Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-391/2021 23.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, ünvan 1 ünvanında yerləşən iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y yə n etdim: «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə xx xxxxxxx 2019-cu il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 1438.61 (min dörd yüz otuz səkkiz manat altmış bir qəpik) manat, faiz borcu üzrə 55.72 (əlli beş manat yetmiş iki qəpik) manat, cəmi 1494.33 (min dörd yüz doxsan dörd manat otuz üç qəpik) manat borcun, xx xxxxxxx 2019-cu il tarixli, BPM**********92 saylı X1 kredit müqaviləsinə əsasən əsas borc üzrə 209.13 (iki yüz doqquz manat on üç qəpik) manat, faiz borcu üzrə 8 (səkkiz) manat, cəmi 217.13 (iki yüz on yeddi manat on üç qəpik) manat borcun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 20% dərəcəsi ilə hesablanmaqla, 1600 (min altı yüz) manat məbləğində, xx xxxxxxx 2019-cu il tarixli, BPM**********92 saylı X1 kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24% dərəcəsi ilə hesablanmaqla, 400 (dörd yüz) manat məbləğində kredit verildiyini, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğinin və ona hesablanan faizlərin ödənilmədiyini, xx xxxxxxx 2019-cu il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxx 2021-ci il tarixə Cavabdeh əsas borc üzrə 1438.61 (min dörd yüz otuz səkkiz manat altmış bir qəpik) manat, faiz borcu üzrə 55.72 (əlli beş manat yetmiş iki qəpik) manat, cəmi 1494.33 (min dörd yüz doxsan dörd manat otuz üç qəpik) manat kredit borcunun mövcud olduğunu, xx xxxxxxx 2019-cu il tarixli, BPM**********92 saylı X1 kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 209.13 (iki yüz doqquz manat on üç qəpik) manat, faiz borcu üzrə 8 (səkkiz) manat, cəmi 217.13 (iki yüz on yeddi manat on üç qəpik) manat kredit borcunun mövcud olduğunu, bunları nəzərə alaraq, Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə xx xxxxxxx 2019-cu il tarixli, BPM**********93 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 1438.61 (min dörd yüz otuz səkkiz manat altmış bir qəpik) manat, faiz borcu üzrə 55.72 (əlli beş manat yetmiş iki qəpik) manat, cəmi 1494.33 (min dörd yüz doxsan dörd manat otuz üç qəpik) manat borcun, xx xxxxxxx 2019-cu il tarixli, BPM**********92 saylı X1 kredit müqaviləsinə əsasən əsas borc üzrə 209.13 (iki yüz doqquz manat on üç qəpik) manat, faiz borcu üzrə 8 (səkkiz) manat, cəmi 217.13 (iki yüz on yeddi manat on üç qəpik) manat borcun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Naxçıvan" filialı (borcverən) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, BPM**********93 nömrəli Kredit Müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə əsasən, borcverən borcalana istehlak məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə (xx xxxxxxx 2023-cü il tarixədək) illik 20% ödəmək şərtilə, 1600 (min altı yüz) manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borcverənə ödəməyi öhdəsinə götürür. Kredit Müqaviləsinə əlavə olunmuş 1 saylı əlavəyə (ödəniş cədvəli) əsasən, Cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə xx xxxxxx 2019-xx xxxxxxxx 2023-cü il tarixləri aralığında hər ay 48.7 manat, xx xxxxxxx 2023-cü il tarixdə isə 47.9 manat olmaqla, cəmi 2336.8 manat ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2021-ci il tarixli, 19-040 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2021-ci il tarixə 1438.61 manat əsas borc və 55.72 manat faiz borcu olmaqla, cəmi 1494.33 manat borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Naxçıvan" filialı (bank) ilə Cavabdeh (müştəri və ya borcalan) arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, BPM**********92 nömrəli X1 Müqaviləsinə əsasən, bank müştəriyə 15000 (on beş min) manatadək kreditdən istifadəyə görə illik 24% ödəmək şərtilə kredit limiti ayırmağı, müştəri isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürür. xx xxxxxx 2021-ci il tarixli, 19-039 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2021-ci il tarixə 209.13 manat əsas borc və 8 manat faiz borcu olmaqla, cəmi 217.13 manat borcu vardır. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx xxxx 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi üzrə xx xxxx 2021-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, BPM**********93 nömrəli Kredit Müqaviləsi üzrə əsas borc üzrə 1438.61 (min dörd yüz otuz səkkiz manat altmış bir qəpik) manat, faiz borcu üzrə 55.72 (əlli beş manat yetmiş iki qəpik) manat, cəmi 1494.33 (min dörd yüz doxsan dörd manat otuz üç qəpik) manat borc və xx xxxxxxx 2019-cu il tarixli, BPM**********92 nömrəli X1 Müqaviləsi üzrə əsas borc üzrə 209.13 (iki yüz doqquz manat on üç qəpik) manat, faiz borcu üzrə 8 (səkkiz) manat, cəmi 217.13 (iki yüz on yeddi manat on üç qəpik) manat borc olmaqla, ümumilikdə 1711.46 (min yeddi yüz on bir manat qırx altı qəpik) manat borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. xx xxxxxx 2021-ci il tarixli, 19-040 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2021-ci il tarixə 1438.61 manat əsas borc və 55.72 manat faiz borcu olmaqla, cəmi 1494.33 manat borcu vardır. xx xxxxxx 2021-ci il tarixli, 19-039 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxx 2021-ci il tarixə 209.13 manat əsas borc və 8 manat faiz borcu olmaqla, cəmi 217.13 manat borcu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxx 2019-cu il tarixli, BPM**********93 nömrəli Kredit Müqaviləsi üzrə əsas borc üzrə 1438.61 (min dörd yüz otuz səkkiz manat altmış bir qəpik) manat, faiz borcu üzrə 55.72 (əlli beş manat yetmiş iki qəpik) manat, cəmi 1494.33 (min dörd yüz doxsan dörd manat otuz üç qəpik) manat borc və xx xxxxxxx 2019-cu il tarixli, BPM**********92 nömrəli X1 Müqaviləsi üzrə əsas borc üzrə 209.13 (iki yüz doqquz manat on üç qəpik) manat, faiz borcu üzrə 8 (səkkiz) manat, cəmi 217.13 (iki yüz on yeddi manat on üç qəpik) manat borc olmaqla, ümumilikdə 1711.46 (min yeddi yüz on bir manat qırx altı qəpik) manat borc, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-391/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-391/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver