Cavabdeh1 və Cavabdeh2 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə 02/884 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclular kredit müqaviləsinin şərtlərini yerinə yetirməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, xx.xx.2018-ci il tarixdə bağlanmış İK 0308/08 nömrəli İstehlak krediti müqaviləsi üzrə Cavabdeh1 həmin tarixə Banka 651.41 (altı yüz əlli bir manat qırx bir qəpik) manat gecikdirilmiş faiz borcu, 1746.93 (bir min yeddi yüz qırx altı manat doxsan üç qəpik) manat gecikdirilmiş əsas borc olmaqla ümumilikdə 2398.34 (iki min üç yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş Naxçıvan ŞPİ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsininin surətinə əsasən Quliyev X4 şəhəri, Çənlibel, 1/8 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Babək RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsininin surətinə əsasən Cavabdeh2 Babək rayon Kərimbəyli kəndində qeydiyyatdadır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddiası təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx xxxxxx 2018-ci il tarixli İK 0308/08 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 651.41 (altı yüz əlli bir manat qırx bir qəpik) manat gecikdirilmiş faiz borcu, 1746.93 (bir min yeddi yüz qırx altı manat doxsan üç qəpik) manat gecikdirilmiş əsas borc olmaqla ümumilikdə 2398.34 (iki min üç yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat kredit borcu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı “xxxx” ASC tərəfindən iddia qaldırılması üçün xx xxxx 2021-ci il tarixdə 14 nömrəli ödəniş tapşırığı əsasında ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx xxxxxx 2018-ci il tarixli İK 0308/08 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan 651.41 (altı yüz əlli bir manat qırx bir qəpik) manat gecikdirilmiş faiz borcu, 1746.93 (bir min yeddi yüz qırx altı manat doxsan üç qəpik) manat gecikdirilmiş əsas borc olmaqla ümumilikdə 2398.34 (iki min üç yüz doxsan səkkiz manat otuz dörd qəpik) manat kredit borcu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı “xxxx” ASC tərəfindən iddia qaldırılması üçün xx xxxx 2021-ci il tarixdə 14 nömrəli ödəniş tapşırığı əsasında ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-388/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-388/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver