Məhkəmə qərarları › İş №2(078)-399/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-399/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-399/2021 10.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı 15 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 1150 (bir min yüz əlli) manat pulun və məhkəmə məsrəfi olan 300 (üç yüz) manat vəkil xərcinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, qızıl əşyalarının alqı-satqısı ilə məşğul olur. Əvvəldən tanıdığı Cavabdeh təxminən 2020-ci ilin may ayında işlədiyi yerə gəlib bir ay müddətinə qaytarmaq şərti ilə nisyə qaydada qızına hədiyyə almaq istədyini və kredit pulu olaraq ödəmək üçün ona borc pul verməyini xahiş etmişdir. Onlar razılaşdıqdan sonra cavabdehin bəyəndiyi 980 (doqquz yüz səksən) manat dəyərində qızıl seplə klonu və 180 (bir yüz səksən) manat pulu ona vermişdir. Bir ay keçəndən sonra Müşviqlə telefon əlaqəsi saxlayıb pulu gətirməsini tələb etmişdir. O, bir-iki günə kimi gətirəcəyini bildirsə də və həmin vaxtdan dəfələrlə pulu tələb etsə də cavabdeh pulu qaytarmamışdır. Nəticədə 16 dekabr 2020-ci il tarixdə Naxçıvan şəhər sakinləri satıcı Azər Bayramov və Rəşadın şahidliyi ilə sadə formada yazılı iddiaçıya 1150 (bir min yüz əlli) manat borcu hər ay 100 (bir yüz) manat olmaqla borcu qaytara biləcəyini bildirmişdir. Artıq verdiyi vəddən 3 ay keçməsinə baxmayaraq həmin pulu qaytarmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı bu proseslə bağlı 300 (üç yüz) manat ödəniş edərək vəkillə müqavilə bağlamışdır. Həmin pulun cavabdehdən alınıb iddiaçiya qaytarılmasını istəyir. 10 iyun 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı iş üzrə İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizədə Cavabdeh pul tələbinə dair iddia ərizəsinin özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı heç bir etiraz daxil olmamışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və İddiaçı verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia qaldırılarkən "xxxx" ASC-nin Naxçıvan filialına 03 dekabr 2020-ci il tarixli, 70015 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 03 dekabr 2020-ci il tarixli, 70015 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar