Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-393/2022 09.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq
1. Naxçıvan MR Ali Məhkəməsinin 25 aprel 2019-cu il tarixli 2(108)-64/2019 nömrəli qərardadı ilə müəyyən olunmuş alimentin məbləğinin artırılaraq 15 mart 2006-cı il təvəllüdlü X2 və 15 fevral 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla, iki uşağa görə cəmi 386 (üç yüz səksən altı) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi;
2. X1 ödənişli təhsil alan övladı X2 təhsil xərclərinin (təhsil ödənişlərinin) yarısının hər ilin sonunda atası Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Maddənin də məzmunundan göründüyü kimi iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində konkret ifadə olunmalıdır. Hazırki halda iddia tələbi dəqiq deyil, belə ki, iddiaçı ödənişli təhsil alan övladı X2 təhsil xərcinin (təhsil ödənişinin) yarısının hər ilin sonunda atası Cavabdeh tutularaq ona ödənilməsini xahiş etsə də təhsil ödənişinin məbləği, hansı illərə münasibətdə tələb etməsi göstərilməmişdir. Eyni zamanda iddia tələbi alimentin artırılması tələbi olaraq göstərilmiş, iddianın xahiş etdi hissəsində eyni zamanda təhsil xərcinin yarısının da ona ödənilməsi tələb olaraq qeyd edilmişdir. Alimentin artırılması və valideynin uşağın digər xərclərində iştirakı ayrı-ayrı tələb olmaqla həmin tələblərin maddi hüquqi əsası bir-birindən fərqlidir. İddia tələbi düzgün əsaslandırılmalıdır. Hər bir tələbin maddi hüquqi əsasını göstərən norma qeyd edilməlidir. Çünki iddiaçı kimdən nəyi və hansı əsasla tələb edilməsini nəzərədə tutur. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq,
qərara aldım:
İddiaçı İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər.
Hakim: Gülnar Səfərəliyeva.