Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-400/2021 28.04.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona olan 1600 (bir min altı yüz) manat borcun və 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 1630 (bir min altı yüz otuz) manatın alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehdən 1300 (bir min üç yüz) manat pul tələb etdiyini bildirmiş və iddiaya verilmiş tələb çərçivəsində baxılmasını məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə nəzərə alınmaqla iddia tələbinə “Cavabdeh 1300 (bir min üç yüz) manat borcun və 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 1330 (bir min üç yüz otuz) manatın alınaraq İddiaçı verilməsi tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclası zamanı dindirilən İddiaçı iddianı müdafiə edərək izahatında qeyd etmişdir ki, onun mallarını çoban saxlayırdı, lakin sonradan çoban ona malları saxlaya bilmədiyini dediyində o, Natiqə yanı balalı mal satdığını demiş, Natiq də çobanla gəlib mallara baxdıqdan sonra razılaşmış və 2019-cu ilin avqust ayında Cavabdeh 2000 manat və 1600 manat olmaqla ümumilikdə 3600 (üç min altı yüz) manat dəyərində iki baş yanı balalı iri buynuzlu inək satmış, Natiq ona pulu may ayında verəcəyini dediyində, o, “hətta iki ay da artıq qalsın, sonra pulu ver” demiş və razılaşmışlar. Natiqin xx xxxxxx 2020-ci il tarixdə həmin puldan 2000 (iki min) manatını, yəni bir malın pulunu ona verdiyini, qalan 1600 (bir min altı yüz) manatını isə ödəmədiyini, dəfələrlə cavabdehdən pulu tələb etsə də, Natiqin “Pulum yoxdur, gəl malı apar” dediyini, razılaşaraq Natiqə inəyi gətirməyi dediyində Natiq ona “Mən inəyin xərcini çəkmişəm, ona baxmışam, qulluq etmişəm və buna görə də çəkdiyim xərci verməlisən” dediyini bildirən İddiaçı qeyd etmişdir ki, o, Natiqin nə malı, nə də pulu qaytarmadığını gördüyü üçün məcbur qalıb məsələnin həlli üçün məhkəməyə müraciət etmişdir. Hə ray 300-350 manat ödənilmək şərtilə 1300 (bir min üç yüz) manat pulun cavabdehdən alnıb ona verilməsini tələb edir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilən Cavabdeh iddianı etiraf edərək verdiyi izahatında 2019-cu ilin yayında İddiaçı ona zəng edərək “Malım var. Kömək et sataq” dediyini, 2019cu ilin iyul ayında iddiaçı ilə alış-veriş etdiklərini, malın birini 2000 manat, digərini isə 1600 manata qiymətləndirdiklərini və malları Allahverdinin gətirib onun qapısına buraxdığını, Mallardan birinin pulu olan 2000 manat pulu Allahverdiyə verdiyini, digərinə isə il yarım baxdığını, sonra iddiaçıya “Mən çatdıra bilmirəm. Gəl malı apar. İl yarımdı mənim qapımda qalıb” dediyində iddiaçı ona “Məcbur saxlayacaqsan” cavabını verdiyini bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, o, il yarim ərzində heyvana baxmış, onun saxlanılmasında necə lazımdırsa qulluq göstərmişdir. Əgər iddiaçı razılaşarsa o, digər malın pulunu hər ay 300-350 manat ödəmək şərti ilə qaytara bilər. Cavabdeh sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən X1 bildirdi ki, tərəflərin razılaşması ilə Allahverdi Natiqə iki baş yanı balalı mal satmış, Natiq malların birinin pulunu-2000 manatı noyabr ayının 21-də Allahverdiyə vermiş, digərinin pulunu isə verə bilmədiyi üçün Allahverdiyə gəlib malı aparmasını təklif etsə də, Allahverdi malı aparmamışdır. Natiq Allahvedidən mala il yarım baxdığı müqabilində pulunu tələb edib malı aparmasını desə də, Allahverdi bununla razılaşmamış, pulunu tələb etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin və şahidin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin məzmununa görə cavabdeh ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh iddianı etiraf etməsinə dair verdiyi ərizəni müzakirə edərək belə nəticəyə gəlir ki, işdə etirafın qəbul edilməməsi üçün əsas verən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsini göstərilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iş üzrə Cavabdeh iddianı etiraf etməsi nəzərə alınaraq iddia təmin olunmalı və cavabdehdən 1300 (bir min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməli və cavabdeh tərəfindən iddiaçının xeyrinə ödəniləcək 1300 (bir min üç yüz) manat pul tərəflərin qarşılıqlı razılaşmasına əsasən hər ay 325 (üç yüz iyirmi beş) manat olmaqla ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx xxxxxx 2021-ci il tarixdə 13372 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İş üzrə Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. Cavabdeh İddiaçı xeyrinə ödəniləcək 1300 (bir min üç yüz) manat pul tərəflərin qarşılıqlı razılaşmasına əsasən hər ay 325 (üç yüz iyirmi beş) manat olmaqla ödənilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx xxxxxx 2021-ci il tarixdə 13372 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-400/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-400/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver