Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-39/2020 01.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İş № 2(078)-39/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, mütəxəssis X2 iştirakı ilə iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan şəhərində, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 256292-1-31731 saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə banka borclu olduğu 4711.37 (dörd min yeddi yüz on bir manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 472.09 (dörd yüz yetmiş iki manat doqquz qəpik) manat məbləğində faiz borcu, 373.50 (üç yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5556.96 (beş min beş yüz əlli altı manat doxsan altı qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasına gəlməmiş, lakin iddiaçı təşkilat məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbində heç bir dəyişiklik olmadığını, iddianı müdafiə etdiklərini, bu səbəbdən ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli, 256292-1-31731 saylı Kredit Müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 faiz hesablanması şərtilə 36 ay müddətinə 5000 AZN məbləğində kredit verildiyini, tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdehə dəfələrlə xəbərdarlıq edildiyini, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilmədiyini, öhdəliklərin lazımınca icra edilmədiyini, bunları nəzərə alaraq, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 256292-1-31731 saylı Kredit Müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə banka borclu olduğu 4711.37 (dörd min yeddi yüz on bir manat otuz yeddi qəpik) manat məbləğində əsas borc, 472.09 (dörd yüz yetmiş iki manat doqquz qəpik) manat məbləğində faiz borcu, 373.50 (üç yüz yetmiş üç manat əlli qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5556.96 (beş min beş yüz əlli altı manat doxsan altı qəpik) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclaslarına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında mütəxəssis qismində izahat verən X4, mülki iş üzrə cərimə borcunun hesablanması ilə bağlı X7 MR İdarəsinə təqdim edilən sənədlərə İdarənin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət şöbəsi tərəfindən baxıldığını, təqdim olunmuş sənədlərdə vaxtı keçmiş əsas borc üzrə hesablanmış cərimə faizi üzrə hesabdan və cari hesabdan çıxarış olmadığından cərimə faizini hesablamağın mümkün olmadığını bildirdi. İş materiallarına əlavə olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 256292-1-31731 nömrəli Nağd pul krediti Müqaviləsinə əsasən, bank müştəriyə 36 ay müddətinə illik 22% olmaqla, 5000 (beş min) manat məbləğində kredit verir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-xx.xx.2021-ci il tarixləri aralığında 192.05 manat, xx.xx.2021-ci il tarixdə isə 139.30 manat olmaqla, cəmi 6861.05 manat ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 256292-1-31731 saylı, xx xxxxxx 2018-ci il tarixli Nağd pul krediti Müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixə əsas borcu, mükafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış dəbbə pulu məbləği aşağıdakılardan ibarətdir: Əsas borc- 4711.37 AZN; Faiz borcu- 472.09 AZN; Cərimə borcu- 373.50 AZN; Cəmi məbləğ- 5556.96 AZN. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx xxxxxx 2018-ci il tarixli, 256292-1-31731 nömrəli Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı ASC-yə xx xxxxxx 2019-cu il tarixə (arayışın verilmə tarixinə) əsas borcu 4685.53 (dörd min altı yüz səksən beş manat əlli üç qəpik) manat, faiz borcu 440.96 (dörd yüz qırx manat doxsan altı qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2765 nömrəli, xx xxxxxx 2020-ci il tarixli tarixli ekspert rəyinə əsasən, hesabdan çıxarış və xx xxxxxx 2018-ci il tarixli, 256292-1-31731 nömrəli Nağd pul krediti Müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh banka xx xxxxxx 2019-cu il tarixə (arayışın verilmə tarixinə) əsas borcu 4685.53 (dörd min altı yüz səksən beş manat əlli üç qəpik) manat, faiz borcu 440.96 (dörd yüz qırx manat doxsan altı qəpik) manat olmaqla, cəmi borcu 5126.49 (beş min yüz iyirmi altı manat qırx doqquz qəpik) manat təşkil edir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 4685.53 (dörd min altı yüz səksən beş manat əlli üç qəpik) manat məbləğində əsas borc və 440.96 (dörd yüz qırx manat doxsan altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5126.49 (beş min yüz iyirmi altı manat qırx doqquz qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 256292-1-31731 nömrəli Nağd pul krediti Müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, həmin müqavilədə müəyyən edilmiş 5000 (beş min) manat pul məbləğini kreditdən istifadəyə görə illik 22% ödəmək şərti ilə 36 ay müddətinə iddiaçı təşkilat cavabdehin sərəncamına verməyi, borcalan isə götürdüyü məbləği, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri borcverənə ödəməyi öhdələrinə götürmüşlər. Həmçinin Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən, Cavabdeh İddiaçı ASC-yə xx xxxxxx 2019-cu il tarixə (arayışın verilmə tarixinə) əsas borcu 4685.53 (dörd min altı yüz səksən beş manat əlli üç qəpik) manat, faiz borcu 440.96 (dörd yüz qırx manat doxsan altı qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2765 nömrəli, xx xxxxxx 2020-ci il tarixli tarixli ekspert rəyinə əsasən, Cavabdeh banka xx xxxxxx 2019-cu il tarixə (arayışın verilmə tarixinə) əsas borcu 4685.53 (dörd min altı yüz səksən beş manat əlli üç qəpik) manat, faiz borcu 440.96 (dörd yüz qırx manat doxsan altı qəpik) manat olmaqla, cəmi borcu 5126.49 (beş min yüz iyirmi altı manat qırx doqquz qəpik) manat təşkil edir. İddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçı təşkilatın müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduğu krediti faizləri ilə birlikdə qaytarmaq öhdəliyini lazımınca icra etməmiş və yuxarıda müəyyən olunan müvafiq borc məbləği yaranmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar üzrə dəyərləndirmə aparaq qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmış və borclu müqavilədən irəli gələn öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə iddiaçı təşkilat haqlı olaraq məhkəməyə müraciət etmişdir. Bu öhdəliyin predmetini pul təşkil etdiyinə görə həmin öhdəliyin obyektini borclunun pul verilməsinə yönələn hərəkəti təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə bank qarşısında öhdəliyin icra edilməməsi, yəni müəyyən edilmiş məbləği vaxtında qaytarmaması nəticəsində öhdəliyin şərtləri pozulmuşdur. Eyni zamanda iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti 20 may və xx xxxxxxx 2020-ci il tarixlərdə vəsatətlə məhkəməyə müraciət edərək, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 15/20 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2765 nömrəli ekspert rəylərinin sübutlar siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə vəsatətə qiymət verərək belə nəticəyə gəlir ki, vəsatətin təmini əsası yoxdur. Belə ki, istər Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə, istərsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2765 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə əsas borc 4685.53 (dörd min altı yüz səksən beş manat əlli üç qəpik) manat, faiz borcu 440.96 (dörd yüz qırx manat doxsan altı qəpik) manat olmaqla, cəmi borc 5126.49 (beş min yüz iyirmi altı manat qırx doqquz qəpik) manat təşkil edir. Məhkəmə ekspert rəylərini sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, ekspert rəylərində təqdim olunmuş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən cərimə pulu hesablanmaması qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında deyilir: Mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MMin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırki işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan MM-in 449.1-ci maddəsinə əsasən, faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4685.53 (dörd min altı yüz səksən beş manat əlli üç qəpik) manat məbləğində əsas borc və 440.96 (dörd yüz qırx manat doxsan altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5126.49 (beş min yüz iyirmi altı manat qırx doqquz qəpik) manat məbləğində pul və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-39/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-39/2020
01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver