Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-390/2021 20.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində yaranmış borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n etdim: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 461.76 (dörd yüz altmış bir manat yetmiş altı qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun, habelə 0.40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC ərizəni onunla əsaslandırmışdır ki, Bankla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış BPM**********42 saylı “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında” müqaviləsinə əsasən onun adına Plastik kart hesabı açılmışdır. Ərizədə qeyd edilmişdir ki, müqavilənin şərtinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır, həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdarft yaranır və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka qaytarmalıdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə istifadə edib və vaxtında ödəniş etmədiyi üçün müqavilənin 3.3.6-cı bəndini pozmuşdur. Cavabdehin xx xxxxxx 2021-ci il tarixə 461.76 (dörd yüz altmış bir manat yetmiş altı qəpik) manat borcu yaranmışdır. Ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 461.76 (dörd yüz altmış bir manat yetmiş altı qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun, habelə 0.40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış BPM**********42 saylı “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında” müqaviləsinə əsasən Cavabdeh adına Plastik kart hesabı açılmışdır. xx.xx.2021-ci il tarixli 042 nömrəli əsassız varlanmanı əks etdirən arayışa əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə "xxxx" ASC-yə olan borcu 461.76 (dörd yüz altmış bir manat yetmiş altı qəpik) manat təşkil etmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə 22-552/2021 nömrəli bildiriş göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Orucov X4 şəhəri, N.Naxçıvani, döngə 4, ev 23 ünvanında qeydiyyatdadır. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh 461.76 (dörd yüz altmış bir manat yetmiş altı qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə “xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxx 2021-ci il tarixdə daxil olmuş ərizə üzrə xx xxxx 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh xx xxxx 2021-ci il tarixdə bildirişi rəsmi qaydada almasına baxmayaraq 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh Cavabdeh 461.76 (dörd yüz altmış bir manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. “xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 ********* nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 20.40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-390/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-390/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver