Məhkəmə qərarları › İş №2(078)-40/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-40/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-40/2025 03.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi X11, cavabdeh təşkilatın nümayəndəsi X13 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası X18 Şəxsə, Cavabdeh2 və Cavabdeh3 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı X21 MR Xəstəxanasında sağlamlığına vurulmuş ağır zərərlə əlaqədar olaraq Naxçıvan MR Xəstəxanasından onlara vurulmuş zərərin əvəzi olaraq 10000 (on min) manat dəyərində maddi və mənəvi təzminat olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 11 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında tələbinin həcmini artıraraq 20000 (iyirmi min) manat həcmində maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmənin 11 sentyabr 2024-cü il tarixli qərardad ilə tələbə artırılmış həcmdə baxılması barədə qərardad qəbul edilmişdir. İddiaçı 11 sentyabr 2024-cü il tarixdə Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi X19 30 yanvar 2025-ci il tarixdə Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 30 yanvar 2025-ci il tarixli qərardadı ilə Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 noyabr 2023-cü il tarixində qızı X7 dirsək sümüyünün sınığı diaqnozu ilə Naxçıvan MR X18 şəxsinə müraciət etmişdir. İlkin olaraq həkim travmatoloq Cavabdeh3 müayinəsində olmuş və həkim onlara cərrahi əməliyyata ehtiyac olduğunu bildirmişdir. Lakin cərrahi əməliyyata zərurətin olmadığını bildirərək müayinəni həkim travmatoloq Cavabdeh2 öz üzərinə götürmüş, onu müayinə edərək sol qoluna gips sarğısı qoymuşdur. Həmin vaxt rentgenoloji müayinədə mil sümüyünün başının çıxığı qeyd edilməmişdir. 26 dekabr 2023-cü il tarixdə qızının təkrar rentgenoloji müayinəsi zamanı isə sol dirsək sümüyünün orta 1/3-nin yerdəyişmə ilə bitişməkdə olan sınığı və əlavə olaraq mil sümüyünün başının çıxığı müəyyən edilmişdir. Çıxıqdan bir neçə həftə keçdikdən sonra oynağın dairəvi bağının qopması və digər səbəblər nəzərə alınaraq əməliyyatın icrasının vacibliyi bildirilərək 27 dekabr 2023-cü ildə qızının üzərində təkrar əməliyyat aparılmışdır. Təkrar əməliyyatdan sonra mil sümüyünün başında çıxığın bərpa olunmadığı aşkar olmuşdur. Bu da onunla izah olunur ki, xəstəyə gips sarğısının qoyulması tamamilə yanlış müayinə üsulu olub. Uğursuz əməliyyatlarını ört-basdır etmək məqsədi ilə xəstədə proksimal mil-dirsək oynağının açılması, oynaq çuxurunun təmizlənməsi və bağ aparatının plastikasının aparılmasının vacib olduğu bildirilmiş və əməliyyatın Bakı şəhərində yüksək ixtisaslı tibb müəssisələrindən birində həyata keçirilməsi bildirilmişdir. Bununla da yanlış əməliyyat sayəsində körpə qızının sağlamlığına böyük zərər yetirilmişdir. Onların tövsiyyə etdikləri kimi qızının Bakı şəhərində yüksək ixtisaslı tibb müəssisələrinin birində əməliyyatdan keçməsinə xeyli miqdarda maddi ödəniş tələb olunur. Naxçıvan MR Xəstəxanası və qızını əməliyyat edərkən savadsızlığı və səhlənkarlığı nəticəsində onun sağlamlığına ağır zərər yetirmiş həkim travmatoloq Cavabdeh2 tərəfindən hər hansı bir dəstək göstərilmir, kompensasiya ödənilmir və bundan imtina edilir. X27 Naxçıvan MR Xəstəxanasında yanlış müayinə, müalicə və əməliyyatlarla sağlamlığına ağır dərəcədə zərər yetirilmişdir. Qızı sağlamlığını itirmişdir. Eyni zamanda bu hal valideynlərini də mənəvi sarsıntıya uğratmışdır. Naxçıvan MR Xəstəxanası tərəfindən onlara vurulmuş bu zərərin maddi və mənəvi dəyərini 10 min manat dəyərində qiymətləndirir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 23 noyabr 2023-cü il tarixində qızı X7 dirsək sümüyünün sınığı diaqnozu ilə Naxçıvan MR X18 şəxsinə müraciət etmişdir. İlkin olaraq həkim travmatoloq Cavabdeh3 müayinəsində oİmuş və həkim onlara cərrahi əməliyyata ehtiyac olduğunu bildirmişdir. Lakin cərrahi əməliyyata zərurətin olmadığını bildirərək müayinəni həkim travmatoloq Cavabdeh2 öz üzərinə götürmüş, onu müayinə edərək sol qoluna gips sarğısı qoymuşdur. Həmin vaxt rentgenoloji müayinədə mil sümüyünün başının çıxığı qeyd edilməmişdir. 26 dekabr 2023-cü il tarixdə qızının təkrar rentgenoloji müayinəsi zamanı isə sol dirsək sümüyünün orta 1/3-nin yerdəyişmə ilə bitişməkdə olan sınığı və əlavə olaraq mil sümüyünün başının çıxdığı müəyyən edilmişdir. Çıxıqdan bir neçə həftə keçdikdən sonra oynağın dairəvi bağının qopması və digər səbəblər nəzərə alınaraq əməliyyatın icrasının vacibliyi bildirilərək 27 dekabr 2023-cü ildə qızının üzərində təkrar əməliyyat aparılmışdır. Təkrar əməliyyatdan sonra mil sümüyünün başında çıxığın bərpa olunmadığı aşkar olmuşdur. Bu onunla izah olunur ki, xəstəyə gips sarğısının qoyulması tamamilə yanlış müayinə üsulu olub. Uğursuz əməliyyatları ört-basdır etmək məqsədi ilə xəstədə proksimal mil-dirsək ağının açılması, oynaq çuxurunun təmizlənməsi və bağ aparatının plastikasının almasının vacib olduğu bildirilmiş və əməliyyatın Bakı şəhərində yüksək ixtisaslı tibb müəssisələrindən birində həyata keçirilməsi bildirilmişdir. Bununla da yanlış əməliyyat sayəsində körpə qızının sağlamlığma böyük zərər yetirilmişdir. Onların tövsiyyə etdikləri qızının Bakı şəhərində yüksək ixtisaslı tibb müəssisələrinin birində əməliyyatdan keçməsinə xeyli miqdarda maddi ödəniş tələb olunur. Naxçıvan MR Xəstəxanası və həkim travmatoloq Cavabdeh2 isə bu məsələyə çox biganə yanaşır. İlk olaraq Həbib həkim gips salıb. Yaşar həkim sim deyil, platin qoymalı idi. Yaşar həkimdən və X6 şikayətçidir. Övladının qolu qırılmış və onu xəstəxanaya aparmışlar. İlk başda ona Həbib həkim gips qoymuşdur. Sonra səhəri günü yenidən uşağı xəstəxanaya aparmışlar, bu səfər həkim travmatoloq Yaşar həkim baxıb gipsin üstündən əlavə gips qoymuşdur. Uşağın qolunda ağrılar başlamışdır. Yaşar həkimə yenidən müraciət etmişlər. Demişdir ki, mütləq əməliyyat lazımdır. Bağlar birləşməyib. Uşağı əməliyyat etdilər. 1 ay-ay yarım sonra uşağın qolunda heç bir irəliləyiş olmadı. Yaşar həkimə aparanda demişdir ki, aparın fizioterapiya olunsun. Fizioterapiya edən zaman demişdirlər ki, bu qol birləşməyib, burada fizioterapiyalıq heç nə yoxdur. Yenidən Yaşar həkimə müraciət edən zaman demişdir ki, 2-ci dəfə əməliyyat etməliyik, ancaq mən qarantiya vermirəm ki, bu qol düzələcək. Ya da aparmalısan ya Bakı şəhərinə ya da Türkiyə Respublikasına. Əsəbləşmiş və Yaşar həkimlə savaşmışdır. Bununla neçənci dəfədir Bakı şəhərində əməliyyat edilib. Maddi imkanı yoxdur. Yoxlanışlardan keçib, uşağı Bakı şəhərində əməliyyat etdirmək lazımdır. Məhkəmə iclasları dövründə noyabr ayında, mart ayında yenidən əməliyyat olunub. Lakin vəziyyətində yaxşılaşma olmur. Yenə də əməliyyata aparılmalıdır. Uşağın qolunda quruma gedir. Qanuni qərar qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi X19 izahatında 2023-cü ilin dekabr ayının 27-si ilk əməliyyatın olunduğunu, qolun sınmasının noyabr ayının 23-ü olduğunu, gipsi açdıqdan sonra evdə özünün şişkinliyi gördüyünü, xəstəxanaya gəlib yenidən rentgen etdiyini, və orada çıxığın təkrar göründüyünü, ilk dəfə müayinədə Yaşar həkimin çıxığı görmədiyini, Yaşar həkimin məhkəməni aldatdığını, qırıqdan 14 gün sonra onun yanına getdiyini söylədiyini, lakin sənədlərin də olduğunu, onların sınığın sabahısı günü 24-ü Yaşar həkimin yanına getdiklərini, 1 saat həkimin yanında olub CD-yə baxdıqlarını, həkimin çıxığı görmədiyini, Həbib həkimin dirsəkdə çıxıq, qolda sınıq olduğunu onun özünə söylədiyini, Yaşar həkimin onları aldatdığını bildirmişdir. Hazırda övladı 13 dəfə əməliyyat olunub. əməliyyatlar Abşeron Rayon Mərkəzi Xəstəxanasında icra edilibdir. Düzdür sığorta yazılır, ancaq onların çox xərci çıxıb, Bakıya İran yolu ilə, bir neçə dəfə təyyarə ilə gediblər. Əllərində olan bütün sənədləri məhkəməyə təqdim ediblər. Gedəndə qohum evində qalıblar, həkimlərə, xəstəxanada nə qədər xərcləri çıxıbdır. Yenə də uşağın qolu düzəlmir və qolda quruma gedir. Səbəbi də ilkin diaqnozun düzgün aparılmamasıdır. Bir dəfə təyyarə ilə Bakıya gedib gəliblər. Sonra avtobusla gediblər. Təyyarə baha olduğu üçün. Bu ilin mart ayında qızı ilə avtobusla getdi, lakin təyyarə ilə qayıtdı. Özlərində olan bütün sənədləri təqdim ediblər. Cavabdeh təşkilatın nümayəndəsi X22 izahatında göstərmişdir ki, xəstəlik tarixçəsi hazırda xəstəxananın arxivindədir və məhkəməyə təqdim edilibdir. xx.xx.2023-cü ildə xəstə Nigar Tağıyeva əməliyyat edilib. Gipsin qoyulması jurnalını, xəstənin nə vaxt müəssisəyə müraciət etdiyi vaxtlarla bağlı jurnalı məhkəməyə təqdim edir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 izahatında göstərmişdir ki, xəstəyə baxanda onsuzda ondan əvvəl uşağın qoluna gips qoyulmuşdu. Yenidən ikinci dəfə gips qoymuşdur. Amma baxmışdır ki, sonra mil sümüyünün başı birləşməyib. Əməliyyat etmişdir. Əməliyyat da yaxşı keçmişdir. Ancaq yenə də sümük birləşməmişdir. Valideynlərə onsuz da əməliyyatdan qabaq nəticələri barədə məlumat vermişdir. Burada onluq nəsə yoxdur. Demişdir ki, getsinlər Bakı şəhərində əməliyyat etdirsinlər. Hətta Bakı şəhərində olan 1-2 həkimlə də maraqlanmışdır. Sonra iddiaçı tərəf gəlib xəstəxanada səs-küy salıb təhqirli ifadələr söyləməyə başlamışdır. Pulunu tələb etməyə başlamışdır. Uşaq olduğu üçün gips sarğısını məsləhət bilmişlər. Sonra baxmışlar ki, birləşmir. Məcburi əməliyyat etmişlər. Əməliyyatdan öncə iltizamlara qol çəkdirmişlər və vaxtında orada olmağı bildirmişdir. Əməliyyatdan öncə istənilən fəsadın ola biləcəyini bildirmişdir və xəstənin yaxınlarından razılıq almışdır. Sınığa görə əməliyyat etməyin lazım olmadığını söyləmişdir gipsdə olarkən çıxığı görə bilmək mümkün deyildi. Xəstəyə ilk müdaxilə Həbib həkim tərəfindən edilib, o heç gips qoyulmasında da iştirak etməmişdir. Tibb bacısı gips sarğısını həyata keçirmişdir. Gips açıldıqdan sonra şüphələnmişdir, rentgenə baxdığında rentgendə ümumiyyətlə həmin hissəsinin çəkilmədiyini görmüşdür. Özü məcbur etdi ki, rentgen sonradan çəkilsin. Dirsək sınığında 3 yaşlı uşağı əməliyyat etməyə göstəriş yoxdur. Uşaqdır, sınıq özü bitişə bilir. İddiaçıya ilk müdaxilədən sonra əməliyyat olunmasını dedikləri halda onlar əməliyyat etdirməmişdirlər. 19 fevral 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, xəstə daxil olduqda mantegiya sınığı var idi, o sınıqların xüsusiyyəti dərinin altında olmasıdır, dirsək sümüyü sınır yerini dəyişir, sümük kapsulasından zədələnir. O ilkin müayinə zamanı əməliyyat zəruri olduğunu bildirmişdir. Xəstə təşəkkürünü bildirib sağollaşıb razı halda gedib. Bir neçə gün sonra Yaşar həkimin yanına yaxınlaşırlar, əməliyyat olunmalı idisə həkim niyə əməliyyat etməyib və bu günə qədər niyə gəlib çıxıb bilmir. Mantegiya sınıqları dərinin altında olur, o həmin hissəni reduksiya edib 90 dərəcə halına gətirib gipsə qoyub. Lakin əməliyyat zəruri olduğunu da bildirib. Lakin xəstənin ailəsi sonra onun yanına deyil. Yaşar həkimin yanına gedib. Onlar hansı müdaxilələr edib məlumatı yoxdur. Sonrakı məhkəmə iclasları zamanı Cavabdeh3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Naxçıvan MR Səhiyyə Nazirliyinin İddiaçı ünvanlanmış 5/133 nömrəli, 29 aprel 2024-cü il tarixli məktubuna əsasən, X23 23 noyabr 2023-cü il tarixində sol dirsək sümüyünün sınığı, mil sümüyü başının çıxığı diaqnozu ilə Naxçıvan Muxtar Respublika X18 şəxsinin Travmatologiya şöbəsinə daxil olmuşdur. X7 qoluna həkim-travmatoloq Cavabdeh2 tərəfindən gips qoyulmuşdur. 23 dekabr 2023-cü il tarixində X14 rentgen müayinəsi zamanı sol dirsək sümüyünün orta 1/3-nin yerdəyişmə ilə bitişməkdə olan sınığı, mil sümüyünün başının çıxığı müəyyən edilmişdir. 23 dekabr 2023-cü il tarixində X23 həkim-travmatoloq Cavabdeh2 tərəfindən cərrahiyyə əməliyyatı olunmuşdur. Naxçıvan MR Mərkəzi Xəstəxanasının 15 fevral 2024-cü il tarixli radioloji nəticələrinə əsasən, X15 dirsək sümüyünün orta 1/3-nin laterala yerdəyişmə ilə bitişməkdə olan sınığı, mil sümüyünün başının çıxığı-Montedje zədələnməsi müəyyən olunmuşdur. Naxçıvan MR Səhiyyə Nazirliyinin İddiaçı ünvanlanmış 5/167 nömrəli, 04 iyun 2024-cü il tarixli məktubuna əsasən, Naxçıvan Muxtar Respublika X18 şəxsinin təqdim etdiyi məlumata görə X23 23 noyabr 2023-cü il tarixdə sol dirsək sümüyünün sınığı diaqnozu ilə həkim travmatoloq Cavabdeh3 müayinəsində olub, müayinələrdən sonra xəstəyə cərrahi əməliyyata ehtiyac olduğu bildirilmişdir. Lakin əməliyyatdan imtina edərək həkim-travmatoloq Cavabdeh2 müraciət edilmişdir. Xəstə müayinə olunaraq sol qoluna gips sarğısı qoyulmuşdur. Həmin vaxt rentgenoloji müayinədə mil sümüyünün başının çıxığı qeyd edilməmişdir. 26 dekabr 2023-cü il tarixdə təkrar rentgenoloji müayinə zamanı sol dirsək sümüyünün orta 1/3-nin yerdəyişmə ilə bitişməkdə olan sınığı və əlavə olaraq mil sümüyünün başının çıxığı müəyyən edilmişdir. Çıxıqdan bir neçə həftə vaxt keçməsi, oynağın dairəvi bağının qopması və digər səbəblər nəzərə alınaraq əməliyyatın icrasının vacibliyi və yarana biləcək fəsadlar izah olunaraq, razılıq alınmaqla 27 dekabr 2023-cü ildə xəstədə əməliyyat aparılmışdır. Xəstənin təkrar müayinəsi zamanı mil sümüyünün başında çıxığın bərpa olunmadığı qeydə alındığı üçün xəstədə proksimal mil-dirsək oynağının açılması, oynaq çuxurunun təmizlənməsi və bağ apartının plastikasının aparılmasının vacibliyi izah edilmiş, əməliyyatın Bakı şəhərində yüksək ixtisaslı tibb müəssisələrindən birində həyata keçirilməsi tövsiyə olunmuşdur. Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının İddiaçı ünvanlanmış 02/T-120 nömrəli, 21 iyun 2024-cü il tarixli məktubuna əsasən, araşdırma zamanı xx.xx.2023-cü il tarixdə Nigar Tağıyevanın sol dirsək sümüyünün sınığı diaqnozu ilə həkim travmatoloq Cavabdeh3 müayinəsində olduğunuz və cərrahi əməliyyata ehtiyac olduğunun bildirildiyi halda, əməliyyatdan imtina edərək həkim-travmatoloq Cavabdeh2 müraciət etdiyiniz, səhv diaqnoz qoyularaq xəstənin sol qoluna gips sarğısının qoyulduğu, sağalmadığı üçün xx.xx.2023-cü il tarixdə təkrar rentgenoloji müayinə zamanı sol dirsək sümüyünün orta 1/3-nin yerdəyişmə ilə bitişməkdə olan sınığı və əlavə mil sümüyünün başının çıxdığının müəyyən edildiyi, çıxıqdan bir neçə həftə keçməsi, oynağın dairəvi bağının qopması və digər səbəblərə görə əməliyyatın vacibliyi və yarana biləcək fəsadlar barədə izah olunaraq razılığınızın alındığı, əməliyyat zaman və əməliyyatdan sonra ağırlaşma hallarının yaranma ehtimalının, eləcə də, heç bir zəmanətin olmamasının xəbərdar edilərək sizinlə müzakirə olunduğu, müzakirələrdən sonra xx.xx.2023-cü il tarixdə cərrahi əməliyyat aparılması haqqında xəstənin razıİığını qanuni nümayəndə qismində imzaladığınız, sizə əməliyyatın Bakı şəhərində yüksək ixtisaslı tibi müəssisələrindən birində həyata keçirilməsinin tövsiyyə olunduğu məlum olmuşdur. Naxçıvan MR Mərkəzi Xəstəxanasının 26 dekabr 2023-cü il tarixli stasionar epikrizinə əsasən, X8 dirsək sümüyünün köhnə sınığı (dirsək sümüyünün orta 1/3-nin yerdəyişmə ilə sınığı), mil sümüyünün başının çıxığı-Montedji sınığı müəyyən olunmuşdur. 24 noyabr 2023-cü il tarixli radioloq raporuna əsasən, X15 dirsək sümüyünün orta 1/3-nin bucaqlı yerdəyişmə ilə sınığı müəyyən olunmuşdur. 30 avqust 2024-cü il tarixli radioloq raporuna əsasən, X15 dirsək sümüyünün orta 1/3-nin laterala qövsvari əri olmaqla bitişməkdə olan sınığı, mil sümüyünün başının çıxığı-Montedje zədələnməsi müəyyən olunmuşdur. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlara əsasən, X8 dirsək sümüyünün sınığı, mil sümüyünün başının çıxığı müəyyən olunmuşdur. Stasionar xəstənin tibbi kartasına əsasən, X8 dirsək oynağının postravmatik konturakturası müəyyən olunmuşdur. Göndərişə əsasən, X9 dirsək oynağının postravmatik konturakturası diaqnozu ilə Naxçıvan MR X18 şəxsinin Stasionar Travmatologiya şöbəsinə göndəriş verilmişdir. Kəngərli Rayon Mərkəzi X18 şəxsinin 26 fevral 2024-cü il tarixli göndərişinə əsasən, X17 Naxçıvan MR Xəstəxanasına göndəriş verilmişdir. Naxçıvan MR Mərkəzi Xəstəxanasının 26 fevral 2024-cü il tarixli radioloji nəticələrinə əsasən, X23 döş qəfəsi rentgenoqrafiyası olunmuşdur. Naxçıvan MR Xəstəxanasının tibbi laboratoriya analiz nəticələrindən və temperatur vərəqindən görünür ki, X23 müayinələrdən keçmişdir. Stasionar xəstənin tibbi kartasına əsasən, X8 dirsək sümüyünün sınığı, mil sümüyünün başının çıxığı müəyyən olunmuşdur. Naxçıvan MR Mərkəzi Xəstəxanasının 26 dekabr 2023-cü il tarixli radioloq rəyinə əsasən, X23 arxa-ön döş qəfəsi rentgenoqrafiyası (iki proyeksiyalı) olunmuşdur. Razılıqdan görünür ki, cərrahi əməliyyat aparılması haqqında xəstənin razıİığı alınmışdır. Naxçıvan MR Mərkəzi Xəstəxanasının 26 dekabr 2023-cü il tarixli radioloji nəticələrinə əsasən, X15 dirsək sümüyünün orta 1/3-nin laterala yerdəyişmə ilə bitişməkdə olan sınığı, mil sümüyünün başının çıxığı-Monteggia zədələnməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X16” publik hüquqi şəxsinin KEŞ-1046 nömrəli, 20 dekabr 2024-cü il tarixli ekspert rəyinə əsasən, X14 xx.xx.2024-cü il tarixdə Birliyin "Komisyon ekspertizalar şöbəsi”ndə məhkəmə-tibbi müayinəsi keçirildi. Valideyninin deməsinə görə, 2023-ci ilin noyabr ayında yıxılan zaman sol qolu çıxmışdır. Bununla əlaqədar "Naxçıvan MR Mərkəzi Xəstəxanası" PHŞ-yə aparılmışdır. Orada gips qoyulmuş, 1 aydan sonra isə cərrahiyyə əməliyyatı olunmuşdur. Lakin rentgen müayinə olunduğu zaman sınığın bitişmədiyi müəyyən edilmişdir. Daha sonra 2023-cü ilin may və sonrakı 2 ay müəyyən fasilələrlə Abşeron RMX-də cərrahiyyə əməliyyatları olunmuşdur. Müayinə olunan yaşına uyğun inkişaf etmişdir. Məhkəmə-tibbi müayinəsi zamanı hal hazırda şikayətləri sol qolun tam hərəkət etdirə bilməməsi ağrıdandır. Nigar Tağıyeva "Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" PHŞ-yə müayinəyə göndərildi. X14 adına "Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" PHŞ-dən verilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli arayışdan görünür ki, ekstramedulyar osteosintez əməliyyatından sonra qeyridüzgün bitişmiş sınığı aşkar edilir. Sümükdə keçirilmiş metalloosteosintez əməliyyatına aid kiçik tubulyar sümük deffektləri və distal ½-də deformasiya izlənir. Dirsək sümüyünün boylama ölçüsü qısa olub, bazu-dirsək oynağı səviyyəsində qismi dislokasiya qeyd edilir. Mil sümüyü boynu səviyyəsində lokal osteoparoz sahəsi (postop?) və laterala deformasiya və bu fonda bazu-mil oynağı səviyyəsində qismi dislokasiya təyin edilir. Müayinə sahəsinə daxil olan yumşaq toxumalara aid patoloji dəyişiklik qeyd olunmur. 2020-ci il təvəllüdlü X14 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası bu nəticəyə gəlir: 1. iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, Nigar Tağıyeva xx.xx.2023-cü il tarixdə "Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanası" PHŞ-yə müraciət etmişdir. Xəstə üzərində gipsdə olan dirsək oynağı rentgenoqrafiyası lateral sol, bir proyeksiyada çəkilmiş və onda "Gipsdə dirsək sümüyünün orta 1/3-nin bucaqlı yerdəyişmə ilə sınığı"nın olduğu qeyd edilmişdir. Təkrar xəstənin müraciəti xx.xx.2023-cü il tarixdə olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Sol dirsək sümüyünün əyri bitişməkdə olan sınığı; Sol mil sümüyü başının çıxığı (Monteggia sınığı)" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən, "Sol dirsək sümüyünün intra medulyar osteosintezi” cərrahiyyə əməliyyatının aparılmasına qərar verilmişdir. Əməliyyatın gedişindən görünür ki, sol dirsək sümüyünün intra medulyar osteosintezi və mil sümüyü başı repozisiya edilərək "K" teli ilə fiksasiya edilmişdir. Sonrakı kontrol müayinələrdə Nigar Tağıyevaya sol tərəfli "Monteggia" sınığının qalıq əlamətləri və sol dirsək oynağının posttravmatik kontrakturası ilə əlaqədar bir neçə dəfə cərrahiyyə əməliyyatları aparılsa da, hazırda "Sol dirsək oynağının köhnə Monteggia zədələnməsi; Cərrahi əməliyyatdan sonrakı vəziyyət; Sol dirsək oynağının rotasion kontrakturası" qeyd edilir. Qeyd olunanları nəzərə alaraq, xəstənin almış olduğu travma ilə əlaqədar ilkin müayinə tam adekvat aparılmamış və zəruri olan cərrahiyyə əməliyyatı vaxtında ixtisaslı tibb müəssisəsində icra edilməmişdir. 2. Nigar Tağıyevanın almış olduğu travma ilə əlaqədar ilkin müayinə yetərsizliyi (diaqnozun vaxtında aşkar edilməməsi) və vaxtında cərrahiyyə əməliyyatının aparılmaması, halhazırda onda "Sol dirsək oynağının köhnə Monteggia zədələnməsi; Cərrahi əməliyyatdan sonrakı vəziyyət; Sol dirsək oynağının rotasion kontrakturası"nın yaranmasına səbəb olmuşdur. Buna məsul şəxs ilkin tibbi müdaxiləni icra edən həkimdir. 3. Həkim səhlənkarlığı məhkəmətibbi məfhum deyil. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 19 fevral 2025-ci il tarixli məktubuna və ona əlavə olunmuş sənədlərə əsasən, X24 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Neyrotravma şöbəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “S52.2 Sol dirsək sümüyünün bitişməyən köhnə sınığı, M84 Mil sümüyünün başının çıxığı”, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Z47.0 Sol dirsək sümüyünün cərrahi əməliyyat sonrası sağalması, implantın çıxarılması”, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “ M84.8 Sol dirsək sümüyünün əməliyyat sonrası inkişaf pozğunluğu, varus deformasiyası, M89.2 Mil başının çıxığı” xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “Z47.0 Sol mil sümüyünün cərrahi əməliyyat sonrası sağalması, implantın çıxarılması” diaqnozları ilə stasionar şəraitdə müalicə almışdır. İnsturmental, laborator müayinə və cərrahi əməliyyatlar İcbari Sığortanı Xidmətlər zərfi hesabına aparılımışdır. 23 noyabr 2023-cü il tarixli radioloq raporuna əsasən, X15 dirsək sümüyünün orta 1/3-nin yerdəyişmə ilə sınığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin uçuş məlumatlarının təqdim olunması barədə məlumatına əsasən, sərnişinlər X23, İddiaçı və X19 tərəfindən Naxçıvan-Bakı istiqamətində 23 noyabr 2023-cü il tarixindən 16 iyul 2024-cü il tarixinədək olan müddət ərzində uçuşlar yerinə yetirilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 03 mart 2025-ci il tarixli məktubuna əsasən, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti (giriş-çıxışı) olmuşdur. X11 və X14 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkətləri barədə məlumat İAMAS bazasında qeydə alınmamışdır. 25 dekabr 2023-cü il tarixli radioloq raporuna əsasən, X15 dirsək sümüyünün orta 1/3-nin laterala yerdəyişmə ilə bitişməkdə olan sınığı, mil sümüyünün başının çıxığı müəyyən olunmuşdur. Naxçıvan MR X18 şəxsinin 17 mart 2025-ci il tarixli məktubuna əsasən, X23 xx.xx.2023-cü il tarixdə xəstəxananın Travmatologiya şöbəsinə daxil olmuş, stasionar müalicəyə götürülmüş, xx.xx.2023-cü il tarixdə xəstəxananın Travmatologiya şöbəsinin həkim travmatoloqu X26 tərəfindən “Sol dirsək sümüyünün intramedulyar osteosintezi. Mil sümüyü boynunun repozisiyası” cərrahi əməliyyatı olunmuş, xx.xx.2023-cü il tarixdə ambulator olaraq evə yazılmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin epikrizinə əsasən, X15 07 aprel 2025-ci il tarixdə ümumi anesteziya ilə sol dirsək sümüyündən implantın çıxarılması, sol mil sümüyünün dirsək başının oynaqdan 1 sm aşağı osteotomiya ilə 1.4 sm qısaldılması və millərlə açıq osteosintezi əməliyyatı aparılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, mülkiprosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarının 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Ali Məhkəmə göstərilən Qərarın 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qeyd olunan Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, istər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə istənilən şəxsin hüququnun pozulmasının müəyyən olunması, özlüyündə mənəvi ziyanın mövcudluğunu ehtiva edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hər bir şəxsin hüququ qanunla mühafizə edilir. Qanunla müdafiə edilən sağlamlıq və digər hüquqa edilən birbaşa və ya dolayısı ilə hüquqa zidd əməl nəticəsində zərər vuran təqsirli şəxs, həmin zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdır. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən, hər üç əlamətin birgə mövcud olması nəticəsində mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən dəymiş zərərin ödənilməsi tələb edilə bilər. Çünki delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmişdir. Həmçinin həmin Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan mənəvi zərərin ödənilməsi tələbi aşağıdakı şərtlər hamısı birlikdə mövcud olduqda əsaslı sayıla bilər: - iddiaçı fiziki və mənəvi sarsıntılar keçirməli; - bu sarsıntı cavabdehin iddiaçıya qarşı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli; - cavabdehin təqsiri müəyyən edilməlidir. Qeyd edilənləri sübut etmək vəzifəsini isə fiziki və ya mənəvi sarsıntı keçirməsini iddia edən şəxsin üzərinə düşür. Yuxarıda qeyd edilən şərtlərin mövcudluğunun yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, ilkin şərtin, yəni şəxsin fiziki və mənəvi sarsıntı keçirməsinin mövcud olması digər şərtlərin mövcudluğundan asılı olduğunu üçün ilk olaraq İddiaçı qarşı cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizlik edib-etməməsi müəyyən edilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Məhkəmə mülki işin materiallarında olan sübutları araşdırıb hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Məhkəmə ekspert rəyini vurulmuş ziyanın səbəbli-əlaqəsini təsdiq edən mötəbər sübut kimi qəbul edir. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, X1 zərər vurulmuşdur. Belə ki, onun salamlığına zərər vurulması ilkin diaqnozun düzgün qoyulması nəticəsində olması ekspert rəyi ilə təsdiq edilmişdir. Əlavə olaraq xəstənin bir neçə dəfə əməliyyat olunması onun məhz ilkin tibbi vəziyyətinin düzgün qiymətləndirilməməsi və gecikmiş tibbi müdaxilənin nəticəsi olması ekspert rəyi ilə müəyyən edilmişdir. Belə olan halda isə sağlamlığa vurulmuş zərərə görə cavabdeh tibb müəssisənin mülki hüquqi məsuliyyəti yaranmışdır. Hazırki tələb üzrə iddiaçı ona vurulan maddi zərər üçün gediş-gəliş biletlərini, əməliyyat üçün tibbi ləvazimatların alınmasını təsdiq edən qəbz təqdim etmiş, digər sənədləri isə təqdim etmək imkanının olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən sərhəd xidməti və hava nəqliyyatı ilə Bakı şəhərinə gedib-gəlməsi üçün sorğu verilmiş, əlavə olaraq aparılan tibbi müalicələrin məbləğləri müvafiq tib müəssisəsindən sorğu verilərək tələb edilmişdir. Bununla bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasında verilmiş cavab məktubunda instrumental, laborator müayinə və cərrahi əməliyyatların İcbari Sığortanı Xidmətlər zərfi hesabına aparılması qeyd edilmişdir. Həmçinin müvafiq məktubda xəstə Nigar Tağıyevanın xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixdək, xx.xx.2024-cü il tarixdən 21.09. 2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cərrahi əməliyyatlar sonrası sağalma, implantın çıxarılması diaqnozları ilə stasionar müalicədə olması qeyd edilmiş, bu halların təsdiqi üçün xəstənin epikrizləri və xəstəlik tarixçəsi məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli əməliyyat üzrə xəstə Nigar Tağıyeva adına 780 manat dəyərində tibbi ləvazimatın Modeks MMC-dən alınması 4739 nömrəli satış qaiməsi ilə təsdiq olunur. xx.xx.2024-cü il tarixli əməliyyat üzrə xəstə Nigar Tağıyeva adına 800 manat dəyərində tibbi ləvazimatın Modeks MMC-dən alınması 3058 nömrəli satış qaiməsi ilə təsdiq olunur. 10 may 2024-cü il tarixdə və 30 aprel 2024-cü il tarixdə İddiaçı, iddiaçının nümayədəsi X11 və uşaq X14 hava nəqliyyatı ilə xx.xx.2024-cü il tarixdə Naxçıvan-Bakı və xx.xx.2024-cü il tarixdə Bakı- Naxçıvan istiqamətində istifadə etməsi müvafiq sorğuya cavabla müəyyən edilir. Bundan əlavə 2025-ci ilin 20 mart tarixindən xəstə X14, anası X19 ilə birlikdə avtomobil nəqliyyatı ilə Naxçıvan şəhəridən Bakı şəhərinə getməsi, 10 aprel 2025-ci il tarixdə Bakı şəhəridən Naxçıvan şəhərinə hava nəqliyyatı ilə qayıtmasına dair sərnişin biletləri təqdim edilmişdir. Avtomobil nəqliyyatı üzrə uşaq X2 biletinin 15 manat, X3 biletinin qiymətinin 30 manat, hava nəqliyyatı ilə daşıma üzrə təqdim edilən biletlərdən uşaq X14 biletinin qiymətinin 50 manat, X11 biletinin qiymətinin 60 manat olması müəyyən edilir. Eyni zamanda Dövlət Sərhəd Xidməti məlumatlarında uşaq X14 və anası X4 keçməsi ilə bağlı məlumaların olmadığı, İddiaçı isə iki dəfə Türkiyə Respublikasına getməsinə dair məlumatlar qeyd edilmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə xəstə X20 adına said sümüklərinin rentgenoqrafiyasının aparılması və 20 manat ödəniş edilməsi müəyyən edilir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış və xərci çəkilməsi təsdiq edilən sənədlərə istinadən vurulmuş maddi ziyan cavabdeh tibb müəssisəsindən alınaraq iddiaçıya qaytarılmalıdır. Eləcə də bununla bağlı sənəd təqdim edilməsə də xəstə X14 valideynləri ilə birlikdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında bir neçə dəfə əməliyyat olunması müvafiq xəstəlik sənədləri ilə təsdiq edilmiş, həmin vaxtlarda iddiaçıların hava nəqliyyatı ilə deyil, avtomobil nəqliyyatı ilə Naxçıvan şəhərindən Bakı şəhərinə gedib-gəlməsi bildirlmişdir. Lakin bununla bağlı məhkəmə tərəfindən Naxçıvan Avtovağzalına verilmiş sorğuya rəsmi cavab verilməmişdir. Hava nəqliyyatından məhkəmənin sorğusu verildiyi vaxt dövründə bir dəfə gedişgəlişin olması qeyd edilmişdir. Bu halda məhkəmə xəstənin xx.xx.2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixdək, xx.xx.2024-cü il tarixdən 21.09. 2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əməliyyat sonrası stasionar müalicədə olmasını və müalicənin aparıldığı yerin Abşeron Rayon Mərkəzi Xəstəxanası olmasını, iddiaçının yoldaşı və qızı ilə orada olması barədə bildiriyi halları inandırıcı hesab edir və qeyd edir ki, bu üç halda gediş-gəlişin Naxçıvan-Bakı avtomobil yolu ilə həyata keçirilməsi təkzibolunmazdır. Çünki Naxçıvan şəhərindən Bakı şəhərinə gediş-gəlişin hava nəqliyyatı ilə həmin dövrlədə həyata keçirilmədiyi cavab məktubunda qeyd edilmişdir. Xəstənin Türkiyə Respublikasından daxil olmaqla Bakı şəhərinə getməsi isə Sərhəd Xidmətinin məktubu əsasında təsdiq edilmir. Naxçıvan şəhərinin yerləşdiyi coğrafi mövqe nəzərə alındıqda Naxçıvan-Bakı üzrə yeganə gediş-gəliş bu halda avtomobil nəqliyyatıdır və həmin müddət ərzində xəstənin və valideynlərinin gediş-gəliş məlumatlarının əldə edilməsi üçün sorğu verilsə də cavab alınmamışdır. İddiaçı tərəfin təqdim etdiyi 2025-ci ilə dair avtomobil nəqliyyatından istifadəyə dair Naxçıvan-Bakı biletinin qiymətindən aydın olur ki, uşaq üçün qiymət 15 manat, yetkinlik yaşına çatan şəxslər üçün 30 manat təşkil edir. Məhkəmə bu halda belə hesab edir ki, xəstənin xx.xx.2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixdək, xx.xx.2024-cü il tarixdən 21.09. 2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müalicəsi ilə əlaqədar Bakı şəhərində olması mövcud sənədlərlə təsdiq edildiyindən onun və valideynlərinin Bakı şəhərində avtomobil nəqliyyatı vasitəsilə getməsi, oradan Naxçıvan şəhərinə avtomobil nəqliyyatı vasitəsilə qayıtması nəzərə alınmalı və uşaq üçün gediş-gəliş qiymətinin 15 manat, yetkinlik yaşına çatan şəxslər üçün 30 manat olması mövcud sərnişin daşıma biletinə istinad edilərək nəzərə alınmalı və həmin üç dəfə gediş-gəliş qiymətinin uşaq üçün 90 manat (15 manatx6), valideynləri üçün 360 (30x12) manat məbləği müəyyən edilərək həmin məbləğin də cavabdeh tibb müəssisəsindən tutularaq iddiaçıya ödənilməli olması nəzərə alınmalıdır. Ümumilikdə iddiaçının tələbində qeyd etdiyi uşaq X1 vurulan ziyan üçün çəkilmiş maddi xərcin məbləğini məhkəmə 2205 (iki min iki yüz beş) manat məbləğində sübut olunmasını nəzərə alınaraq həmin məbləğin cavabdeh tibb müəssisəsindən alınaraq iddiaçıya qaytarılmasını qanuni və əsaslı hesab edir. Həmçinin bu halda məhkəmə ekspert rəyini mötəbər sübut kimi nəzərə alır və hesab edir ki, cavabdehin təqsirli hərəkəti-hərəkətsizliyi nəticəsində iddiaçının azyaşlı övladı X1 zərər vurulmuş və hazırda həmin zərər aradan qaldırılmamışdır və zərərin aradan qaldırılması üçün dəfələrlə uşaq əməliyyat olunmuş və vəziyyətində yaxşılaşma olmamışdır. Bu halda isə istər azyaşlı uşağın, istər onun valideyni olaraq-iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisə doğurmamalıdır. Məhkəmə bildirir ki, şəxsin ilk qoyulan diaqnozun yalnış olmasından qaynaqlanaraq dəfələrlə əməliyyat olunması özü-özlüyündə onun və valideyni olaraq iddiaçının şüurunda mənfi psixoloji reaksiya səbəb olan haldır. Mənəvi ziyanının məbləğinin müəyyən edilməsinə gədikdə isə "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 10cu bəndində qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin məbləğinə münasibətdə belə qənaətə gəlir ki, uşağın azyaşlı olması, dəfələrlə əməliyyat olunması zamanı keçirdiyi qorxu, stress, onun bu cür iztirablara dözümü nəzərə alınmalı, eləcə də valideyn olaraq iddiaçının dəfələrlə öz azyaşlı övladının əməliyyat olunması və yaxşılaşma olmaması ilə nəticələnən sarsıntılara məruz qalmasından psixoloji gərginlik, iztirab keçiriməsi inkar olunmazdır. Bunları nəzərə aldıqda məhkəmə mənəvi zərər olaraq cavabdeh tibb müəssisəsinin mülki hüquqi məsuliyyətinin 3000 (üç min) manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə rədd edir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Mülki Məcəllənin 1099-cu maddəsinə görə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür. İşə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı övladı X7 dirsək sümüyünün zədələnməsi əsası ilə Naxçıvan Muxtar Respublikası X18 Şəxsə müraciət etmişdir. Həmin xəstəxanada fəaliyyət göstərən həkim travmatoloqlar-hazırki iş üzrə cavabdehlər tərəfindən uşaq müayinə edilmiş və həmin müayinəyə adekvat müalicə tədbirləri aparılmışdır. Həyata keçirilən müalicə tədbirlərinin xəstənin diaqnozuna adekvat olmaması isə müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir. Lakin hər iki cavabdeh bilavasitə cavabdeh tibb müəssisəsində fəaliyyət göstərən həkimlərdir və xəstə tibb müəssisəsinə müraciət etmişdir. Bu halda vurulmuş zərərin məhz cavabdeh tibb müəssisəsindən alınaraq iddiaçıya qaytarılmalıdır. Cavabdeh tibb müəssisəsinin digər cavabdehlərə qarşı reqress qaydada müraciət hüququnu mülki qanunvericilik nəzərdə tutmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, X14 Naxçıvan Muxtar Respublikası X18 Şəxsdə sağlamlığına vurulmuş zərərlə əlaqədar olaraq 2205 (iki min iki yüz beş) manat məbləğində maddi və 3000 (üç min) mənəvi zərər olmaqla cəmi 5205 (beş min iki yüz beş) manat cavabdeh Naxçıvan Muxtar Respublikası X18 Şəxsdən alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, sağlamlığa vurulan zərərin ödənilməsi tələbinə dair iddiaçılar dövlət rüsumundan azad olduqlarından İddiaçı tərəfindən "xxxx" ASC-nin Xəzər Naxçıvan filialına 16 iyul 2024-cü il tarixdə 23239 nömrəli qəbzlə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun ona qaytarılması barədə qərardad qəbul edilməsi nəzərə alınmalıdır. Eləcə də iddia tələbinin təmin olunmuş hissəsinə münasibətdə 72.05 (yetmiş iki manat beş qəpik) dövlət rüsumu cavabdeh Naxçıvan Muxtar Respublikası X18 Şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X1 vurulmuş zərərlə əlaqədar olaraq 2205 (iki min iki yüz beş) manat məbləğində maddi və 3000 (üç min) manat məbləğində mənəvi zərər olmaqla cəmi 5205 (beş min iki yüz beş) manat məbləğində pul cavabdeh Naxçıvan Muxtar Respublikası X18 Şəxsdən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalmış hissədə və digər cavabdehlərə münasibətdə rədd olunsun. Cavabdeh Naxçıvan Muxtar Respublikası X18 Şəxsdən 72.05 (yetmiş iki manat beş qəpik) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar