Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-39/2021 19.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4121.77 (dörd min bir yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat əsas, 436.17 (dörd yüz otuz altı manat on yeddi qəpik) manat faiz, cəmi 4557.94 (dörd min beş yüz əlli yeddi manat doxsan dörd qəpik) manat borc, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilatın nümayəndəsi C.Cavadov tərəfindən məhkəmənin ünvanına tələbin artırılması barədə xx.xx.2021-ci il tarixli ərizə göndərmiş və sözügedən ərizə xx xxxx 2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçı təşkilat ərizədə iddia tələbinin həcminin artırılması zərurəti yarandığını, buna görə də tələbə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4121.77 (dörd min bir yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat əsas, 986.55 (doqquz yüz səksən altı manat əlli beş qəpik) manat faiz, cəmi 5108.32 (beş min bir yüz səkkiz manat otuz iki qəpik) manat borc, həmçinin ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması tələbi çərçivəsində baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə “İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4121.77 (dörd min bir yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat əsas, 986.55 (doqquz yüz səksən altı manat əlli beş qəpik) manat faiz, cəmi 5108.32 (beş min bir yüz səkkiz manat otuz iki qəpik) manat borc, həmçinin ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. İddiaçı təşkilat İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün nağd şəkildə istifadə olunmaqla 36 ay müddətinə 4700 manat məbləğində kredit verilmiş, cavabdeh Müqaviləyə kreditin qaytarılma qrafiki (ödəniş cədvəli) ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüş, ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay hissələrlə Banka ödənilməli olsa da, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuşdur. Ərizədə qeyd edilmişdir ki, cavabdehin Banka 4121.77 (dörd min bir yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat əsas, 436.17 (dörd yüz otuz altı manat on yeddi qəpik) manat faiz, cəmi 4557.94 (dörd min beş yüz əlli yeddi manat doxsan dörd qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı təşkilat sonda qanunvericilin müvafiq normalarına istinad edərək qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4121.77 (dörd min bir yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat əsas, 986.55 (doqquz yüz səksən altı manat əlli beş qəpik) manat faiz, cəmi 5108.32 (beş min bir yüz səkkiz manat otuz iki qəpik) manat borc, həmçinin ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı təşkilata rəsmi qaydada məlumat verilməsinə baxmayaraq təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Mülki işin materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixdə bağlanmış ******* nömrəli Kredit müqaviləsindən görünür ki, həqiqətən İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin şərtinə əsasən Borc verən Borc alana istehlak məqsədi ilə 36 ay müddətinə (xx.xx.2022-ci ilədək) illik 23 % dərəcəsi ilə hesablanmaqla 4700 (dörd min yeddi yüz) manat məbləğində kredit vermiş, kredit üzrə illik faiz dərəcəsi (FİFD) 23 % təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinin surətindən müəyyən edilir ki, tərəflər ******* saylı Kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarında olan İddiaçı ASC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə Banka əsas borc üzrə xx.xx.2019-cu il tarixli ******* saylı Kredit müqaviləsi üzrə 4121.77 (dörd min bir yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat əsas, 436.17 (dörd yüz otuz altı manat on yeddi qəpik) manat faiz, cəmi 4557.94 (dörd min beş yüz əlli yeddi manat doxsan dörd qəpik) manat borcu mövcuddur. Cavabdeh Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə xx/xx-1715 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsinin şərtləri yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş ASAN 1 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Əliyev X2 şəhəri, 20 Yanvar, döngə 2, ev 4 ünvanında qeydiyyatdadır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımnca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(078)-744/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, eksertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış, Mərkəzin xx xxxxxx 2021-ci il tarixli 15 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli ******* saylı Kredit müqaviləsinin şərtinə əsasən Cavabdeh iddiaçı təşkilata xx.xx.2020-ci il tarixə (maliyyə arayışının verilmə tarixi) kredit üzrə 4009.14 manat əsas, 529.44 manat faiz borcu olduğu müəyyən edilmişdir. Lakin iddiaçı təşkilat məhkəmənin ünvanına xx.xx.2021-ci il tarixli ərizə göndərmiş və sözügedən ərizə xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı təşkilat ərizədə iddia tələbinin həcminin artırılması zərurəti yarandığını, buna görə də tələbə “İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4121.77 (dörd min bir yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat əsas, 986.55 (doqquz yüz səksən altı manat əlli beş qəpik) manat faiz, cəmi 5108.32 (beş min bir yüz səkkiz manat otuz iki qəpik) manat borc, həmçinin ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması tələbi” çərçivəsində baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq iddia tələbinə “İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4121.77 (dörd min bir yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat əsas, 986.55 (doqquz yüz səksən altı manat əlli beş qəpik) manat faiz, cəmi 5108.32 (beş min bir yüz səkkiz manat otuz iki qəpik) manat borc, həmçinin ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun alınması tələbinə dair iddiası təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməli, Cavabdeh 4121.77 (dörd min bir yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat əsas, 986.55 (doqquz yüz səksən altı manat əlli beş qəpik) manat faiz, cəmi 5108.32 (beş min bir yüz səkkiz manat otuz iki qəpik) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsin. Cavabdeh 4121.77 (dörd min bir yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat əsas, 986.55 (doqquz yüz səksən altı manat əlli beş qəpik) manat faiz, cəmi 5108.32 (beş min bir yüz səkkiz manat otuz iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 30.4 (otuz manat qırx qəpik) manat Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-39/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-39/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver