Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-4/2022 13.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3906.63 (üç min doqquz yüz altı dollar altmış üç sent) ABŞ dolları əsas, 5954.90 (beş min doqquz yüz əlli dörd dollar doxsan sent) ABŞ dolları faiz, 8361.39 (səkkiz min üç yüz altmış bir dollar otuz doqquz sent) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % 546.48 (beş yüz qırx altı dollar qırx səkkiz sent) ABŞ dolları borc olmaqla, ümumilikdə 18769.40 (on səkkiz min yedd yüz altmış doqquz dollar qırx sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 26 noyabr 2014-cü il tarixdə 926989 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 27% dərəcəsi ilə 18 ay müddətinə 7700 ABŞ dolları kredit götürmüş, borcun təminatı olaraq X4 və Cavabdeh3 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bitmə tarixi 26 may 2016-cı il olsa da borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdəm imtina etmişdirlər. 31 yanvar 2020-ci il tarixə qədər Cavabdeh2 ləğv prosesində olan Banka 3906.63 ABŞ dolları, 5954.90 ABŞ dolları faiz, 8361.39 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 546.48 ABŞ dolları borc olmaqla, ümumilikdə 18769.40 ABŞ dolları məbləğində borcu vardır. Ona görə də cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh3 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3906.63 (üç min doqquz yüz altı dollar altmış üç sent) ABŞ dolları əsas, 5954.90 (beş min doqquz yüz əlli dörd dollar doxsan sent) ABŞ dolları faiz, 8361.39 (səkkiz min üç yüz altmış bir dollar otuz doqquz sent) ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % 546.48 (beş yüz qırx altı dollar qırx səkkiz sent) ABŞ dolları borc olmaqla, ümumilikdə 18769.40 (on səkkiz min yedd yüz altmış doqquz dollar qırx sent) ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin Cavabdeh2 və Cavabdeh3 dair hissəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı ləğv prosesində olan İddiaçı ASCyə və rəsmi qaydada məlumat göndərilmiş, lakin məhkəmədə nümayəndə iştirak etməmiş, ayrı-ayrı vaxtlarda teleqram və elektron kabinet vasitəsilə ərizə göndərərək onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh X3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddia ərizəsini və iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan 26 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə görə X4 müqavilənin predmeti olan 26 noyabr 2014-cü il tarixli 587-14 USD saylı kredit müqaviləsinə əsasən kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə görə zaminliklə təmin edilmiş öhdəlik 7700 (yeddi min yeddi yüz Amerika dolları) təşkil edən kredit məbləği, 18 (on səkkiz) ay kreditin qaytarılma müddəti, 27% kredit üzrə ödəniləcək illik faiz dərəcəsi, 54% kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik 4.5% təşkil edən aylıq cərimə faiz dərəcəsindən ibarətdir. Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2020-ci il tarixli, 2(078)-533/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2020-ci il tarixli, 148/20 nömrəli məhkəmə mühasibatlıq ekspertizasına dair rəydən məlum olmuşdur ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 26 noyabr 2014-cü il tarixli 587-14 USD nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh X5 İddiaçı ASC-yə kredit üzrə olan əsas borcu 3906.63 (üç min doqquz yüz altı dollar altmış üç sent) dollar, faiz borcu 1960.14 (bir min doqquz yüz altmış dollar on dörd sent) dollar təşkil edir. Azərbaycan Respublikası Mərkəzi X8 Respublikası İdarəsinin metəxəssisi Şəmsəddin Sevdimalıyevin 03 dekabr 2020-ci il tarixli arayışından aydın olur ki, təqdim edilən sənədlərdə vaxtı keçmiş əsas borc üzrə hesablanmış cərimə faizi üzrə hesabdan və cari hesabdan çıxarış olmadığından cərimə faizini hesablamaq mümkün olmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin 05 yanvar 2021-ci il tarixli, 2(078)-19/2021 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli, məhkəmə mühasibatlıq ekspertizasına dair rəy verilməsindən imtina edilmiş, imtina onunla əsaslanıdrılmışdır ki, müvafiq vəsatət göndərilsə də vəsatət icra edilməmiş və təqdim edilən materiallar ekspertiza aparılmasına imkan verməmişdir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsindən göründüyü kimi müqavilə üzrə müddət xx.xx.2016-ci ildə başa çatmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icrası müddəti 26 may 2016-cı il tarixə kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 26 may 2017-ci il tarixində bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4- cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində də zaminliyə xitam verilməsi əsası kimi məhz qanunda sadalanmış zaminin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsi aydın şəkildə göstərilmişdir. Beləliklə, məhkəmə zaminliklə təmin olunan öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyini nəzərə alıb, X2 zaminliyinə xitam verilmiş hesab edir və iddia tələbinin ona münasibətdə əsaslarının olmadığı qənaətinə gəlir. Nəticə: Məhkəmə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirib belə nəticəyə gəlir ki, X3 qarşı qaldırılmış borcun ödənilməsi tələbinə dair iddia müddət keçdiyindən rədd edilməlidir. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı təşkilat ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-4/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-4/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver