Məhkəmə qərarları › İş №2(078)-39/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-39/2025

06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-39/2025 06.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı X4, iddiaçının vəkili Vəkil1 və Cavabdeh2 və Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı X4, cavabdeh-təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı sağlamlığa vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X7 cavabdeh-təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 müalicə xərclərinin qarşılanması məqsədilə cavabdehlərdən 70000 (yetmiş min) manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və vəkili iddia tələbini onunla əsaslandırmışlar ki, X7 fərdi yaşayış evində tikinti işləri aparan zaman 2023-cü ilin avqust ayının 2-də X22un işçilərinin səhlənkarlığı nəticəsində baş vermiş qəza nəticəsində sağlamlığından məhrum olmuşdur. Belə ki, X17 zavodundan gətirilən beton məmulatını boşaltdıqdan sonra yenidən beton məmulatına ehtiyac olduğu üçün yenidən sifariş verilmiş, o isə gec gəldiyi üçün pompada qalan beton məmulatı bərkimiş, Rəşad adlı zavodun işçisi səlahiyyəti olmadığı halda (çünki o yaxıcı vəzifəsini icra edirdi əslində həmin işi Elməddin adlı şəxs icra etməli idi) pompanı işə salmağa cəhd edərkən iddiaçının ona pompada hava qaldığını onu aşağı endirməsini və havanı çıxarmasını təklif etməsinə baxmayaraq Rəşadın öz əməlini davam etdirməsi nəticəsində partlayış baş vermiş, həmin an pompanın üzərindəki təqribən 3000-4000 kiloqram çəkisi olan beton borusunun iddiaçıya vurduğu zərbənin təsirindən binanın kənarına çırpılaraq ağır xəsarət almışdır. İddiaçı yalnız özünün təcili yardım çağırılmasını təklif etdiyini xatırlayır. Bundan sonra nə baş verdiyi artıq ona məlum deyil, çünki o yalnız Bakı şəhərində Medical Plaza klinikasında gözlərini açmışdır. Orada olan zaman Rəşad adlı şəxs ona 600 (altı yüz) manat maddi yardım etmişdir. İddiaçının atası X17 zavoduna gedərək oğlunun vəziyyəti barədə onlara bildirdikdə müdiriyyət tərəfindən bunun işçilərin səhlənkarlığı olduğu bildirilib 5000 (beş min) manat miqdarında maddi yardım edilmişdir. Halbuki iddiaçının müalicə xərcləri 70 000 (yetmiş min) manat civarında olmuşdur. Çünki ona baş beyin silkələnməsi, sağda parietal nahiyədə dərialtı hematoma, servikal spinal travma C7 vertebra korpusunda yüksəklik azalması və partlama qırığı, C7 vertebra korpusu posterior konturu spinal kanala doğru yerdəyişmiş olub spinal korda kompresiyası C7 vertebra transfers çıxıntısında və posterior strukturlarında parçalı yerdəyişmiş sınıq xətti C6 D1 D2 və D3 vertebra korpuslarında sümük iliyi ödemi, ön yanaşma ilə C7 korpektomiya, məsafəyə genişlənən “expondoble keyc” taxılması, plak vida ilə stabilləşdirmə əməliyyatından sonrakı vəziyyət, sağ humerus baş və boyunda çox sayda parçalı yerdəyişmiş sınıq xətti, sağda femur orta hissəsində parçalı yerdəyişmiş sınıq xətti, sol mil və dirsək sümüyünün distal sınığı diaqnozu qoyulmuşdur. Bu isə çox bahalı əməliyyatlar deməkdir. Bu barədə müvafiq qəbz və çıxarışlar da vardır. İddiaçı hazırda əlil arabasına məhkum vəziyyətdə yaşayır. Hərəkət edə bilmir yalnız kiminsə dəstəyilə hərəkət edə bilir. Sağlamlığını bərpa etmək üçün iddiaçının maddi vəsaitə ehtiyacı var. Cavabdehlər isə bu xərci qarşılamaq istəmədiklərindən iddiaçı mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkmə iclasında izahat verən iddiaçı X7 izahatında iddia ərizəsində hər şeyi qeyd etdiyini, iddiasını müdafiə etdiyini, hər şey iş materiallarında olduğunu, onun hazırda 1-ci qrup əlil olduğunu, beldən aşağı sağlamlığını itirdiyini, bunun da səbəbkarı cavabdeh şəxslər olduğunu, o fiziki şəxsin evində işlədiyini, həmin evin sahibi X11 olduğunu, hadisə zamanı orada olmadığı üçün onu cavabdeh kimi qoymadığını, Cavabdeh2 və Cavabdeh3 “X22” un işçiləri olduğunu, bu hadisəyə görə ona maddi yardım etmədiklərini, ona Elməddinin 500 manat pul verdiyini, onu da özünə qaytardığını, "xxxx"ın rəhbərliyinin yıxılandan 2 ay sonra ona 3000 manat pul göndərdiyini, 3 ay huşsuz halda Bakı şəhərində xəstəxanadan reanimasiyada yatdığını, əslində Rəşadın yaxıçı olduğunu, pompaçı olmadığını, Elməddin bu işlərə baxdığını, ev sahibi belə heç maraqlanmadığını, 10 gündür ki, işlədiyini, yalnız qəlib qurub beton tökəcəyini, onla birlikdə 3 işçi olduqlarını, dəmir qurulub beton töküləcəyini, ev sahibindən pulu alıb çıxacağını, iş bitdikdən sonra pulu alacağını, ev sahibi ilə işin 1 kvadrat metrini 10 manata danışdığını, onun beton tökəndə arada 30 dəqiqə fasilə olduğunu, Rəşada “istidir pompada problem var düzəlt” dediyini, Rəşadın baş qoşmadığını, məsuliyyətsizlik etdiyini, onun elə 2-ci dəfə deyən zaman pompanın partladığını, partlayış zərbəsindən onun 2-ci mərtəbədən aşağı düşdüyünü, xəstəxana müddətində atası "xxxx"a gedib şikayət etdiyini, atasına 2000 manat pul verdiklərini və işçilərin günahıdır dediklərini, ümumilikdə şirkətin atasına 5000 manat pul verdiyini, indiyə qədər 55.000-60.000 manat xərc çəkdiyini, əlil arabasına məhkum olunduğunu, əməliyyata çoxlu miqdarda pul lazım olduğunu, 1-ci qrup əlil olduğunu, onunla heç kimin danışmadığını, razılığa gəlmədiyini, onun indiyə kimi 60000 manat xərc çəkdiyini, Türkiyə Respublikasında müalicəsinə xeyli miqdar pul lazım olduğunu, X3 prokuroruluq işçiləri ondan izahat alan zaman nə dediyini xatırlamadığını, sonra özünün yıxılmasının dediyini öyrəndiyini, həmin vaxt özündə olmadığını, bu gün vəzifəsi olmayan adamın onu yıxdığını, hər bir cavabdehdən 3000 manat pulu qəbul etmədiyini, onun xeyli miqdarda vəsaitə ehtiyacı olduğunu, günahkar şəxslərin onun sağlamlığına vurulan zərəri ödəməli olduğunu bildirmiş və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili Vəkil1 izahatında iddiasını yazılı bildirdiyini, hər şey ortada olduğunu, iddiaçının hazırda sağlamlığının 70%-ni itirdiyini, Röyal xəstəxanada olan zaman gəlib iddiaçının ifadəsini aldıqlarını, həmçinin xəstəxananın həkimi Şahid5 Röyal Bakıya gedəndə onu müşayiət etdiyini, hətta Röyala bildirilib ki, izahat verəndə deyərsən ki, “özüm yıxılmışam”, bəs xəstəxana niyə hüquq mühafizə orqanlarına müraciət etmədiyini, müəmmalı məsələ olduğunu, müvafiq orqanda necə izahat götürüldüyünü, koma vəziyyətində olan şəxsdən necə izahat alındığını, vəkil olaraq ona müəammalı olduğunu, ümümiyyətlə araşdırma aparılmadığını, bunun bariz bir hal olduğunu bildirmiş və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı izahat verən Cavabdeh2 və Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 izahatında cavabdehlər bu hadisədə onların heç bir təqsiri olmamasını qeyd etdiyini, iddianı rədd etdiklərini, ayrıca olaraq hadisədən sonra iddiaçıya 5000 manat pul verdiklərini, bunu kömək məqsədilə bədbəxt hadisə kimi etdiklərini, heç bir sənədləşmə olmadığını, bunu sorğu verilən adiyyatı qurumların da məktubundan göründüyünü, şifahi podrat müqaviləsinin cavabdehlər Elməddin və Rəşadla deyil ev sahibi ilə bağlandığını, ona görə iddia onlara münasibətdə qaldırıla bilmədiyini, cavabdehlərlə danışdığını, Elməddin və Rəşada köməklik edə biləcəklərini, ancaq 70000- 75000 manat miqdara maddi imkanlarının çatmadığını, özləri ilə son dəfə danışıb fikirlərini öyrənəcəyini, Elməddin və Rəşadın bu gün hər birinin iddiaçıya 3000 manat köməklik etmək istəkləri olduğunu, ikisi birlikdə 6000 manat kömək etmək istədiklərini, iddiaçının sağlamlığının göz qabağında olduğunu, lakin hadisə zamanı sənədləşdirilmə aparılmadığını, cavabdehlərin isə iddiaçının onların yıxmasını bildirmədiklərini, bunu təsdiq edən sənəd vardısa təqdim edilməsini bildirmiş və məhkəmədən qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh təşkilat "xxxx" MMC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə dair hər hansı fikir və mülahizələrini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında Şahid1 ifadəsində iddiaçının yoldaşı olduğunu, hadisə vaxtı yoldaşının boynunun qırıldığını, səhərisi X5 apardıqlarını, orada baxılan zaman Röyalın boyunun qırıldığının bəlli olduğunu, səhərisi Bakı şəhərinə gedəcəklərini, prokurorluqdan xəstəxanaya 3 şəxs gəldiyini, onu zorla palatadan çıxartdıqlarını, xəstəxanada yoldaşının özündə olmadığını, körpə uşaqları olduğunu, əlindən heç nə gəlmədiyini, 2 körpə balasını necə saxlayacağını bilmədiyini, Röyalın sorğu-sual edən zaman özündə olmadığını, Röyalla söhbət edəcəklərini, palataya daxil olaraq qapını örtdüklərini, onun koridorda qaldığını, nə soruşduqlarını bilmədiyini, Bakı şəhərində müalicə ilə bağlı çoxlu xərclərinin çıxdığını, indi də əməliyyatı üçün xeyli pul lazım olduğunu, 1 ildən artıqdır ki, Röyalın xəstə olduğunu, onun qulluq etdiyini, şikayətçi olduğunu, heç olmasa maddi köməklik etmələrini bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında Şahid5 Mehrab qızı ifadəsində Naxçıvan MR Xəstəxanasında acil şöbəsində həmin gün növbətçi həkim olduğunu, ixtisasının həkim-anestezioloq olduğunu, Röyalı həmin gün yüksəklikdən yıxıldığına görə gətirdiklərini, tez travmatologiya şöbəsinə verdiklərini, bədəndən aşağı hərəkətlərinin olmadığını, xəstənin mütləq Bakı şəhərinə götürülməli olduğunu, razılışıb Bakı şəhərinə apardıqlarını, səhv etmirsə hadisə günün səhərisi günü Bakı şəhərinə getdiklərini, onun həkim kimi xəstəni müşayiət etdiyini, Bakı şəhərində aeroportda dövlət xəstəxanasından gələn təcili yardım maşınına təhvil verdiyini, sonra onun geri qayıtdığını, onların ancaq dövlət xəstəxanalarına köçürmə etdiklərini, təcili yardım maşını Bakı şəhərində xəstəxana tərəfindən aeroporta gəldiyini, bir müddət keçdikdən sonra onun Röyalı xəstəxanada gördüyünü, baxanda əlil arabasında oturduğunu xəstənin ilkin gələndə huşsuz komatoz vəziyyətdə olduğunu, müayinələrdən keçdiyini, ancaq səhərisi Bakı şəhərinə gedəndə bir az nəyisə huşu özündə olduğunu, amma tam adekvat reaksiya vermədiyini, onun travmatologiya şöbəsində olmadığı üçün polisə və ya prokurorluğa məlumatın nə zaman verildiyini bilmədiyini, ancaq mütləq şəkildə hadisə olan zaman onlar həkim kimi dərhal polisə və prokurorluğa məlumat verdiklərini bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında Şahid4 ifadəsində iddiaçını tanıdığını, tərəflərlə heç bir düşmənçiliyinin və ədavətinin olmadığını, hadisə zamanı onların betonu vurduqlarını, aşağıya nahar etmək üçün düşdüyünü, Rəşadın “gedim pompanı vurum ki, işləsin” dediyini, gedib gəldiyini, pompanı tam vura bilməməsini Elməddinə dediyini, sonra beton maşını gəldiyini, pompanı vurmağa getdiklərini, 1-2 dəfə vurduqlarını, işləmədiyini gördüklərini, havanın da isti olduğunu, Röyalın nazik 20-lik divara tərəf durduğunu, onun Röyala “çəkil geriyə pompa vurmayacaq” dediyini, onların qalın divar tərəfdə durduğunu, Röyal çəkilən anda pompa partladığını, Röyal kolonun üstündən aşağı düşdüyünü, sadəcə Röyalın nazik divara tərəf durduğunu, Rəşadın əslində yaxıçı olduğunu, hazırda Cahan şirkətdə işlədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında Şahid3 ifadəsində iddiaçını tanıdığını, uzaq qohumluq münasibətinin olduğunu, hadisə zamanı 1-ci betonu tökdüklərini, 2-ci betonu vuranda pompa vurduğu vaxt kipləndiyini, sonra yenidən neçə dəfə işə salan zaman partlama olduğunu, pompaçı Elməddin, köməkçisi isə Rəşad olduğunu, sadəcə hava boşluğu yarandığı üçün kipləmə yarandığını, onun aralı olduğuna görə ona xəsarət dəymədiyini, Elməddinlə Rəşad özləri də bildi ki, onların səhvi ucbatından bu hadisənin olduğunu, Elməddinin nə köməklik lazım olsa edəcəyini dediyini, Rəşad əslində yaxıçı olduğunu, hazırda Cahan şirkətdə işlədiyini, pompa kiplənməsini Rəşadın özünün də gördüyünü, ancaq dayandıra bildiyi halda dayandırmadığını, əslində dayandırmalı olduğunu, yəqin ki, düzələcəyini hesab etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında Şahid2 ifadəsində hadisə zamanı onun orada olmadığını, onun ev sahibi olduğunu, işlər onun evinin tikinsində aparıldığını, onlara sonradan hadisə barədə məlumat verildiyini, onun xəstəxanaya getdiyini, hətta atası evinin yanından keçəndə eşidib ki, hadisə olub usta yaralanıb və xəstəxanaya apardıqlarını, onun heç hadisədən həmin vaxt xəbəri olmadığını, onun işin kv.m Royalla danışdığını, onun bütün usta xərcini Röyala verdiyini, beton maşını onun şirkətdən istədiyini, pulunu ödədiyini, onlarda beton maşınını göndərdiklərini, Röyala "Cahan İnşaat” Şikrəti 5000 manat pul verdiyini, 500 manat da Elməddin verdiyini, Röyalın, ancaq onun 500 manatını qaytardığını bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında şahid X12 ifadəsində həmin evlə yanaşı başqa evdə usta işlədiklərini, birdən güclü səs eşitdiklərini, tez hadisə tərəfə qaçdıqlarını, Röyalın yıxıldığını və yerdə olduğunu, yaralandığını, pompa partlayıb dediklərini, Elməddin və Rəşad və sürücü orada olduğunu, hələ də zərbədən indi də divarda iz qaldığını, Röyalın qollarının qırıldığını, başı arxadan zədələndiyini, qanaxma apardığını, tez təcili yardıma zəng etdiklərini, ayaqları açıq şəkildə qırıldığını, özü huşsuz halda olduğunu, bütün MMC-nin işçiləri də xəstəxanada olduğunu bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddianın mahiyyəti ilə əlaqədar aşağıdakı materialları nəzərdən keçirmişdir: Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Babək Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli. 327 nömrəli arayışa, əsasən, X2 şəhərində qeydiyyatdadır. Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Babək Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli. 326 nömrəli arayışa, əsasən, Cavabdeh3 Babək şəhərində qeydiyyatdadır. Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Cəhri Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin verdiyi xx.xx.2024-cü il tarixli. 317 nömrəli arayışa, əsasən, Cavabdeh2 Babək rayonun, Cəhri qəsəbəsində qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli Naxçıvan-Bakı uçuş biletinin surəti əlavə edilmişdir. xx.xx.2023-xx.xx.2023-cü il tarixli “X20” xəstəxanasının X7 ilə əlaqəli fakturaların surəti təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, 3618/23 nömrəli ”X6-Bakı” QSC-nin epikiriz sənədi əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, ZH0513 nömrəli Zəfəran Hospitalın arayışına, əsasən, xəstə uzanaqlı vəziyyətdə təyyarə ilə səyahətinə əks göstəriş yoxdur. xx.xx.2023-cü il tarixli ”X6-Bakı” QSC-nin arayışına, əsasən, xəstə əməliyyat üçün 6000 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli Zəfəran Hospitalın arayışına, əsasən, xəstə əməliyyat üçün 5700 manat ödəmişdir. xx.xx.2023-cü il tarixli "xxxx"-in arayışına, əsasən, xəstə X7 həqiqətən "xxxx" QSCnin nəzdində fəaliyyət göstərən Zəfəran Hospitalda əməliyyat olunmuş və əməliyyat bağlı tibbi prosedurlardan keçmişdir və ümumi məbləğ 20970.25 (iyirmi min doqquz yetmiş manat iyirmi beş qəpik) təşkil edir. Azərbaycan Respublikası Naxçıvan MR Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-28-34/2-1255/2024 nömrəli məktubuna, əsasən, ***-***-**-** nömrəli telefon vasitəsilə xx.xx.2023-cü il tarixdə 14:49 radələrində “Naxçıvan Şəhər Təcili Tibbi Mərkəzi” X16 təcili tibbi yardım üçün çağırış verilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyi, Naxçıvan MR X9 Şəxsin xx.xx.2024-cü il tarixli, 150 nömrəli məktubuna, əsasən, xəstə X7 xx.xx.2024-cü il tarixdə Muxtar Respublika X9 şəxsin Təcili yardım şöbəsinə daxil olmuşdur. Xəstə sağ ayağın və döş qəfəsinin Rentgenoqrafıyası olunmuş və xəstədə “Sağ bud sümüyüü aşağı 1/3-nin tam bitişməmiş sınığı, intramedulyar osteosintez edilib. Sağ bazu sümüyü boynunun deformasiyalı bitişmiş sınığı, EMML ilə fılcsə edilib. Ağciyərlər: sinuslar açıqdır, kökətrafı kalsinatlar. Cvn-Thl metal lövhə ilə fılcsə edilib” - diaqnozu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-9-5/2- 730/2024 nömrəli məktubuna, əsasən, baş vermiş bədbəxt hadisə barədə X10 Xidmətinə məlumat daxil olmamış və araşdırma aparılmamışdır. Tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq” (ƏMAS) altsisteminə baxış keçirilərkən hadisə baş verən dövrdə X7 ilə hər hansı işəgötürən arasında qüvvədə olan əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı məlum olmuşdur. Həmçinin tərəfinizdən daxil olan məlumat əsasında İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması üçün ona 6 may 2024-cü il tarixdə məktub göndərilərək izahata dəvət olunmuş və 8 may 2024-cü il tarixli izahatında hadisənin şəxsi həyət evində ev sahibi ilə razılıq əsasında iş görən zaman baş verdiyini, həmin vaxt hər hansı bir işəgötürənlə əmək münasibətində olmadığını qeyd etmişdir. Naxçıvan Şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə göndərilən Naxçıvan Şəhər Prokurorluğunun məkubuna, əsasən, iddiaçı X7 ilə bağlı Naxçıvan Şəhər Prokurorluğuna məlumat daxil olmamış, araşdırma aparılmamışdır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-18-88/2-1543/2024 nömrəli məktubuna, əsasən, 02 avqust 2023-cü il tarixdə vətəndaş X4 hər hansı bir xəsarət alması ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində heçbir məlumat qeydə alınmamışdır. X21 İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3xx-xx/216495/2024 nömrəli məktubuna, əsasən, "xxxx" MMC-yə aid “Cahan” beton zavodunda 02 avqust 2023-cü il tarixdə baş vermiş qəza nəticəsində vətəndaş X4 xəsarət alması faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası DİN-in istintaq və Təhqiqat xidmətində araşdırma aparılmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında göstərmişdir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı X4 məhz cavabdeh təşkilat "xxxx" MMC və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 təqsirli hərəkətləri nəticəsində xəsarət almasını təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən iddiaçının xəsarət alıb-almaması ilə bağlı bir neçə aidiyyəti orqana sorğu verilmiş, Naxçıvan Şəhər Prokurorluğunun məktubuna əsasən, iddiaçı X7 ilə bağlı Naxçıvan Şəhər Prokurorluğuna məlumat daxil olmaması, araşdırma aparılmaması, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin məktubuna əsasən, 02 avqust 2023-cü il tarixdə vətəndaş X4 hər hansı bir xəsarət alması ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində heçbir məlumatın qeydə alınmaması, Naxçivan MM Daxili İşlər Nazirliyinin məktubuna əsasən, "xxxx" MMC-yə aid “Cahan” beton zavodunda 02 avqust 2023-cü il tarixdə baş vermiş qəza nəticəsində vətəndaş X4 xəsarət alması faktı ilə bağlı Naxçıvan Muxtar Respublikası DİN-in istintaq və Təhqiqat xidmətində araşdırma aparılmaması, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X10 Xidmətinin məktubuna əsasən, baş vermiş bədbəxt hadisə barədə X10 Xidmətinə məlumat daxil olmaması və araşdırma aparılmaması qeyd edilmişdir. İddiaçı X4 xəsarət alması ilə nəticələnən hadisənin mövcud olması, həmin hadisənin cavabdehlər tərəfindən törədilməsi və onun törədilməsində təqsirli olmaları işə baxılan zaman sübuta yetirilməmişdir. İddiaçı X1 itirilməsi, onun müalicə və müayinələrdə olması iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır, lakin bunun təqsirinin cavabdehlərdə olması sübuta yetirilmir. Ona görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10- 1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X4, cavabdehtəşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı sağlamlığa vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı X4, cavabdeh-təşkilat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı sağlamlığa vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar